“Bakı” klubunun yarımmüdafiəçisi İbrahim Karqbonun Qol.Az saytına müsahibəsi
- Premyer Liqanın sonuncu turunda səfərdə “Kəpəz”ə 3:1 hesabı ilə qalib gəldiniz. İlk öncə bu oyun haqda təəssüratlarını öyrənək...
- “Kəpəz”ə qarşı yaxşı oynadıq. Qələbə qazanmaq üçün əlimizdən gələni etdik və buna nail olduq. İlk hissədə 2 qol vurmağımız fasilədən sonra daha rahat oynamağımıza kömək etdi. Bakıdakı oyunda “Kəpəz”ə 0:3 hesabı ilə məğlub olmuşduq. Lakin səfərdə bu məğlubiyyətin əvəzini çıxa bildik.
- “Bakı” növbəti turda öz meydanında “Turan”la qarşılaşacaq. Bu görüş barədə nə deyə bilərsən?
- Biz bütün oyunlara qələbə əzmi ilə çıxırıq. Təbii ki, “Turan”la oyun da istisna deyil. Lakin rəqibə hörmətlə yanaşmalıyıq. Çünki “Turan” Azərbaycanın köklü klublarından biridir. Ona görə də onlara qarşı ehtiyatlı oynamalıyıq. “Kəpəz”lə görüşdəki kimi çıxış etsək, əminəm ki, “Turan”ı da məğlub edəcəyik.
- “Bakı” mövsümə yaxşı başlamasa da, komanda artıq yavaş-yavaş özünə gəlir. Səncə, komandanın buna qədərki zəif çıxışının əsas səbəbi nə idi?
- Mövsümün əvvəlində komandanın heyətinə bir sıra yeni futbolçular qoşuldu. Təbii ki, həmin futbolçuların komandaya uyğunlaşması üçün bir qədər zamana ehtiyacları var idi. Komandada legionerlərin üstünlük təşkil etməsi bir-birimizi anlamaqda çətinlik yaradırdı. Məhz buna görə də, bir sıra oyunlarda yersiz xal itkisinə yol verdik. Bununla belə, Uinston Parksın “Xəzər Lənkəran”dan, Elvin Əliyevin AZAL-dan və Novruz Məmmədovun “Muğan”dan transfer olunması komandanın gücünə əlavə güc qatdı. Mövsümə pis başlasaq da, son turlar yaxşı çıxış edirik. İnanıram ki, bu uğurun ardı gələcək.
- Hazırda komanda daxilindəki ab-hava necədir?
- Komandada hər şey qaydasındadır. Futbolçular da yalnız müsbət düşünürlər. Bir oyun başa çatdıqdan sonra həmin matçı unudub, növbəti görüşə hazırlaşırıq. Çünki hər oyunda qazanılacaq bir xal da bizim üçün çox əhəmiyyətlidir.
- “Bakı”nın bu mövsüm əsas hədəfi nədir?
- Bu mövsüm ilk növbədə Avrokuboklara vəsiqə qazanmalıyıq. Bu, bizim əsas hədəfimizdir. Bunun üçün də var-gücümüzlə çalışırıq. Lakin çempionluq uğrunda da sonadək mübarizə aparacağıq. Düşünürəm ki, “Bakı” titul qazanmağa layiq komandadır.
- Bəs, bu mövsüm “Bakı”nın çempion olmasına nə mane ola bilər?
- Hər şey özümüzdən asılıdır. Əgər meydanda sonadək oynasaq, istəyimizə nail olarıq. Komandanın hər bir futbolçusunda qələbə qazanmaq arzusu olmalıdır. Düşünürəm ki, mövsümün sonuna qədər sabit oyun göstərsək, çempion ola bilərik.
- Çempionluq yolunda hansı komandaları özünüzə ciddi rəqib görürsən?
- Ciddi rəqiblərimiz çoxdur. Bu komandalardan “Neftçi”, “Xəzər Lənkəran”, “İnter” və “Qarabağ”ın adlarını çəkə bilərəm. Ancaq “Bakı” da zəif deyil və heç bir rəqibdən çəkinmirik. İstənilən komanda ilə rəqabətə hazır olmalıyıq. Artıq qarşıdakı görüşdə qazanılacaq hər bir xal həlledici rol oynayır. Ona görə də daha diqqətli oynamalıyıq.
Vüsal HÜSEYN
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu