“Simurq” klubunun baş məşqçisi Sergey Yuranın Qol.Az saytına müsahibəsi
- Bu həftə komandanız öz meydanında "Xəzər Lənkəran"ı qəbul edir. Birinci dövrədə bu komandaya uduzsanız da, “Simurq” ümumilikdə pis təsir bağışlamadı. Demək olar ki, elə həmin matçdan sonra da komandanızın çıxışında irəliləyiş hiss olunur.
- Doğrudan da, “Xəzər Lənkəran”la oyunumuz pis alınmadı. Təhlükəli vəziyyətlərə gəldikdə isə, qələbəyə daha çox biz layiq idik. Oyunun gedişatında bizim ən azı iki yüz faizlik qol imkanımız oldu ki, bundan istifadə edə bilmədik. Buraxdığımız qola gəlincə, mərkəz müdafiəçimizin kobud səhvi nəticəsində baş verdi. Rəqibin bizdən üstün futbol nümayiş etdirmədiyi halda, məğlub olmağımız komandaya çox pis təsir etdi. Ən üzücü amil ondan ibarətdir ki, udmalı olduğun halda, məğlub olursan. Düzdü, “Xəzər Lənkəran” güclü komandalardan biridir. Ancaq, futbolda belə şeylər də olur ki, üstün olduğun oyunda qalib gəlmək əvəzinə uduzursan.
- Amma Lənkəranda əldən buraxdığınız qələbəni bu həftənin cümə günü öz meydanınızda qazana bilərsiniz…
- Təbii ki, doğma meydanda oynadığımız üçün yalnız qələbəyə köklənmişik. Amma əlbəttə hər şey komandanın taktiki cəhətdən necə hazırlaşdırmağından asılıdır. Digər tərəfdən, rəqibin zəif və üstün cəhətlərini yaxşı analiz etmək lazımdır. Futbolçularım tapşırıqları yerinə yetirə bilsələr, yaxşı nəticə əldə edə bilərik. Birdə ki, istək olan yerdə hər şeyə nail olmaq olar.
- Hazırda 15 xalla turnir cədvəlinin 8 pilləsindəsiniz. Necə düşünürsünüz, bu gedişlə “Simurq” ilk “altılığ”a düşə bilər?
- Biz hər bir qarşılaşmaya qələbə üçün çıxırıq. Mən klubun baş məşqçi vəzifəsinə gətiriləndə qarşıma Premyer Liqada qalmaq vəzifəsi qoyulmuşdu. Digər tərəfdən, prinsipial və iddialı insan olduğum üçün daha yüksək naliyyətlər qazanmaq istəyirəm. Əgər son turlardakı oyunları qarşıdakı görüşlərimizdə də təkrarlasaq və qış fasiləsində heyətimizə bir neçə yaxşı futbolçu cəlb edə bilsək, ilk “altılığ”a vəsiqə qazana bilərik.
- Siz Avropanın bir neçə ölkəsində oynamısınız və məşqçi kimi də çalışmısınız. Bu mənada, Azərbaycan çempionatının səviyyəsi haqda fikirləriniz necədir? Ölkəmizdə hansı klubların çıxışlarını bəyənirsiniz?
- Doğrudan da, mən bir çox yerdə çalışmışam. Baltikyanı ölkələrlə yanaşı, Rusiya, Qazaxıstanda da məşqçi kimi işləmişəm. Bir çox ölkə çempionatları görmüşəm. Mənim fikrimcə, keçmiş SSRİ məkanında çempionatın səviyyəsinə görə birinci pillədə Rusiya, ikinci yerdə Ukrayna, üçüncüdə isə Azərbaycandır. Azərbaycanda bir neçə klub var ki, onların çıxışlarını xüsusi olaraq vurğulamaq istərdim. Bunlar “Neftçi”, “Bakı” “Qəbələ” klublarıdır ki, onların maliyə durumu gələcəklərinin yaxşı olacağından xəbər verir. Ancaq təkcə oyun üslubuna görə əsasən “Xəzər Lənkəran”,”Qarabağ” və “Neftçi”ni fərqləndirmək olar. Buna baxmayaraq, qabaqcadan kimin çempion olacağını söyləmək çox çətindir. Çünki çempionatda rəqabət həddindən artıq güclüdür. Zəif komandalar hesab olunan “Rəvan” və “Simurq”u məğlub etməyin çətinliyini buna misal göstərmək olar.
Ümumilikdə isə hesab edirəm ki, əgər “Neftçi”, “Qarabağ” və “Xəzər Lənkəran” Rusiya Premyer Liqasında oynasa, 10-cu pillədən aşağıda qərarlaşa bilərlər. Amma mən bu klubları autsayderlər mövqeyində görmərəm. Yəni onlar “Krılya Sovetov,” “Tom”, “Spartak” (Nalçik) ,”Amkar” kimi klublarla asanlıqla rəqabət apara bilərlər. Buna görə də çempionatınızı normal hesab edirəm.
- Çempionatımızda top qovan yerli və ya əcnəbi futbolçulardan kimi xüsusi fərqləndirmək istərdiniz?
- Keçən mövsümün ən yaxşı müdafiəçisi adına layiq görülən Ruslan Abışovu dəyərləndirərdim. Bu futbolçunun çıxış çox xoşuma gəlir. Düşünürəm ki, onun yaxşı gələcəyi var. Əcnəbilərdən isə “Qarabağ”ın Leanardo Roşa və “Neftçi”nin futbolçusu Flavinyo xoşuma gəlir. Ümumiyyətlə, legionerin səviyyəsi pis təsir bağışlamır.
- “Qəbələ” - “Neftçi” qarşılaşmasından sonra baş verən hadisələrlə bağlı nə deyə bilərsiniz?
- Həmin oyundakı olaylar futbola yaraşmayan haldır. Belə şeylər futbola yalnız ləkə gətirə bilər. Azarkeşlərin oyundan sonra meydana axışaraq hakimə təzyiq göstərməsi futbolun səviyyəsini aşağı salır. Oyuna baxmasam da, baş verənlər haqda mətbuatdakı yazılardan xəbərdaram. Məncə, hər şeydən əvvəl təmiz oyun və düzgün qərarların verilməsi futbolu daha da maraqlı edər. Fikrimcə, hər oyun düzgün qaydalar çərçivəsində olmalıdır. Burada hakimlərin üzərinə də böyük məsuliyyət düşür. Məncə, “fair-play” qaydalarına riayət etmək lazımdır. Çalışmaq lazımdır ki, belə hallar bir də təkrarlanmasın.
- Siz bayaq heyətinizə futbolçu cəlb etməyin zərurətindən danışdınız. Bununla bağlı konkfet planlarınız var?
- Bu amil daha çox klubun rəhbərliyindən asılıdır. Hər kəs yaxşı bilir ki, “Simurq”un maliyə durumu yüksək deyil. Ona görə də çox şey tələb etmək düzgün olmaz. Çünki mən klubla müqavilə bağlamamışdan öncə hara gəldiyimi bilirdim. Lakin çalışacağıq ki, imkan dairəsində komandanın axsayan mövqelərini gücləndirək.
Əli HƏYATİ
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu