“Xəzər Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirovun Qol.Az saytına müsahibəsi
- Premyer Liqanın son turunda “Neftçi”yə böyükhesablı məğlubiyyətdən sonra komandada hansı tədbirlər görüldü?
- Belə məğlubiyyət “Xəzər Lənkəran” tarixinə çox böyük ləkədir. Məğlub olmaq olar, ancaq belə də yox. Klubun prezidenti məğlubiyyətin səbəblərinin araşdırılması barədə müəyyən tapşırıqlar verib. Oyun zamanı baş hakimin Rəşad Abdullayevin Şəhriyar Xəlilova qarşı kobud hərəkətinə göz yumması ilə bağlı AFFA İntizam Komitəsinə şikayət etmişik. İK-dən bu barədə müəyyən ölçü götürülməsini istəmişik.
- Böyükhesablı məğlubiyyətdə qapıçı Kamal Bayramovu günahlandıranlar çoxdur. Siz bu barədə nə düşünürsünüz?
- Kamran Ağayev oyunqabağı meydana çıxmaqdan imtina etdi. Onun yerinə isə oyun praktikası yüksək səviyyədə olmayan Kamal Bayramov meydana çıxdı. Hesab edirik ki, belə vacib oyunda Kamalın meydana çıxması onun üzərinə böyük yük salmışdı. Hər şeyi də qapıçının üzərinə yıxmaq düzgün olmaz. Həmin qarşılaşmada təkcə Kamal yox,komandanın yarımmüdafiəçilərinin də səhvini vurğulamaq lazımdır. Niyə onlar arxada bu qədər boşluqlar yaradırlar ki, rəqib futbolçular da qapıçımızla təkbə-tək çıxır. Düşünürəm ki, Bayramov bacarığını maksimum nümayiş etdirdi.
- Ola bilərmi ki, Kamran Ağayevi komandadan imtina etməyə hansısa qüvvələr yönəldir?
- Bizim, eləcə də rəhbərliyin və məşqçi heyətinin Kamranla heç bir problemi yoxdur. Sadəcə, Kamran Ağayev “Neftçi”ylə matçda oynamaqdan imtina etdi. Səbəb kimi də zədələnməsini bəhanə gətirdi. Ancaq biz onu müayinə etdirdikdən sonra məlum oldu ki, elə bir ciddi zədəsi yoxdur və meydana çıxaraq oynaya bilər.
- Bəlkə, komandanın baş məşqçisi Mirça Redniklə münasibətlərinin korlanması bu vəziyyətə gətirib çıxarıb?
- Heç kəs deyə bilməz ki, onun baş məşqçi Redniklə münasibəti yaxşı deyil. Rednik elə bir adamdır ki,hər şeyin yerini bilir. Bir də ki, baş məşqçi və futbolçuların öz işi, öz peşəsi var. Niyə münasibət korlanmalıdır ki?
- Klubun direktoru Höccət Hacıyev də açıqlamasında bildirib ki, Kamran Ağayev “Bakı”ilə oyunda da meydana çıxmaqdan imtina edirdi. Doğrudan belədir?
- Əgər klubun direktoru Höccət müəllim deyirsə, deməli, doğrudur.
- Görünür, Kamran Ağayev artıq “Xəzər Lənkəran”da oynamaq istəmir. Ona görə belə edir...
- Hər şey olar bilər. Ancaq deyilənlərin real olduğunu kim sübut edə bilər? Yəni danışanda gərək real bir şey desinlər. Yaddan çıxarmayın ki, Kamranın bundan sonra da bizimlə uzunmüddətli müqaviləsi var. Mətbuatda yazırlar ki, güya Kamranın klubla 6 aylıq müqavilə müddəti qalıb. Ondan sonra futbolçu azad agent statusu alacaq. Bunların hamısı boş sözlərdən başqa bir şey deyil. Heç kəs onu komandadan qovmayıb.
Əli HƏYATİ
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı