Neftçi” klubunun yarımmüdafiəçisi Cavid Hüseynovun Qol.Az saytına müsahibəsi
- “Xəzər Lənkəran”la qarşılaşmada özünü yaxşı tərəfdən göstərən futbolçulardan biri də sən oldun. Belə irihesablı qələbə necə alındı?
- Əzəli rəqibimizlə görüş kənardan göründüyü kimi heç də asan keçmədi. Baxmayaraq ki, böyükhesablı qələbə qazanaraq, tarixi nəticəyə imza atdıq. Doğrusu, “Xəzər Lənkəran” kimi güclü rəqibin qapısından beş cavabsız top keçirib, qalib gələcəyimizi təsəvvür etmirdim. Futbolda belə hallar hərdən baş verir. Görünür, uzun müddət rəqib üzərində qələbə qazana bilməməyimiz revanş almaq istəyimizi daha da artırmışdı. Düşünürəm ki,həmin oyunda pis təsir bağışlamadım. Məşqçinin verdiyi tapşırıqların öhdəsindən gəldiyimə inanıram. Uğur qazanmağımız naminə əlimdən gələni etdim.
- “Xəzər Lənkəran” üzərində belə böyükhesablı qələbəni heç kim gözləmirdi. Bu qalibiyyətdən sonra “Neftçi”nin eyforiyaya qapılacağı səndə narahatçılıq doğurmur?
- Eyforiyaya qapılması “Neftçi”yə baha başa gələ bilər. Hər kəs yaxşı bilir ki, turnir cədvəlində axrıncı pilləni tutan “Sumqayıt Şəhər” səfərdə “Qarabağ” kimi güclü komandanı məğlubiyyətə uğratdı. Hər kəs bu qarşılaşmada “Qarabağ”ı favorit hesab edirdi. Lakin hər şey gözlənilənlərin əksinə oldu. Məhz belə sensasiyalardan sonra “Neftçi”nin arxayınlaşması mümkün deyil. Ən azından ona görə ki, növbəti turda ”Qəbələ” və “Qarabağ” kimi iddialı klublarla qarşılaşacağıq. Növbəti görüşlərə daha yaxşı köklənərək qələbə qazanmağa çalışacağıq.
- ”Xəzər Lənkəran” üzərindəki qələbəyə görə komandanızın üç qat mükafatlandırılması doğrudur?
- Xeyr. Digər oyunlardakı qələbələrə görə aldığımız mükafatlardan fərqi olmadı. “Qarabağ”ı məğlub edən zaman nə qədər mükafat almışdıqsa, “Xəzər Lənkəran” üzərindəki qələbəyə görə də həmin mükafatı aldıq.
- “Neftçi” hansı cəhətlərinə görə rəqibindən üstün oldu?
- Komandamız rəqibini bütün kompanentlərdə üstələdi. Biz meydanın hər bir qarışı uğrunda mübarizə apararaq,onlara rahat hərəkət etməyə imkan vermirdik. “Xəzər Lənkəran”ın daxilində nələr yaşandığını deyə bilmərəm. Çünki mən komandanın içində deyiləm. Bununla belə, bütün baş verənlərin “Xəzər Lənkəran”ın çıxışına təsirsiz ötüşmədiyi qənaətindəyəm. Bəziləri “Xəzər Lənkəran”ın bizimlə oyuna arxayın çıxdıqlarını düşünürlər. Bu mümkün deyil. Heç bir klub “Neftçi” ilə qarşılaşmaya arxayın çıxa bilməz. Hər iki komanda onları nə qədər ağır matçın gözlədiyinin fərqində idi.
- Komanda yoldaşın Flavinyo Azərbaycan pasportu almaq üçün AFFA-ya müraciət edib. Onun millimizə faydalı olacağını düşünürsən?
- Flavinyonu Azərbaycanda ən yaxşı legionerlərdən biri hesab edirəm. Məncə,milli komandada çıxış etməyə layiqdir. Bəzi səviyyəsiz legionerlərdənsə millidə texnikalı,qol vurmağı bacaran bir futbolçunun çıxış etməsi daha yaxşı olardı. Onun bizə çox köməyinin dəyəcəyini düşünürəm.
- Son oyunlarda komandanın əsas heyət üzvü kimi meydana çıxırsan. Bununla belə, hələ də Berti Foqtsun diqqətindən kənar qalmısan. Foqts səni niyə milliyə dəvət etmir?
- Foqtsun dediyinə görə, "Neftçi"nin əsas heyətində yer almadığım üçün məni milliyə dəvət etmirdi. Lakin son oyunlarda komandamın ilk onbirliyində meydana çıxıram. Belə olan halda niyə çağırılmadığımı deyə bilmərəm. Ümid edirəm ki, növbəti toplanışlarda mən də Foqts tərəfindən dəvət alacam.
ƏLİ HƏYATİ
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı