“Bakı” klubun xorvatiyalı qapıçısı Marko Şarliyanın Qol.Az saytına müsahibəsi
- Milliyətcə xorvat olduğun üçün ilk öncə bu gün keçiriləcək “Avro-2012”nin pley-pff mərhələsinin Türkiyə- Xorvatiya görüşü haqda fikirlərini bilmək maraqlı olardı.
- Mən inanıram ki, hər iki oyunun nəticəsinə əsasən Xorvatiya final mərhələsinə vəsiqə qazanacaq. Ancaq bir şeyi də unutmamaq lazımdır ki, Türkiyə yığması öz meydanında güclü təsir bağışlayır. Xüsusən də möhtəşəm azarkeş dəstəyi altında xarakter nümayiş etdirir. Sözsüz ki, ilk qarşılaşmanın türklərin meydanında olmasını əlavə üstünlük kimi qiymətləndirmək olar. Türkiyə yaxşı komanda olsa da, mərhələni xorvatlar keçəcək.
- Sizcə, hansı hansı daha güclüdür: 2008-ci ilə Avropa çempionatının 1/4 finalında Xorvatiyanı məğlub edən Türkiyə, yoxsa indiki?
- Türkiyə millisi indi pis təsir bağışlamasa da, əvvəlki vaxtlarda daha güclü idi. Məncə, bu il Xorvatiya millisi nisbətən güclü olduğunu sübut edib. Sadəcə, mərhələyə birbaşa vəsiqə qazanmaq üçün bəzi oyunlarda bir az bəxti gətirmədiyini düşünürəm.
- Necə düşünürsən, xorvatlar bu qarşılaşmaya revanş kimi baxacaqlar?
- Bu oyun Xorvatiya mediasında da revanş matçı kimi qələmə verilib. Çünki Türkiyə millisi onları məğlub edərək finala gedən yolda arzularını gözlərində qoydular. Əgər biz səfərdəki görüşdə qol vura bilsək, bunun növbəti cavab qarşılaşmasında komandaya çox köməyi olacaq. Ümumilikdə, hər iki yığma üçün bu oyun ölüm-dirim savaşı olacaq.
- Matçın hansı hesabla başa çataçağı haqda proqnoz verə bilərsən?
- Mənim düşündüyümə görə oyun 1:1 hesabı ilə yekunlaşacaq. Nə qədər çox qol vura bilsək, bizim üçün növbəti qarşılaşma bir o qədər rahat olacaq. Görüşün gərgin və maraqlı olacağını nəzərə alsaq, məhsuldar bir oyun olacağını da vurğulamaq olar.
- Nə vaxtsa Xorvatiyanın əsas millisinə dəvət alacağına inanırsan?
- Mən əvvəllər U-15 və U-21-in heyətində çıxış etmişəm. Lakin inanmıram ki, baş məşqçi məni əsas yığmaya dəvət etsin. İlk növbədə ona görə ki, Azərbaycan çempionatı güclü səviyyədə deyil. Bu səbəbdən məni millinin çərçivəsini qoruyacaq gücdə hesab etmirlər.
- Yaxşı qapıçılardan hesab edilsən də, hərdən kobud səhvlər yol verirsən. Məsələn, elə “Xəzər Lənkəran”la evdəki qarşılaşmanı yada salaq.
- Mən etiraf edirəm ki, həmin oyunda yaxşı təsir bağışlamadım. Həddindən artıq kobud səvlərə yol verdim. Lakin heç kəs səhvlərdən sığortalanmayıb. Ola bilər ki, həmin görüşdə etdiyim səhvlər ucbatından komandam qələbə qazana bilmədi. Ancaq yaxşı ki, oyunun sonunda nəticə qənaətbəxş oldu.
- Oyundan sonra baş məşqçiniz Aleksandr Starkov sənə iradlarını bildirdi?
- Mənə heç kimin irad bildirməyi lazım gəlmir. Özüm hər şeyi yaxşı anlayıram ki, həmin oyunda öz səviyyəmə uyğun çıxış etmədim. Qapıçının karyerasında belə şeylər olur. Lakin bütün bunları unudaraq qarşıdan gələn oyunlara inamla baxmaq lazımdır. Hazırda komandamızda əhval-ruhiyyə çox gözəldir. İnanıram ki, belə uğurlu çıxışlarımızın ardı gələcək. Baş məşqçimiz Starkov hər şeyə rəğmən mənə çox güvəndiyini bildirmişdi.
Əli HƏYATİ
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı