Ağır atletlərimiz London Olimpiadasına beş lisenziya qazandı

Ağır atletlərimiz London Olimpiadasına beş lisenziya qazandı
GÜNDƏM 14 Noyabr 2011 / 00:51 2506
-  A +

Ağır atletika üzrə milli komandamız Fransada keçirilən dünya çempionatındakı çıxışına yekun vurub.

Qol.Az-ın məlumatına görə, paytaxt Paris şəhərində 5-13 noyabr tarixlərində keçirilən kişilər arasında 79-cu, qadınlar arasında 22-ci dünya çempionatında iştirak edən yığmamız möhtəşəm nəticə qazanıb.

Bu çempionatda qazandığımız xallar hesabına ağır atletika üzrə milli komandamız 2012-ci ildə Londonda keçiriləcək 30-cu Yay Olimpiadasına 5 lisenziya əldə edib.

Qeyd edək ki, bu günə qədər Azərbaycan idmançılarının qazandığı lisenziyaların sayı 23 idi. Ağır atletika yığmamız onların sayını 28-ə çatdıraraq böyük uğura imza ata bilib.

Komandamızın əldə etdiyi 162 xal London Olimpiadasında kişilərin yarışında 5 idmançı ilə təmsil olunmaq imkanı verib.

Mənbə: aaaf.az

Daha çox


Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq