“Sumqayıt-Şəhər” klubunun 16 yaşlı hücumçusu Orxan Əliyevin Qol.Az saytına müsahibəsi
- Orxan, gəl, əvvəlcə səninlə tanışlıqdan başlayaq. Unibank Premyer Liqanın ən gənc oyunçususan. “Sumqayıt-Şəhər”ə gəlişin necə oldu?
- 1995-ci ilin 21 dekabrında Lerikdə anadan olmuşam. Sonradan atamın işi ilə əlaqədar Rusiyanın Stavropol şəhərinə köçməli olduq və orada yaşamağa başladıq. Futbol oynamağa məhz oradakı futbol məktəblərinin birində başladım. Milliyə və “Sumqayıt Şəhər”ə gəlişimə gəlincə, hər şey Soçidə təşkil olunan turnirdən sonra oldu. Klubumuzun prezidenti Kamran Quliyevin dostu həmin turnirdə məni görmüşdü. Sonra həmin adam Kamran müəllimə məni tərifləyib. Yaxşı oyunçu olduğumu deyib. Daha sonra millinin məşqçiləri məni U-17-yə dəvət etdilər. Özümü göstərəndən sonra millinin üzvünə çevrildim. “Sumqayıt-Şəhər”ə gəlişimdə məqsəd isə burada millinin bazasının yaradılması idi. U-17-nin bir çox üzvləri də bu komandaya cəlb olunurdu. Avqust ayından etibarən Sumqayıt klubunda çıxış edirəm.
- Dünən “Qarabağ”a qarşı uğurlu çıxış etdin. Hətta ilk qolun ötürməsini də sən verdin. Gələcək futbol karyeranla bağlı nə fikirləşirsən?
- Səviyyəmi daha da qaldırmaq barəsində düşünürəm. Sübut edəcəyəm ki, mən necə oyunçuyam. Daha güclü klublarda oynamaq istəyirəm.
- Yeri gəlmişkən, Quzanlıda güclü “Qarabağ”ı məğlub edə bildiz. Bu, necə baş verdi?
- Çox ağır oldu. Biz oyuna yüksək əhval-ruhiyyədə çıxmışdıq. Məqsəd qoymuşduq ki, rəqibə məğlub olmayaq. Motivasiyamız yüksək idi. Rəqib yaxşı oynadı. Texniki cəhətdən “Qarabağ” xoş təsir bağışlayırdı. Maksimum dərəcədə səhv etməməyə çalışırdıq. Rəqibin səhvlərimizdən yararlanmasına şərait yaratmadıq.
- Yerli klublarımızdan çempionatda daha iddialı olanlarına transfer olunmaq istərdinmi?
- Mən Azərbaycanda “Sumqayıt-Şəhər”dən savayı heç bir klubda çıxış etmək istəmirəm. İnşallah, legioner həyatı yaşamaq fikrim var.
- 17 yaşlılardan ibarət milli komandamızın üzvüsən. Millidə işlərin necə gedir?
- Təəssüf ki, Avropa çempionatının ilkin seçmə mərhələsində çıxışımızı başa vurduq. Səviyyəmizdən çox aşağı çıxış etdik. Özümə gəldikdə isə tezliklə U-19-un toplanışına qatılacam.
- Çempionatın ən gənc oyunçusu kimi milli komandamızın baş məşqçisi Berti Foqtsun diqqətini cəlb etməmisən?
- Hələ ki, yox. Buna bir qədər zaman lazımdır. Nə bilmək olar, bəlkə ən qısa zamanda millinin heyətinə dəvət alaram? Mənə belə bir şans verilsəydi, çox sevinərdim. Özümü sübut etmək istəyirəm.
- Yəqin ki, hələ orta məktəb şagirdisən?
- Bəli. Amma Azərbaycanda oxumuram. Çünki Rusiyadakı məktəbimdə sənədlərlə bağlı problem yaranıb. Həmin sənədləri gətirə bilmirəm ki, Bakıdakı məktəblərdən birinda oxumağa başlayım.
- “Sumqayıt-Şəhər” son iki oyunda altı xal toplamağı bacardı. Komanda növbəti oyunlarda bu çıxışlarını davam etdirə biləcək?
- AZAL üzərindəki qələbə bizi çox ruhlandırdı. Əgər onları məğlub etməsəydik, bizə çox pis təsir edəcəkdi. Növbəti oyunlara gəldikdə isə yalnız qələbə haqda düşünürük.
- Çempionatda oyun üslubunu bəyəndiyin futbolçular kimlərdir?
- “Qarabağ”ın müdafiəçisi Rəşad Sadıqovun oyununu çox bəyənirəm. “Qarabağ”da 22 nömrə altında kim çıxış edir?
- Əfran İsmayılov.
- Hə, çox güclü oyunçudur. Bizə qarşı da yaxşı oynadı.
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı