“Bakı”nın yarımmüdafiəçisi Elvin Məmmədovun Qol.Az saytına müsahibəsi
- Sabah milli komandamız növbəti yoldaşlıq görüşündə Albaniya ilə qarşılaşacaq. Rəqib barədə fikirlərin necədir?
- Düzdü, onlarla evdə bir dəfə oynayaraq, 1:1 hesabıyla bərabərə qalmışdıq. Mən deyərdim ki, onların oturuşmuş, yaxşı heyəti var. “Qarabağ”da çıxış etdiyim dövrlərdə albaniyalı futbolçu Ansi Aqolli ilə onların millisi barəsində söhbətimiz olmuşdu. O da yığmalarında çıxış edən bir neçə futbolçunun Avropa klublarında forma geydiyini bildirmişdi. Məncə, bizimlə bərabər səviyyəli yığma olduğu üçün onlarla oyunda yaxşı nəticə göstərmək olar.
- Səncə, Azərbaycan yığması səfərdə Albaniyaya qalib gələ bilər?
- Əlbəttə, niyə də olmasın?! Əgər eyni səviyyədə komandaların qarşılaşmasıdırsa, məğlub etmək olar. Baxmayaraq ki, rəqibin heyətində bir neçə futbolçu legioner həyatı yaşayır, ümumilikdə səviyyə fərqimiz eynidir. Bizim komandamız da yaxşı oyunçulardan təşkil edilib.
- Lakin bir çox futbol mütəxəssisi hesab edir ki, Albaniya yığması bizdən daha üstündür.
- Düzdür, onlar seçmə mərhələlərdə bizdən daha yaxşı uğur qazanıblar. Bir çox güclü yığmayla qarşılaşmalarda pis nəticə göstərməyiblər. 1-2 futbolçusu var ki,səviyyəli çempionatlarda top qovur. Onlardan biri Boqdanini misal göstərmək olar ki, İtaliya A seriyasında çıxış edir. Onları çıxmaq şərtiylə ümumilikdə səviyyə fərqimiz tarazlaşır. Yəni, albanlarla başabaş mübarizə apararaq, yaxşı nəticə qazanmaq olar.
- Bir vaxtlar sən də milli komandanın əsas oyunçularından olmusan. Yəqin ki, indi milliylə birgə olmadığına heyfslənirsən.
- Təbii. Yenidən millinin formasını geyinməyə çox şad olardım. “Avro-2012”nin seçmə mərhələsinin hər oyununda iştirak etməyi arzulayırdım. Sadəcə, aldığım ciddi zədə buna mane oldu. Bərpa olduqdan sonra isə pasport problemi ortaya çıxdı. Hər bir yerli futbolçunun arzusu Azərbaycan yığmasında çıxış etməkdir.
- Pasportdan söz düşmüşkən, bu məsələ nə yerdə qaldı?
- Bildiyiniz kimi, hərbi komissarlıq mənə möhlət hüququ vermədiyindən təzə pasport ala bilmirəm. Pasport probleminin həlli barəsində mənə hələ heç kim heç nə deməyib. Belə çıxır ki, mən milli komandaya lazım deyiləm. Yəqin nə vaxt mənə ehtiyac duyulacaqsa, onda bu problem həll olunacaq. Hazırda pasport məsələsinin aradan qaldırmaq mənim səlahiyyətlərimdə deyil. Bəlkə də məsələnin həll olunması yönündə iş gedir. Lakin mənim heç nədən xəbərim yoxdur. Əvvəl özüm şəxsən işləri yerinə qoymağa çalışsam da, hərbi komissarlıqdan müsbət cavab ala bilmədim. Hərbi komissarlığa yaxınlaşıb bildirmişəm ki, əsgərlikdən yayınmaq fikrim yoxdur. Sadəcə, müvəqqəti olaraq möhlət almaq istəyirəm.
- Bütün bu olanları sənə qarşı laqeyidsizlik kimi qiymətləndirmək olar?
- Çox güman ki, AFFA-nın problemi aradan qaldırmağa gücü çatmır. Bütün bunlara özüm də xeyli məəttəl qalmışam. Digər tərəfdən, çox güman, Berti Foqts son iki oyunumu izləməyib. Ona görə də milliyə çağırılmamışam. Bunu normal qarşılamaq olar. Lakin pasport məsələsinin belə çətinə düşməsi mənə qaranlıq qalıb. Nəzərə alınmalıdır ki, mən neçə illər Azərbaycan yığmasının şərəfini qorumuşam. Millinin heyətində ən çox qol vuran futbolçu mən olmuşam. Yəni yığmanın xeyri üçün əlimdən gələni etmişəm. Belə bir futbolçuya laqeyidsizlik göstərməyi normal qarşılamıram.
Əli HƏYATİ
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu