“Qarabağ” klubunun qapıçısı Fərhad Vəliyevin Qol.Az saytına müsahibəsi
- Noyabrın 11-də səfərdə Albaniya yığması ilə qarşılaşacaq milli komandamız daha bir itki ilə üzləşdi. Millimizin əsas qapıçısı Kamran Ağayev zədələnərək millinin heyətindən kənarlaşdırıldı. Ancaq Berti Foqts yenə də sənə dəvət göndərmədi. Bunu nə ilə izah edərdin?
- Premyer Liqanın son iki turunda "Qarabağ"ın qapısını qorusam da, Foqts məni milliyə çağırmadı. Görünür, Foqts yenə də mənim "Qarabağ"da sabit çıxış etməyimi istəyir. Çünki, o daha öncə də mənə klubda ehtiyatda qaldığım müddətdə yığmaya çağırılmayacağımı bildirmişdi. Ona görə də yəqin oyunum hələlik Foqtsu qane etmir. Təbii ki, hər hansı bir futbolçunun milliyə çağırılıb-çağırılmaması məşqçinin işidir.
- Yəni, milliyə çağırılmamağının səbəbi Berti Foqtsla deyil, klubunda stabil çıxış etməməyinlə bağlıdır?
- Bəli. Foqtsla heç bir problemim yoxdur. Onunla axırıncı dəfə yayda söhbət etmişdim. Almaniya və Qazaxıstanla oyunlardan öncə Foqts mənə bildirmişdi ki, "istəyirəm sən "Qarabağ"da daima çıxış edəsən. Əgər "Qarabağ"da ehtiyatda qalırsansa, o zaman klubunu dəyiş". Yəni, Foqtsun sözündən elə çıxmışdı ki, stabil oynamasam, milliyə çağırılmayacam. Düşünürəm ki, məhz bu səbəbdəndir ki, qarşıdakı yoldaşlıq oyunlarına dəvət almadım.
- Maraqlıdır ki, hazırda millinin düşərgəsində olan Aqil Məmmədov da "Bakı"nın heyətində əsas heyətdə yer almır. Ancaq Foqts ona güvənir. Bunu necə başa düşək?
- Aqil gənc qapıçıdır. Foqts belə yoxlama görüşlərində daha çox gənclərə şans vermək istəyir. Baxmayaraq ki, Aqil "Bakı"nın heyətində ehtiyatda qalır.
- Kamranın zədələnməsindən sonra yığmaya çağırılacağını gözləyirdinmi?
- Düzünü desəm, gözləyirdim. Çünki "Qarabağ"ın heyətində son iki turda çıxış etmişdim. Premyer Liqanın qaliblərinin mükafatlandırılması mərasimində Kamranla söhbət etmişdim və Ağayev ayağında zədəsi olduğunu bildirmişdi. Mən də fikirləşdim ki, yəqin Foqts bu dəfə məni yığmaya dəvət edəcək. Lakin belə olmadı. Bu, məşqçinin qərarıdır. Yenə deyirəm, ola bilsin yoldaşlıq görüşlərində gəncləri yoxlamaq istəyir.
Vüsal HÜSEYN
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı