“Xəzər Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirovun Qol.Az saytına müsahibəsi
- Komandanızın “Rəvan”la keçirilən son tur matçında xal itirməsinə nə səbəb oldu?
- “Rəvan”la matçdan öncə komandamızın “Neftçi”yə böyükhesablı məğlubiyyəti olmuşdu. Tarixində ilk dəfə idi ki, “Xəzər Lənkəran” hansısa rəqibə belə nəticə ilə uduzurdu. Həmin məğlubiyyət komandada psixoloji problem yaratmaya bilməzdi. Əsas heyətin bəzi üzvlərinin zədə problemi də var idi. Bütün bunlar “Xəzər Lənkəran”ın oyununda mənfi təsirini göstərir. Buna baxmayaraq, komanda öz oyunu üslubundan kənara çıxmır. Klublar “Xəzər Lənkəran”la keçirilən oyuna xüsusi motivasiya ilə hazırlaşırlar. Önəmli olan komandamızın turnir cədvəlinin ilk pilləsində yerini qoruyub saxlamasıdır. Hər halda “Xəzər Lənkəran”ın ilk pillədə yer alması da təsadüfi deyil.
- “Rəvan”la oyundan sonra belə məlumat yayıldı ki, baş məşqçi Mirça Rednikin komandanın bəzi üzvləri ilə münaqişə yaşadığı bildirilir. Yayılan xəbərlərə görə, Rednik bəzi oyunçuları bilərəkdən öz imkanlarından aşağı səviyyədə çıxış etməkdə ittiham edib. Hətta həmin futbolçuları komandadan göndərəcəyi barədə fikirlər səsləndirib.
- Həmin fikirlərlə mən də tanışam. Bilirsiniz, yeri gəlsə, baş məşqçi ilə futbolçu arasında baş verənlərə heç klub rəhbərliyi də qarışa bilməz. Rednik “Xəzər Lənkəran” klubunun başında olan adamdır. Onun işinə heç kim müdaxilə etmir. Bunlar hamısı boş-boş söhbətlərdir. Elə bir söhbət ümumiyyətlə olmayıb. Sadəcə olaraq, bəzi dırnaqarası jurnalistlər qalmaqal yaratmağa çalışırlar. Biz “Rəvan”la oyunda alınan bərabərliyin heyətimizin kasadlığı ücbatından baş verdiyinə inanırıq. Təbii ki, bütün məsuliyyət baş məşqçinin üzərindədir. Amma baş məşqçini də başa düşmək lazımdır. Zədə səbəbindən onun əlində olan heyət çox kasaddır.
- Tuyqun müəllim, “Xəzər Lənkəran”ın belə uğursuz nəticələri davam etsə, necə olacaq?
- “Xəzər Lənkəran”da uğursuz nəticə davam edə bilməz. Birdə ki, biz uğursuz nəticələrlə davam etmirik. Əgər siz “Neftçi”yə məğlubiyyəti nəzərdə tutursunuzsa, turnir cədvəlinə baxıb görərsiniz ki, komandamızın neçə məğlubiyyəti var. Digər klublarla müqayisədə bizim aldığımız məğlubiyyətlərin sayı çox azdır. Əlimizdən gələni də edəcəyik ki, sona qədər ilk pillədəki yerimizi qoruyub saxlaya bilək.
- Hər halda, şər deməsən, xeyir gəlməz. Mən soruşmaq istəyirəm ki, uğursuz nəticələrin ardı gəlsə nə baş verəcək? Belə olan halda qış fasiləsində Rednik komandadan göndərilə bilərmi?
- Mirça Rednikin “Xəzər Lənkəran”la müqaviləsi var. Klubumuzun prezidenti Rednik qarşısında konkret tapşırıqlar qoyub. Hansı ki, bu tapşırıqlara çempion olmaq, kuboku qazanmaq və Avropa oyunlarında komandamızı uğurlu təmsil etmək daxildir. Onun bizimlə iki illik sözləşməsi var. Müqaviləsi bitənə yaxın komandamızın rəhbəri Redniklə bağlı öz qərarını verəcək.
- Müqavilədən söz düşmüşkən, Kamran Ağayev də klubunuzla müqaviləsini daha iki il uzatdığı barədə açıqlama vermişdi. Sonradan Kamranın atası iddia etdi ki, Ağayevin “Xəzər Lənkəran”la müqavilə bağlaması yalandır. Bu ziddiyyətlərlə bağlı nə deyə bilərsiniz?
- Əgər biz peşəkar futboldan danışırıqsa burda ata, dayı, əmi söhbəti olmamalıdır. Hamının atasına və dayısına böyük hörmətimiz var. Ancaq atanın durub müsahibə verməsi bir az qeyri-ciddi məsələdir. Biz Kamranı çağırdıq ki, atan bu nə müsahibədi verib? O da cavabında dedi ki, mənim atam elə müsahibə verməyib. Dedi ki, atam mənim düşmənimdir ki, belə müsahibə versin? Azarkeşlər tərəfindən Kamran Ağayevin üzərində böyük təzyiq var idi. Onun yaxın günlərdə yeni bir kluba keçəcəyi barədə xəbərlər yayılırdı. Kamran özü klub prezidentimizə təklif etdi ki, yeni müqavilə bağlayaq. Klub prezidenti də onun təklifini qəbul etdi və bununla bütün söhbətlərə son qoyuldu. “Xəzər Lənkəran” klubunda sensasiya yaratmaq naminə hər cür yazı yazırlar. Bəlkə kimsə atasının adından zəng edib ora müsahibə verib? Kamranı Allaha şükür hamı tanıyır. Jurnalist qardaşlarımızın xətrinə dəymək istəmirəm. Ola bilər ki, kimsə Kamranın atası adıyla zəng edib müsahibə verib. Bütün bunlarda məqsəd yeni qalmaqal yaratmaq və Kamran Ağayevə növbəti zərbə vurmaqdan ötrü idi. Hər halda mənim adımdan kimsə yalan müsahibə versə, gedib araşdıraram. İndi gərək Kamran və onun atası gedib araşdırsın ki, bu nə məsələdi.
- Son günlər hakimlərlə bağlı problemlər yenidən müzakirə mövzusudur. “Xəzər Lənkəran” klubu da zaman-zaman hakimlərdən şikayətçi olur...
- Hakim ədalətsizliyindən indiyədək nə “Neftçi”, nə “Qəbələ”, nə də “Xəzər Lənkəran” xeyir görüb. Bir neçə il əvvəl bizim də başımıza belə bir şey gəldi. Stadionumuzda qalmaqal yaşanmışdı. Hakim ilk öncə başa düşməlidir ki, xeyli insan bu matçı televiziya vasitəsilə izləyir. Məncə, ən böyük problem Ramil Diniyevin belə oyuna təyinatında idi. Misal üçün “Neftçi” – “Xəzər Lənkəran” oyununa gənc hakimi təyin etmişdilər. Söhbət hər hansı hakimin qərəzli mövqe nümayiş etdirməsindən getmir. Hakimin səviyyəsi gərək matçın səviyyəsi ilə uyğunluq təşkil etsin. “Neftçi” ilə oyunda Rəşad Abdullayevin futbolçumuza qarşı məlum hərəkətinə görə hakimlikdən narazı idik. Öz şikayətimizi də AFFA-ya bildirdik. Sağ olsunlar ki, ədalətli qərar çıxardılar.
- Axı, Rəşad Abdullayevə həmin hərəkətinə görə qırmızı vərəqə verilsəydi, bəlkə də matçın nəticəsi tamam başqa cür ola bilərdi. Bundan sonra Rəşadın neçə oyunluq cəzalanmasının sizə nə faydası dəyə bilər?
- Əlbəttə, hakim yerindəcə Rəşada cəza tətbiq etsəydi, bilmək olmazdı matç hansı hesabla bitəcəkdi. Hələ 2007-ci ildə Zaqreb "Dinamo"suyla oyunda bir futbolçumuz cəzalandı. Həmin futbolçunun yoxluğu bizim oyunumuza öz təsirini göstərdi. Eynilə “Neftçi”nin heyətində Rəşadın ilk dəqiqələrdən meydan uzaqlaşdırılması matçın dönüş anı ola bilərdi. Mənim şəxsi fikrimdir ki, hakimləri oyunların səviyyəsinə görə təyin etsinlər. Cari çempionatda hakimlərin hər hansı bir kluba tərəfkeşlik etdiyini deyə bilmərəm. Bunu iddia etmək olmaz.
- “Neftçi” klubu bəyanat yayaraq növbəti turlarda komandanın oyunlarına əcnəbi hakimlərin təyin olunmasını istəyib. Siz də bir vaxtlar belə təkliflə çıxış etmisiniz. Hazırkı vəziyyətdə bizim əcnəbi hakimlərə ehtiyacımız varmı?
- “Xəzər Lənkəran” klubu hesab edir ki, Azərbaycanda yetərincə gənc və istedadlı hakim var. Bizim də vaxtilə belə bir istəyimiz olmuşdu. Təklif etmişdik ki, derbi matçlara xaricdən hakimlər dəvət edilsin. “Neftçi”nin bəyanatına gəlincə, bu, klubunun şəxsi fikridir. Biz bu məsələyə qarışmaq istəmirik.
Ümid AYXAN
"Sumqayıt"ın "Şamaxı" üzərində qələbəsi - Video
Ayxan Abbasov: "Çempionat gərgin keçəcək"
Ronaldo "Fənərbaxça"ya keçir, ya yox? - Mourinyo danışdı
"Sumqayıt" "Şamaxı"ya qalib gəldi
"Turan Tovuz" - "Sabah" matçında vurulan qollar - Video
"Turan Tovuz" "Sabah"la heç-heçə etdi
"Sumqayıt" - "Şamaxı": Heyətlər
Azərbaycanın basketbol millisi İsveçrəyə uduzdu
"Turan Tovuz" - "Sabah": Heyətlər açıqlandı
Məşhur hücumçunun oğlu İngiltərə klubunda
Azərbaycan cüdoçularından 4 medal - Avropa kuboku
"Arsenal" Premyer Liqada qələbə sayında 2-ci oldu
U-18 Qəbələdə toplanır
İlk dəfə Sudamerikana kubokunu qazandılar
Gələn həftə Bakıya gələcək "Lion"dan heç-heçə
7:0 - Di Mariya 3, Kerem 1 qol vurdu
"Qalatasaray"ın səfər qələbəsi - Video
Qvardiola şokda: dalbadal 5 məğlubiyyət
“Qalatasaray”ın futbolçuları arasında gərginlik
8 qol və "Fənərbaxça"nın qələbəsi - Video
"Barselona" xal itirdi
"Milan" "Yuventus"la heç-heçə etdi, "İnter"dən 5 qol
"Qalatasaray" və "Fənərbaxça" səfərdə qalib gəldilər
"Borussiya" və "Bayer"dən inamlı qələbə
"Tottenhem" "Mançester Siti"ni darmadağın etdi
Rodri stadionda belə qarşılandı - Video
"Neftçi"nin "Zirə" üzərində qələbəsindən - Video
“Neftçi” “Zirə”yə qalib gəldi
Cavid Hüseynov: “Futbolçu kasadlığı yaşayırıq”
"Qarabağ"ın 3 qollu qələbəsindən - Video
Millimizin üzvü oynadı, komandası qələbə qazandı
Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı
"Neftçi" - "Zirə" - Heyətlər
Ançelotti Mbappenin mental durumundan danışdı
Amorim: "Transferlərdə son sözü baş məşqçi deməlidir"
“Qarabağ”ın oyunlarını izləyirəm” - Akinfeyev
"Səbail" - "Qarabağ" : Heyətlər
Qvardiola: "Təsəvvür edin ki..."