AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov Unibank Premyer Liqasının dünən keçirilən «Qəbələ» - «Neftçi» oyununda yaşanan hadisələrlə bağlı Qol.Az saytına müsahibə verib
- «Qəbələ» - «Neftçi» matçının son dəqiqəsində hakimin meydan sahiblərinin qapısına penalti təyin etməsi mübahisələr səbəb olub. Bununla bağlı sizin fikriniz necədir?
- Bu epizodla bağlı deyə bilərəm ki, hakimin qərarı yanlışdır. Orada qayda pozuntu olmayıb və «Neftçi»nin futbolçusu simulyasiya edib.
- Hakim səhvi yalnız bu epizodla bağlı deyil. Məsələn, «Neftçi» klubu iddia edir ki, 9-cu dəqiqədə «Qəbələ»nin qapısına penalti təyin olunmalıydı, amma hakim bu qərarı verməyib.
- Doğrudan da, hakimin səhvi yalnız son dəqiqədəki epizodla bağlı deyil. Buna qədər də səhvlər olub. Məsələn, 9-cu dəqiqədə «Neftçi»nin lehinə penalti təyin olunmalıydı.
- Yəqin ki, Ramil Diniyev səhvlərinə görə cəzasız qalmayacaq.
- Onun səhvləri olub və cəza tədbiri gözlədiyinizdən daha ciddi olacaq. Biz heç bir hakimin səhvini bağışlayan deyilik. Cəzalandırılmalıdırlar ki, bundan nəticə çıxarsınlar.
- Bundan öncə «Neftçi» - «Xəzər Lənkəran» matçını idarə etmiş Elnur Muradova 3-5 oyunluq cəza veriləcəyini demişdiniz. Diniyevin daha kobud səhvə yol verdiyini nəzər alsaq, belə demək olarmı ki, onunla bağlı qərar Muradova verilən cəzadan daha sərt olacaq?
- Bəli, elə də olacaq.
- Ola bilər ki, mövsümün sonuna qədər Diniyev hakimlikdən uzaqlaşdırılsın?
- Ola bilər. Amma indidən bu haqda qəti fikir söyləmək istəmirəm.
- Artıq «Neftçi»nin iştirakı ilə keçirilən son bir neçə oyunda hakimlərə görə qalmaqal yaşanır. Bütün bunlar ona gətirib çıxarıb ki, hakimləri növbəti dəfə «Neftçi»yə kömək etməkdə günahlandırırlar.
- Görünür, artıq hansısa klublar mətbuatla ciddi işləyirlər. Hakim də insandı, səhv edə bilər. Mən «Neftçi»ni müdafiə etmirəm. Amma maraqlıdır, niyə «Neftçi»nin əleyhinə olan qərarlar bu qədər şişirdilmir? Bu komandanın vurduğu təmiz qol hesab alınmayıb, AZAL-la matçda lehinə olan penalti təyin edilməyib… Mən neçə-neçə bu fakt sadalaya bilərəm.
- Hesab edirsiniz ki, bu, komitəyə qarşı kampaniyadır?
- Bəli.
- Dünənki oyunda azarkeşlər meydançaya axışdı. Hakimlərə fiziki təzyiq olunması xəbərlərini siz də təsdiq edirsiniz?
- Bu məsələni AFFA-nın İntizam Komitəsi araşdırıb səlahiyyətləri çərçivəsində qiymət verəcək.
- Bəs, oyundan sonra hakimlərə təzyiqlər olub?
- Meydançaya azarkeşlərin daxil olması faktdır. Oyundan sonra isə «Qəbələ» klubunun meneceri Zaur Əzizov və bir neçə futbolçu hakimlərə qarşı hücumların qarşısını alıblar.
- AFFA-nın Hakimlər Komitəsi hakimlərin təhlükəsizliyi ilə bağlı bundan sonra nə iş görmək fikrindədir?
- Mən hesab edirəm ki, bəzi klubların mühafizə xidmətinin əməkdaşları var ki, onlar iz işləri ilə məşğul olsalar, yaxşıdır. Çünki bəzən onların özləri tərəfindən hakimlərə qarşı hücum olur.
PFL-in hakimlərə ayırdı mühafizə xidməti isə işinin öhdəsindən yaxşı gəlir.
- Dünənki insident zamanı klubların mühafizə xidmətləri tərəfindən hakimlərə təzyiq olub?
- Bu, videogörüntülərə düşməyib. Orada yalnız azarkeşlərdir.
- Məsələylə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunacaq?
- Bunu istisna eləmirəm.
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı