“Neftçi”nin yarımmüdafiəçisi Rəşad Abdullayev bazar günü “Xəzər Lənkəran”a qarşı keçiriləcək vacib oyun ərəfəsində Qol.Az saytının suallarını cavablandırıb.
- Əzəli rəqiblərin dueli hər zamandakı kimi böyük ajotaja səbəb olur. “Xəzər Lənkəran”la qarşılaşma haqda hansı fikirdəsən?
- “Xəzər Lənkəran” yaranan gündən onun “Neftçi”yə qarşı oyunu böyük maraqla gözlənilib. Bu komandaların görüşü zamanı meydançada əsl mübarizə gedir. Biz də doğma meydanda birinci dövrədəki məğlubiyyətin revanşını almağa çalışacağıq. Ancaq ümumilikdə bu oyunu bayram əhval-ruhiyyəsində keçirmək lazımdır.
- “Neftçi” barışmaz rəqibi ilə qarşılaşmaya psixoloji cəhətdən hazırdı?
- Hazırda komanda daxilində heç bir psixoloji gərginlik yoxdur. Üstün tərəflərimizdən biri də “Xəzər Lənkəran”ı öz meydanımız və doğma azarkeşlər önündə qəbul etməyimizdir. Düşünürəm ki, bizim azarkeşlər üçün ən əsası əzəli rəqiblərimiz üzərində qazanılacaq qələbədir. Bu görüşdə qalib gələ bilsək, xal fərqini azaltmaqla yanaşı, liderliyə də xeyli yaxınlaşacağıq. Komandamızda hər hansı gərginlik olsa belə, qələbə qazanmaqla bu problemli aradan qaldırmış olacağıq.
- Səncə, bu gün hansı komanda daha üstündür: “Neftçi”, yoxsa “Xəzər Lənkəran”?
- Səfərdəki görüş zamanı da biz üstün tərəf idik. Həmin oyunda bir qədər bəxtsizliklə üzləşdik. Onların üstünlüyü azarkeş kütləsinin çox olmasıdır. Çünki azarkeşlər meydanda çox olarkən rəqib futbolçulara təzyiq göstərməyə çalışırlar. Bu da psixoloji tərəfdən cox böyük üstünlük hesab edilir. Çox istərdim ki, öz meydanımızda bizim azarkeşlər də “Xəzər Lənkəran”ı təzyiq altında saxlasın. Çünki doğrudan da, “Xəzər Lənkəran”la səfərdəki oyunda azarkeşlər tərəfindən çox böyük təzyiq hiss edirik.
- “Xəzər Lənkəran”ın bu mövsümdəki çıxışını necə qiymətləndirərdin?
- “Xəzər Lənkəran” bu il tamam başqa oyun nümayiş etdirərək müdafiə futboluna üstünlük verir. Müdafiədə oturaraq, rəqibin səhvlərindən yararlanmağa çalışır. İndiki “Xəzər Lənkəran”la ötənilki arasında xeyli fərq var. Yəqin ki, “Neftçi” ilə oyunda da əks-hücumdan yararlanmağa çalışacaqlar ki, buna da imkan verməməliyik. Müdafiədə diqqətli oynasaq qələbə qazana biləcəyik.
- “Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednikin “Neftçi"nin heyətində xüsusi qiymətləndirdiyi oyunçular arasında sən də varsan.
- Biz Böyükağa Hacıyevlə rəqibin oyununu necə analiz ediriksə, onlar da baş məşqçiləri ilə “Neftçi”nin çıxışlarını analiz edirlər. Videoyazılara baxarkən təhlükənin daha çox hansı futbolçulardan gəldiyini görürlər. Məhz ona görə də öz taktikalarını bu futbolçulara əsasən qururlar. Çalışmalıyıq ki, oyunda topa olan nəzarətimizi itirməyək.
- Əvvəllər “Xəzər Lənkəran” da çıxış etmisən. Sabiq komandana qarşı oyunda prinsipiallıq olacaq?
- “Xəzər Lənkəran”mənim keçmiş komandamdır.Mən o klubda düz beş il futbol oynadığım üçün istər-istəməz əhəmiyyət daşıyır. Ancaq, çalışacağam ki, belə şeylərə fikir vermiyim və öz oyunumu sərgiləyim.
Əli HƏYATİ“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı