“Qəbələ” klubunun baş məşqçisi Fatih Kavlakın Qol.Az saytına müsahibəsi
- Əvvəlcə ondan başlayaq ki, Toni Adamsın gözlənilməz istefa qərarından sonra “Qəbələ”nin baş məşqçi postuna gətirildiniz. Yəqin ki, Adamsın komandadan ayrılması hamı kimi sizin üçün də gözlənilməz oldu...
- Adamsın belə bir qərar verəcəyini mən də gözləmirdim. Onun gedəcəyinə heç kim ehtimal vermirdi. Fikirləşirdim ki, bundan sonra heç olmasa, daha iki il onun rəhbərliyi altında çalışacağıq. Adamsın getməsi bizə böyük sürpriz oldu.
- Baş məşqçi kimi debüt matçınızda “Neftçi”ni məğlub etdiniz. Oyun “Qəbələ” üçün necə keçdi?
- “Neftçi” ilə oyuna çox yaxşı hazırlanmışdıq. Bütün komanda olaraq fikrimizi bu qarşılaşmaya kökləmişdik. Matça psixoloji cəhətdən də xüsusi olaraq hazır idik. “Qəbələ” 90 dəqiqənin sonuna qədər sabit oyun nümayiş etdirdi. Bu da məni çox sevindirdi. Hər kəs doğru şəkildə öz vəzifəsinin öhdəsindən gəldi. Belə oynayacağımız təqdirdə qələbə qazanacağımıza inamımız böyük idi. Mübarizə apardıq və sonda qələbə bizim oldu.
- Klub rəhbərliyi sizə güvənərək baş məşqçi postuna gətirdi. “Qəbələ”nin gələcək çıxışları barəsində nə düşünürsünüz?
- Mən artıq bir ildən çox müddətdir ki, “Qəbələ”də çalışıram. Belə bir kluba gəldiyim üçün çox məmnunam. Köməkçi məşqçi işlədiyim zamanlarda belə öz dostlarıma demişəm ki, “Qəbələ” məşqçilərin çalışa biləcəyi ən rahat yerdir. Çünki sənə istədiyin hər bir şeyi etmək üçün şərait yaradırlar. Heç kim sizin işinizə qarışmır. Bu, mənə verilmiş bir şansdır. Mən də dörd əllə öz işimə yapışaraq uğur qazanmaq istəyindəyəm. Bilirsiniz, mən “Qəbələ”yədək “Qarabağ” klubunda çalışırdım. “Qarabağ”ın direktoru Əmrah Çəlikəl və baş məşqçi Qurban Qubanovla çox yaxşı münasibətlərim var idi. Klubun vitse-prezidenti Tahir Gözəl mənə gözəl münasibət bəsləyirdi. “Qarabağ”da heç bir narazılığım yox idi və uzun illər klubla yollarımı davam etdirə bilərdim. Sadəcə, fərqli xarakterli məşqçilərlə çalışmağın xeyrini bildiyimdən “Qəbələ”yə keçmək istədim. Həm də “Qəbələ”nin iddiaları, gələcək planları daha cəlbedici görünürdü. Komandanın vitse-prezidenti Fariz Nəcəfov və baş menecer Zaur Əzizov kluba çox sahiblənirlər.
- Toni Adamsın rəhbərliyi altında “Qəbələ” son turlarda uğursuz çıxışlar edirdi. Adams istefa verdi və yerinə siz gəldiniz. Sizin gəlişinizdən sonra “Qəbələ”nin oyun stilində nə dəyişəcək? Ümumiyyətlə, Adamsın “Qəbələ”si ilə Fatih Kavlakın komandası arasında nə kimi fərqlər olacaq?
- Bu suala ətraflı cavab vermək istəmirəm. Mən özüm də Adamsın məşqçi korpusundan çıxmışam. Onsuz da dəyişiklik artıq baş verib. Adams getdi və əvəzinə yeni baş məşqçi gəldi. Futbol klubunda ən önəmli olan elə məşqçinin fəaliyyətidir. Adams komandanı tamam fərqli hazırlayırdı. Mən isə oyunçularıma başqa cür hazırlıq keçirəm.
- Fatih Kavlak “Qəbələ”də nəyə iddialıdır?
- “Qəbələ” bu mövsüm Avropada oynamağa imkan verən yerlədən birini tutacaq. Bunu iddialı bir şəkildə bəyan etmək istəyirəm. Komandanı Avroliqa yarışına çıxardacağıq. Turnir cədvəlinin ilk dörd pilləsində qərarlaşacağıma inanıram. Kuboku qazanmaq da hədəflərimiz sırasındadır.
- Necə düşünürsünüz, “Qəbələ” rəhbərliyi sizinlə işbirliyini hələ uzun müddət davam etdirəcəkmi? Çünki söhbətlər gəzir ki, siz komandanın baş məşqçi postunda müvəqqətisiniz. Bir qədər sonra “Qəbələ”yə daha tanınmış bir məşqçinin gətiriləcəyi gözlənilir.
- Rəhbərlik məni baş məşqçi təyin etməklə çox məsuliyyətli qərar verdi. Əgər bir başqası bu təyinatdan öncə mənə “Qəbələ”nin baş məşqçisi sən olacaqsan desəydi”, inanmazdım. Bundan sonrakı taleyim öz əlimdədir. Mən uğurlu çıxış etsəm, rəhbərlik də mənimlə davam etmək istəyəcək. Mənim üçün önəmli olan komandanın mənə güvənməsidir. Çıxıb dedilər ki, bizim baş məşqçimiz var və yeni baş məşqçi gətirmək niyyətimiz yoxdur. Bu, mənim üçün çox vacib idi. Onlar məni müvəqqəti olaraq bir neçə oyunu idarə etmək üçün gətirməyiblər. Bununla belə, futbolda baş məşqçinin yerini tez-tez dəyişməsi təbii haldır. Üç həftədən sonra “Qəbələ” uğursuz çıxış edəcəyi təqdirdə mən də komandandadan gedə bilərəm. Mən “Qəbələ”də 3-5 il çalışmaq barəsində düşünmürəm. Bu, gələcəyin işidir. Növbəti turda “Bakı” ilə oyunumuz var. Hazırda rəqibin oyunlarının təhlilini aparıram. İnşallah, “Bakı”nı məğlub edəcəyik. Bundan sonra gərək rəhbərlik düşünüb, qərar versin.
- “Neftçi” ilə oyunun son dəqiqələrində görüşün baş hakimi Ramil Diniyev qapınıza çox şübhəli penalti təyin etdi. Mətbuat konfransında bu epizoda münasibət bildirmək istəmədiniz. Yəqin matçdan sonra bir daha oyunu izləmisiniz. Həmin epizodda hakimin qərarı doğru idimi?
- Yenə də bu epizod barəsində şərh vermək istəmirəm. Bunun məşqçinin işi olduğuna inanmıram. Mən özüm “hakim də səhv edə bilər” deyən insanların sırasındayam. Hakimlərin işinə baxan komitə var. PFL prezidenti Ramin Musayevin matçları canlı seyr etdiyini bilirəm. Ona hörmətim var. Mən inanıram ki, bu insanlar hakimlərin qərarını öz aralarında müzakirə edib düzgün qərar çıxaracaqlar. Əgər “Qəbələ” klubunun haqqı tapdalanırsa, burda Fatih Kavlakın danışması yersizdir. Klub rəhbərliyi özü bu məsələyə fikir bildirib, haqqımızı müdafiə edər. Məşqçi hakimlə bağlı danışmamalıdır. Sabah hər hansı bir hakim də “Fatih Kavlakın komandası yaxşı müdafiə oluna bilmir” deyə bilər. Ona görə də hakimin işinə qarışmaz düzgün çıxmaz. Yəni necə ki, hakim mənim haqqımda fikir bildirmir eləcə də mənim onun haqda danışmağım doğru deyil.
- Matçın bitimindən sonra “Qəbələ”nin bəzi azarkeşləri meydana axışdı. Görüşün baş hakimi Ramil Diniyevin penalti qərarına etiraz olaraq ona zərbə endirənlər də var idi. Bunlara münasibətiniz necədir və ümumilikdə “Qəbələ” azarkeşlərinə sözünüz nədir?
- Dünənki oyunda azarkeşlər komandamızın oyununa yaxşı mənada təsir etdilər. Azarkeşlərimiz 90 dəqiqə çox gözəl bizi dəstəklədilər. Sonda yaşananlar isə yaxşı hal deyil. Meydana axışanlar bir qrup “Qəbələ” azarkeşi idi. Yəni bütün “Qəbələ” tərəfdarlarına bunu şamil etmək olmaz. Hər halda mən belə bir vəziyyəti dəstəkləmirəm. İnanıram ki, bu barədə azarkeşlərlə söhbətlər aparılacaq.
Ümid AYXAN
"Sumqayıt"ın "Şamaxı" üzərində qələbəsi - Video
Ayxan Abbasov: "Çempionat gərgin keçəcək"
Ronaldo "Fənərbaxça"ya keçir, ya yox? - Mourinyo danışdı
"Sumqayıt" "Şamaxı"ya qalib gəldi
"Turan Tovuz" - "Sabah" matçında vurulan qollar - Video
"Turan Tovuz" "Sabah"la heç-heçə etdi
"Sumqayıt" - "Şamaxı": Heyətlər
Azərbaycanın basketbol millisi İsveçrəyə uduzdu
"Turan Tovuz" - "Sabah": Heyətlər açıqlandı
Məşhur hücumçunun oğlu İngiltərə klubunda
Azərbaycan cüdoçularından 4 medal - Avropa kuboku
"Arsenal" Premyer Liqada qələbə sayında 2-ci oldu
U-18 Qəbələdə toplanır
İlk dəfə Sudamerikana kubokunu qazandılar
Gələn həftə Bakıya gələcək "Lion"dan heç-heçə
7:0 - Di Mariya 3, Kerem 1 qol vurdu
"Qalatasaray"ın səfər qələbəsi - Video
Qvardiola şokda: dalbadal 5 məğlubiyyət
“Qalatasaray”ın futbolçuları arasında gərginlik
8 qol və "Fənərbaxça"nın qələbəsi - Video
"Barselona" xal itirdi
"Milan" "Yuventus"la heç-heçə etdi, "İnter"dən 5 qol
"Qalatasaray" və "Fənərbaxça" səfərdə qalib gəldilər
"Borussiya" və "Bayer"dən inamlı qələbə
"Tottenhem" "Mançester Siti"ni darmadağın etdi
Rodri stadionda belə qarşılandı - Video
"Neftçi"nin "Zirə" üzərində qələbəsindən - Video
“Neftçi” “Zirə”yə qalib gəldi
Cavid Hüseynov: “Futbolçu kasadlığı yaşayırıq”
"Qarabağ"ın 3 qollu qələbəsindən - Video
Millimizin üzvü oynadı, komandası qələbə qazandı
Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı
"Neftçi" - "Zirə" - Heyətlər
Ançelotti Mbappenin mental durumundan danışdı
Amorim: "Transferlərdə son sözü baş məşqçi deməlidir"
“Qarabağ”ın oyunlarını izləyirəm” - Akinfeyev
"Səbail" - "Qarabağ" : Heyətlər
Qvardiola: "Təsəvvür edin ki..."