“Bakı” klubunun vitse-prezidenti Zeynal Məmmədovun Qol.Az saytına müsahibəsi
- Komandanız hazırda turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb. İndiki vəziyyəti “Bakı” üçün necə dəyərləndirirsiniz?
- Beşinci yerdə olsaq da, bu, komandamızın potensialına qətiyyən uyğun deyil. Nəzərə almaq lazımdır ki, çempionat hələ yeni qızışır. Rəqiblərimizin çoxlu sürprizlə qarşılaşacağını düşünürəm. Heç bir komanda belə gözlənilməz nəticələrdən sığortalanmayıb. Bu, həm “Bakı” komandasının, həm də digər klubların başına gələ bilər. Heyətimizə yeni futbolçular cəlb edildiyindən bizim bir az zamana ehtiyacımız var. Mən öz komandamıza inanıram və fikirləşirəm ki, hər şey yavaş-yavaş öz qaydasına düşəcək.
- “Bakı” əvvəllər oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirirdi. İndi isə rəqiblərini öz bazasında qəbul edir. Bu amilin futbolçulara hansısa formada mənfi təsiri olur?
- Bu haqda onlarla söhbət etdim. Bildirdilər ki, Respublika stadionun azarkeş tutumu böyük olduğundan oyuna gələn 500-1000 nəfər tribunada çox az görünür. Yəni hamısı bir yerə toplaşdığından qalan yerlər tamamilə boş qalır. Onlar komandamızı dəstəkləsə də, səsləri ucadan gəlmir. Lakin bazamızda keçirdiyimiz oyunlarda azarkeşlər tribunalarda daha çox gözə çarpır. Oyunçular özləri də etiraf edir ki, belə atmosferdə oynamaq daha rahatdır, nəinki boş tribunalar önündə. Buna meydançamızın yüksək vəziyyətdə olması da imkan verir.
- Amma istənilən halda “Bakı” klubu üçün yeni stadion lazımdır.
- Təbii ki. Yeni stadionun tikilməsi gələcək planlarımızda var. Biz də istəyirik ki, klubumuzun özünün stadionu olsun. Demirəm ki, çox böyük, hardasa 5-6 min nəfərlik stadion tikməyi nəzərdə tutmuşuq. Gələcəkdə “Bakı” avrokuboklara vəsiqə qazanarsa, oyunlarımızı Respublika stadionunda keçirməyi düşünürük. Çox güman ki, ona qədər Tofik Bəhramov adına stadion təmir işlərini qurtaracaq. Bu, bizim yaxın gələcəkdə həyata keçirmək istədiyimiz planlardı.
- Komandanızın baş məşqçisi Aleksandr Starkovun Latviya millisiylə müqavisi başa çatıb. Bildiyimizə görə, Starkovla “Bakı” arasında bağlanan müqaviləyə əsasən, məşqçi hazırda indiki klubundan başqa yerdə işləyə bilməz.
- Starkovun müqaviləsi başa çatsa da, özü də bilir ki, hər şey bizim qərarımızdan asılıdır. Əgər rəhbərlik istəməsə, o, heç yerə gedə bilməz. Biz Starkovun Latviya millisinin işləri ilə məşğul olmasına icazə verdik. Sabah Starkov bizim razılığımızla Slovakiyaya yola düşəcək. Onun Latviya millisində fəaliyyətini davam etdirib-etdirməməsi ilə bağlı qərarı bizdən asılıdır. Yaxın günlərdə bununla bağlı Starkovla danışıqlarımız olacaq. Latviyalı mütəxəssis özü də bildirdi ki, klub necə məsləhət bilsə, elə də olacaq.
- “Xəzər Lənkəran” klubunun direktoru Höccət Hacıyev Kamran Ağayevə “Bakı” tərəfindən təziqlər olduğunu iddia edir. O deyib ki, “Bakı” Kamranı heyətinə cəlb etmək istəyib.
- “Bakı”da bütün futbolçuların transferiylə şəxsən mən özüm məşğul oluram. Ancaq, Kamran Ağayevlə bizim bu barədə hansısa söhbətimiz olmayıb. Lazım gəlsə, özümüz “Xəzər Lənkəran” rəhbərliyinə müraciət edərik.
- Bu söhbətlərin yayılmasının bir səbəbi də bu mövsümün əvvəlində “Xəzər Lənkəran”dan Uinston Parksı transfer etməyiniz olub.
- Parks sabiq klubunda icarədə idi. Çempionat qurtardıqdan sonra Lənkəran klubu rəhbərliyinin bir aya kimi vaxtı var idi ki, Parksı transfer etsinlər. Parks özü harada istəyibsə, orada da oynayır. Biz heç kimi klubumuzda məcbur oynatmırıq. Kamran Ağayevlə də nə rəsmi, nə də qeyri-rəsmi heç bir danışığımız olub. Deyilənlər hamısı yanlış fikirlərdi.
- Ümumiyyətlə, qış transfer pəncərəsi dönəmində komandaya yeni futbolçuların gətiriləcəyi gözlənilir?
- Komandada axsayan mövqelərin gücləndirilməsi üçün müəyyən futbolçular alınacaq. Ola bilər ki, gələnlərlə bərabər, gedənlər də olsun. Hansı mövqeni gücləndirəcəyimizə baş məşqçi qərar verəcək. Yəqin ki, bir neçə günə qərarını açıqlayacaq.
Əli HƏYATİ
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu