“Neftçi”nin hücumçusu Fərid Quliyevin Qol.Az saytına müsahibəsi
- Dünən üç ildi, qalib gələ bilmədiyiniz “Xəzər Lənkəran”ı məğlub etdiniz və turnir cədvəlində liderə bir qədər də yaxınlaşdınız.
- Bizim məqsədimiz üç xal qazanmaq idi. Çünki turnir cədvəlində lider “Xəzər Lənkəran” komandasından aramızda dörd xallıq fərq vardı. Bunu aradan qaldırmaq üçün həmin qarşılaşmada “Neftçi” mütləq qalib gəlməliydi. Digər tərəfdən üç ildir ki, onları məğlub edə bilmirdik. Hər şeyin öz əlimizdə olduğunu yaxşı anlayaraq, bizdə qələbə qazanmaq əzmi daha da çoxalmışdı. Şükürlər olsun ki, oyunun sonunda gülən tərəf biz olduq.
- Bəs, 5:0 hesablı qələbə qazanacağınızı necə, gözləyirdiniz?
- Düzü, hesabın bu cür olacağını təxmin etmirdim. Çünki “Xəzər Lənkəran” çempionatımızda ən güclü komandalardan biri hesab olunur. Həm də adətən, derbi qarşılaşmalarında oyunun taleyini bir və ya iki qol həll edir. Ancaq oyunda bunun tam əksini gördük. Artıq üçüncü qolu vurduqdan sonra hardasa hesabın böyük olacağını təxmin etdim. Ona görə ki, rəqib qapısından buraxdığı toplardan sonra rəqib hücuma atılaraq qolların əvəzini çıxmağa çalışırdı. Bu zaman onların müdafiəsi kobud səhvlər buraxmağa başladı ki, ondan maksimum yararlanmağı bacardıq.
- “Neftçi” həmin oyunda “Xəzər Lənkəran”a nəyin hesabına qalib gəlməyi bacardı?
- Əvvəla komandanın prezidenti Sadıq Sadıqovun üzərimizdə hər zaman qayğısını hiss etməyimiz. Digər tərəfdən isə uşaqlar məşqlərdə daha səylə çalışırdı və psixoloji baxımdan qələbəyə köklənə bilmişdik. Məşqçimiz Böyükağa Hacıyevin düzgün taktiki gedişləri “Xəzər Lənkəran”la oyunda özünü doğrultdu. Həmin oyundan öncə uşaqlarda aqressivlik, döyüşkənlik hiss olunurdu. Məncə, qələbəni biz daha çox qazanmaq istəyirdik.
- Baş məşqçiniz Böyükağa Hacıyev mətbuat konfransında rəqibi on beş gündür ki, analiz etdiyini bildirib.
- “Xəzər Lənkəran”ın çıxışlarını, onların bu mövsümdə hansı üslubda oynadıqlarını baş məşqçi bizə başa saldı. Birdəki, Böyükağa müəllim bizə hər zaman meydanda sona qədər mübarizə aparmağı tövsiyə edir. Qalib gəlməyimizdə uşaqlarla bərabər, baş məşqçimizin də böyük əməyi var. Çünki o bizi bu qarşılaşmaya daha çox psixoloji baxımdan hazırlamağı bacarmışdı. Həm də qalib gələcəyimizə inandıra bilmişdi.
- Komanda yoldaşın Rəşad Abdullayevin rəqib futbolçuya qarşı etdiyi hərəkətə münasibətin necə oldu? Axı komandan azlıqda qalaraq, məğlub ola bilərdi.
- Oyunun əvvəli olduğu üçün əsəblər bir qədər tarıma çəkilmişdi. Həm də Rəşad rəqib futbolçunu bilərəkdən vurmadığını deyib. Sadəcə, yıxılarkən əli qəfil rəqibin üzünə dəyib. Bir də, oyunun baş hakim həmin epizoda yaxın idi. Əgər doğrudan da, belə hal baş vermişdisə, referi Rəşadı cəzalandırardı. Deməli, heç bir qayda pozuntusundan söhbət gedə bilməz. Hələ rəqib futbolçu özünü yerə yıxaraq simulyasiya etməyə çalışdı.
- Son turlar “Neftçi”də ikinci hissədə meydana çıxışını qolla qeyd edirsən. Dünən “Xəzər Lənkəran”la oyunda da fərqlənə bildin. Bəs, nədən baş məşqçiniz Böyükağa Hacıyev səni əsas heyətdə meydana buraxmır?
- Komandamızda rəqabət böyükdür. Bəlkə də, belə olmağı komandamızın işinə yarayır. Yaxşı bilirsiniz ki, “Neftçi”də yetərincə güclü və tanınmış hücumçular çıxış edir. Onlarla mübarizə aparmaq o qədər də asan deyil. Ancaq bir şey var ki, hər şey və hər kəs komandanın uğuru naminə əlindən gələni etməyə çalışır. Birdəki, ən son sözü baş məşqçimiz deyir. Nə vaxt məsləhət bilir, o vaxt da məni meydana buraxır.
ƏLİ HƏYATİ
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu