“Bakı” klubunun sabiq baş məşqçisi, bir neçə gün öncə Türkiyə Superliqa təmsilçisi “Karabükspor”la müqavilə imzalayan Bülənt Qorxmazın Qol.Az saytına müsahibəsi
- Bülənt bəy, ilk öncə sizi yeni iş yeriniz münasibətilə təbrik edirəm. Baş məşqçiliyini edəcəyiniz klub hazırda Türkiyə Superliqasının son pillələrində yer alır. Sizin gəlişinizdən sonra “Karabükspor”da hansı dəyişiklər gözlənilir?
- Sizinlə razıyam ki, “Karabükspor” indi yaxşı günlərini yaşamır. Məqsədimiz gələcəkdə komandanın daha da yuxarı pillələr uğrunda mübarizə apara bilməsidir. Bu mövsüm isə komandamızın aşağı liqaya düşməməsi üçün əlimizdən gələni edəcəyik.
- Superliqanın növbəti turunda səfərdə “Ankaragücü”nün qonağı olacaqsınız. Sizin rəhbərliyiniz altında “Karabükspor” ilk oyununa çıxacaq. Yəqin ki, debüt matçınızı qələbə ilə qeyd etmək istəyəcəksiniz...
- Biz bu oyuna qələbə qazanmaq üçün çıxacağıq. Bununla belə, səfərdən bir xalla dönmək də bizim üçün sərfəli nəticə sayılacaq. İnşallah, hər şey bizim xeyirimizə olar.
- Türkiyə milli komandası AÇ-2012-nin pley-off mərhələsi çərçivəsində gözlənilməz şəkildə öz meydanında məğlub oldu. Bəzi insanlar məğlubiyyətin əsas səbəbkarı kimi baş məşqçi Quus Hiddinki göstərirlər. Sizcə, Türkiyənin məğlubiyyətinin əsas səbəbləri nə idi?
- İlk öncə onu qeyd edim ki, məğlub olmağımıza çox üzüldüm. Biz Avropa çempionatına mütləq şəkildə qatılmalı idik. Təəssüf ki, öz meydanımızda Xorvatiyaya böyükhesabla məğlub olduq. Belə görürəm ki, turu keçməyimiz də mümkünsüz kimi görsənir. Əgər komanda uğursuz nəticə qazanırsa bunun əsas məsuliyyəti baş məşqçinin üzərinə düşür. Amma oyunçularımızın da günahı az deyil. Komandamızın sabit oynayan heyəti formalaşmadı. Hər oyunda meydana yeni heyətlə çıxdıq. Bunları danışmaq üçün artıq gecdir. Şansımızı əldən vermişik. Gələcəyə baxmaq lazımdır. Ümid edirəm ki, komanda növbəti oyunlarda belə səhvləri təkrarlamayacaq.
- Bir müddət ölkəmizdə çalışdınız. “Bakı” klubunun baş məşqçi postunda fəaliyyətinizi davam etdirdiniz. Komanda ilə hələ də münasibətləriniz qalırmı?
- Bəli. Qurban bayramında komandanın prezidenti hörmətli Hafiz Məmmədovla əlaqə saxladıq. Klubun icraçı direktoru Yaşar Seyidovla danışdıq. Komandanın sabiq vitse-prezidenti Tunc Afşarla isə tez-tez görüşürük. Məni bu komanda ilə sıx tellər bağlayır. İnşallah, nəsib olarsa, bir gün yenə “Bakı”ya qayıdaram.
- Azərbaycanda gördüyünüz işlər sizi qane etdimi? Ölkəmizdən hansı təəssüratlarla ayrıldınız?
- Mən ilk dəfə idi ki, Azərbaycana gəlmişdim. Ölkənizdə futbol adına yaxşı işlər gördüyümə inanıram. Bakıda çox gözəl günlərim oldu. Əlbəttə ki, iş olan yerdə səhvlərin də olması qaçılmaz deyil. Çünki tamam yad bir ölkəyə gəlmişdim və istər-istəməz bəzi məqamlarda yanlışlıqlara yol verdim. Əgər hələ də klub rəhbərliyi ilə ünsiyyət saxlayıramsa, hal-əhval tuturamsa, deməli, ürəyim hələ də “Bakı”dadır. Azərbaycana gəlməyi çox istəyirəm. “Bakı” ilə 3-4 illik müqavilə bağlayıb, komandanı Avroliqanın qrup mərhələsinə çıxartmaq niyyətim var. Mənim istəyim və hədəfim məhz budur.
- “Bakı”nın oyunlarını izləmək imkanınız olur?
- Nəticələri internetdən izləyirəm. Doğrusu, son iki oyundan məlumatsızam. Hər halda komandanın ilk “altılıq”da yer alacağına ümid edirəm.
- Ola bilərmi ki, yaxın zamanlarda “Karabükspor”da azərbaycanlı futbolçuların çıxışına rast gələk?
- Təxminən bir aydan sonra qış “transfer pəncərəsi” açılacaq. Bu barədə konkret bir şey söyləməkdə çətinlik çəkirəm. Çünki məsələnin maddi tərəfi çox önəmlidir. Bəyəndiyim azərbaycanlı futbolçular var. Ad açıqlamaq istəmirəm. Mən “Bakı” klubunda çalışanda aşağı yaş qruplarına da çox diqqət yetirirdim. Hətta xatırlayıram ki, “Bakı”da 15 yaşında çox istedadlı bir uşaq var idi. Onun adını unutmuşam. Mənim üçün çox maraqlıdır ki, həmin oyunçunun indi vəziyyəti necədir.
- Azərbaycan futboluna bələd olan bir mütəxəssis kimi, milli komandamızın çıxışlarını necə dəyərləndirirsiniz? Baş məşqçi Berti Foqtsun millimizlə müqaviləsinin başa çatmasına az qalıb. Alman mütəxəssisin komandadan göndərilməsi məsələsi gündəmə gəlib. Bəziləri milli komandamızın baş məşqçiliyinə yerli mütəxəssisin gətirilməsini vacib sayırlar...
- Komandanızın son yoldaşlıq görüşündə Albaniya üzərində qələbə qazanmasından xəbərdaram. Bununla belə, Azərbaycan millisinin səviyyəsi Avropa və dünya çempionatında iştirak edəcək qədər yetərli deyil. Komandanızın uğurlu çıxış edə bilməsi üçün uzun müddətli proqram hazırlamağa ehtiyac var. Bu işlər üçün bir az zaman tələb olunur. Milli komandanızı yerli mütəxəssislə birlikdə türk məşqçinin də çalışdırması mümkündür. Çünki eyni dildə danışırıq. Baş məşqçinin futbolçularla ünsiyyət qurmasında problem yaranmayacaq.
Ümid AYXAN
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu