Azərbaycan milli komandasının sabiq baş məşqçisi Şahin Diniyevin Qol.Az saytına müsahibəsi
- Mlli komandamız dünən səfərdə Almaniyanın ikinci bundesliqa təmsilçisi “Unon Berlin” klubuyla görüşdə 0:1 hesabı ilə uduzdu. Oyunla bağlı fikirləriniz necədir?
- Həmin qarşılaşmanı gənc futbolçuların istedadını yoxlamaq baxımından normal hesab edirəm. Məğlubiyyətə gəlincə, adətən, klublar mlli komandalardan daha güclü olurlar. Çünki klubların futbolçuları daha çox bir yerdə olur və oturuşmuş heyətə malikdir. Yığma komandaların bir yerə toplanaraq oyun keçirməsi arasındakı zaman fərqi çox uzun olur. Ancaq, bununla belə millilərin klublarla oynamasını yaxşı hal hesab etmirəm.
- Bundan əvvəl millimiz Albaniya yığmasına səfərdə qalib gəldi. Bu qələbəni gözləyirdinizmi?
- Rəqib hazırda Türkiyə millisi kimi yaxşı dövrünü yaşamır. Onlarda da məşqçi dəyişikliyi, yeni futbolçuların komandaya cəlb edilməsi məğlubiyyətə gətirib çıxaran amillərdən oldu. Ancaq, bununla belə, qələbə qazanmağımız sevindiricidir.
“Avro-2012”nin seçmə mərhələsində hansısa futbolçumuzu tapıntı hesab edirsiniz?
- Bir var parlayan futbolçu, biri də sabit oynayan. Sabit futbolçu görsəm də, parlayan futbolçuya rast gəlmədim. Milli komandanı arxasınca aparan lider futbolçular yoxdur. Lakin stabil oyunçuların olduğunu söyləyə bilərəm. Məsələn, qapıçımız Kamran Ağayev, Rəşad Sadıqov, Rauf Əliyev, Əfran İsmayılov, Mahir Şükürovu sabit oyunçular sırasına daxildilər. Rauf Əliyevi xüsusilə vurğulamaq istərdim.
- Son zamanlar milli komandaya əcnəbi futbolçuların cəlb ediləcəyindən danışılır. Yığmanın formasını geyinmək istəyənlər arasında “Neftçi”nin futbolçuları Flavinyo, Saşa Stamenkoviçin adları çəkilir.
- Bunlar planlı şəkildə edilməlidir. Birdən-birə birinci mərtədəbədən doqquzuncu mərtəbəyə tullanmaq olmaz. Hansısa uğura imza atmaq üçün bunlar ediləcək. Mənim fikrimcə, bu gün bir neçə əcnəbi oyunçunu milliləşdirərək, hansısa nəticə vermək qeyri mümkündür. Daha çox gənclərə üstünlük verərək, gələcəyin komandasını yaratmaq istəyi də mərhələ-mərhələ həyata keçirilməlidir. Burada baş məşqçinin də fikirlərini bilmək çox önəmlidir. Ola bilər məşqçi gəncləri yetişdirərək, gələcəyin komandasını yaratmaq istəyir və ya bir neçə əcnəbini milliləşdirərək nəticə verməyi düşünür.
- Sizcə, adlarını çəkdiyimiz əcnəbi futbolçulardan hansının milli komandamıza xeyri dəyə bilər?
- Deyim ki, Azərbaycanda hazırda milliləşərək gəlib yığmanın oyun tərzini 180 dərəcə dəyişə biləcək futbolçu yoxdur. Flavinyonun gəlişi hardasa komandaya lazım ola bilər. Amma Saşa Stamenkoviç haqda belə düşünmürəm. Çünki milli komandamızın Kamran Ağayev kimi qapıçısı var. Düzdü, əcnəbilərin milliləşdirməsi siyasəti bütün dünyada gedir. Məncə, kütləvi sürətdə bu bizə lazım deyil.
Əli HƏYATİ
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu