“Qarabağ”ın müdafiəçisi Rəşad Sadıqovun Qol.Az saytına müsahibəsi
- Rəşad, “Sumqayıt-Şəhər” heç kimin gözləmədiyi halda Quzanlıda “Qarabağ”ı məğlub etdi. Oyunun bu sonluqla yekunlaşacağını yəqin sən də gözləmirdin...
- Açığı, çətin oyun keçəcəyini bilirdim. Sumqayıt təmsilçisi ilə oyundan qorxurdum. Bilirdim ki, xal itirə bilərik. Amma belə məğlub olacağımızı da gözləmirdim. Qələbə qazanmaq qalsın bir qırağa, heç yaxşı oyun da göstərə bilmədik. Bundan əvvəl xal itirdiyimiz matçlarda heç olmasa, yaxşı oyun nümayiş etdirirdik. Göstərdiyimiz baxımlı futbolla təsəlli tapırdıq. Bu dəfə isə hər şey əksinə oldu. Futbolda belə hallar olur. Qismətimizdən qaça bilmədik. Komandanın bir-iki üzvünü çıxmaq şərti ilə heç birinin oyunu alınmadı. Hamısı tanınmaz halda idilər.
- İlk dövrədə yenə Sumqayıt klubu ilə oyunda xal itirdiz. Həmin matçda hesab açılmadı. Ola bilərmi ki, komandanızın “Sumqayıt-Şəhər”lə oyunu alınmır?
- “Sumqayıt-Şəhər” çox gözəl oyun nümayiş etdirdi. Şəxsən onların oynadıqları futbol mənim çox xoşuma gəldi. Çox ağıllı müdafiə olunurdular. Səfərdə çıxış etmələrinə baxmaraq, rəqibdən çəkinmirdilər. Onları təbrik edirəm. Zəhmətlərini yerə vurmaq olmaz.
- “Qarabağ” sabit oyun nümayiş etdirməyi bacarmır. Bunun səbəbi nədir?
- Bu gün əsas problemimiz odur ki, komandada sabitlik yoxdur. Heç özüm də baş aça bilmirəm, niyə. Özümüzə də maraqlıdır ki, niyə sabit oynaya bilmirik? Başqa komandaların oyunlarına baxanda görürsən ki, 90 dəqiqə ərzində heç bir baxımlı oyun göstərmir. Amma sonda qapıya bir zərbə vurur və qələbə qazanır. Biz isə 90 dəqiqə hücum edirik, qol epizodları yaradırıq. Top qapıdan keçmir. Bir az səbirli olmaq lazımdır. Qarşıda hələ çox oyun var.
- Rəşad Sadıqov “Sumqayıt-Şəhər”lə oyunda meydanda olsaydı, hesab fərqli ola bilərdi?
- İnanmıram. İlk oyunda Rəşad Sadıqov var idi də. Yenə də xal itirdik.
- Qurban Qurbanov deyir ki, Rəşadla Maksimin yoxluğu komandada balansı pozdu...
- Söhbət tək məndən getmir. Əgər əsas heyətin 2-3 oyunçusu oynamırsa, istər-istəməz problemlər meydana çıxır.
- Bir neçə gün əvvəl qolun qırılmışdı. İndi vəziyyətin necədir?
- Bir-iki gündür ağrılarım azalıb. Həkimlərdən xahiş etmişəm ki, iki həftə tamam olanda gipsi çıxartsınlar. Görək həkimlər nə deyəcək. Məşqlərə başlamaq istəyirəm.
- Dünən “Neftçi” ilə “Xəzər Lənkəran” arasındakı “böyük oyun”u izlədinmi?
- Doğrusu, matçı 60-cı dəqiqəyə kimi izləyə bildim. Maraqlı və sürətli futbol gedirdi. “Xəzər Lənkəran” məğlub olmasına baxmayaraq, mübarizə aparırdı. Uzun müddətdir Azərbaycan çempionatında belə maraqlı oyunun şahidi olmurdum. “Neftçi” həqiqətən rəqibindən güclü idi. Bu gün əgər Flavinyo, Bahadır Nasimov, Rəşad Abdullayev yaxşı formadadırsa, “Neftçi”nin qarşısını kəsmək çətindir.
- Komandanın azarleşlərinə sözün var?
- Hamını bizi sonadək dəstəkləməyə çağırıram. İnşallah, hər şey qaydasına düşəcək. Fürsətdən istifadə edib bütün xalqımızı Qurban bayramı münasibətilə təbrik edirəm.
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı