Qurban Qurbanov: "Biz qələbə qazanmağı daha çox istəyirdik"

GÜNDƏM 20 Noyabr 2011 / 20:40 2622
-  A +

“Hər iki komanda gözəl oyun nümayiş etdirdi. Futbolçularım milli komandanın düşərgəsindən yorğun dönürlər. Çalışdıq ki, bu yorğunluğu mümkün qədər tez aradan qaldıraq. Bütün komanda ilə birlikdə hazırlaşmağa vaxtımız çox az oldu”.

Qol.Az-ın məlumatına görə, bu sözləri Unibank Premyer Liqanın XIII turu çərçivəsində “İnter”lə matçdan sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Qurbanov hər iki komandanın yaxşı oyun nümayiş etdirdiyini söyləyib: “Biz qələbə qazanmağı daha çox istəyirdik. Sonuncu məğlubiyyətdən sonra bizə qələbə lazım idi. Məncə, nəticə oyuna görə oldu. Rəqibin müdafiəçiləri çox gözəl çıxış etdilər. Kaxaber Sxadadze hər rəqibə qarşı fərqli taktika seçir. “İnter”i tərbik edirəm”.

Qeyd edək ki, “İnter” – “Qarabağ” matçı 0:0 hesabı ilə başa çatıb.

Daha çox


Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq