Milli komandanın və “Qarabağ”ın müdafiəçisi Maksim Medvedyevin Qol.Az saytına müsahibəsi
- Milli komandamız sabah səfərdə Albaniya yığması ilə qarşılaşır. Komandamızın oyunundan nə gözləyirsən?
- Çox maraqlı matçın keçəcəyinə inanıram. Hər iki komandaya uğurlar arzulayıram. Albaniya yığmasının iki oyunçusu bizim komandada çıxış edir. Bu oyunlardan sonra komandanın hansı vəziyyətdə olduğuna aydınlıq gələcək. Milli uzun müddətdir ki, bir araya gəlmir.
- Səncə, Albaniya millisi səviyyəsinə görə bizim komandamızdan daha güclüdür?
- Xeyr. Bizim millinin heyətində daha səviyyəli oyunçular yer alır. Bu səbəbdən rəqibin bizdən güclü olması fikri ilə razılaşmıram. Fikrimcə, hər iki yığma eyni səviyyədədir. Oyunun isə heç-heçə başa çatacağını proqnozlaşdırıram.
- Albaniya yığması ilə oyundan dörd gün sonra Bundesliqanın ikinci liqa komandası “Union Berlin”lə oyunumuz var. ..
- Mənə elə gəlir ki, Bundesliqa komandası ilə keçiriləcək oyun daha çətin olacaq. Bundesliqanın ikinci liqa komandası olmasına baxmayaraq, hər halda Almaniyanın futbol məktəbi var. Bizlə oyunda Almaniya futbolunun səviyyəsi özünü biruzə verəcək. “Union Berlin”in Albaniya yığmasından daha güclü olduğu qənaətindəyəm.
- Maksim Medvedyev yenə də milli komandaya dəvət ala bilmədi. Bunun səbəbləri barəsində düşünürsən?
- Bu sualı baş məşqçi Berti Foqts ünvanlayın. Demək olar ki, tam hazır formadayam. Mən inanmıram ki, Foqts məni formada olmadığıma görə milliyə dəvət etmir. Burda hansısa prinsipdən söhbət gedə bilər. Gərək Berti Foqtsa sual verələr ki, niyə oyunlarımızı gəlib izləmir? Səhv etmirəmsə, sonuncu dəfə “Rəvan”la keçirdiyimiz matçda stadionda olub. Nəisə. Öz işidir. Nə istəyir etsin.
- Foqtsun millidə qalıb-qalmayacağına dair müzakirələr davam edir. Bəs, sən necə düşünürsən, Foqts millidən getsin?
- Berti Foqts Azərbaycanda indiyədək ən çox xal toplayan baş məşqçidir. AFFA Foqtsu yalnız bir səbəblə saxlaya bilər ki, ən çox xalı məhz onun baş məşqçilik etdiyi müddətdə qazanmışıq. Hər halda İcraiyyə Komitəsi gərək bu barədə yaxşı düşünüb qərar versin.
- “Qarabağ” son turda heç kimin gözləmədiyi bir şəkildə “Sumqayıt-Şəhər”dən məğlubiyyət aldı. Komandada hazırda ümumi ab-hava necədir?
- Hələ komanda tam şəkildə bir yerdə deyil. Bir neçə oyunçumuz milli komandaların toplanışlarındadır. Ansi Aqolli və Admir Telinin də Albaniya yığmasına, bir neçə yerli oyunçumuzun isə Azərbaycan millisinə dəvət aldığını bilirsiz. İndidən ab-havanın necə olduğunu söyləmək olmaz. Hər şey növbəti turda “İnter”lə keçirəcəyimiz oyunöncəsi bəlli olacaq. İnanıram ki, hər şey öz qaydasına düşəcək. “Sumqayt-Şəhər”lə oyunda buraxdığımız səhvin əvəzini “İnter” üzərində qazandığımız qələbə ilə çıxacağıq.
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı