“Qarabağ” klubunun vitse-prezidenti Tahir Gözəlin Qol.Az saytına müsahibəsi
- “Qarabağ” hazırda turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. Komandanızın çempionatın birinci təsnifat mərhələsindəki çıxışına necə qiymət verərdiniz?
- Mən komandamdan çempionluq gözləyirəm. Qabaqcadan nəyisə dəqiq söyləmək olmur. Düzdü, mən də istəyirəm ki, “Qarabağ” turnir cədvəlinin birinci, ya ikinci sırasında qərarlaşsın. Komandanın, futbolçuların üzərinə çox getmək də istəmirəm. Biz Qurban Qurbanova dəfələrlə bildirmişik ki, biz səni dəstəkləyirik. Komandanın uğurları naminə bizdən nə istəsən onu etməyə hazırıq və bunu edirik də. Biz də rəhbərlik olaraq, ondan “Qarabağ”a çempion adını qazandırmasını və əvvəlki illərdə olduğu kimi, Avropada uğurlu çıxış gözləyirik.
- Sözlərinizdən belə başa düşmək olar ki, əgər komanda çempion olmasa bu, uğursuzluq hesab olunacaq?
- İlk növbədə hədəfimiz əlbəttə ki, çempionluqdur. Lakn ən pis halda sonda “Qarabağ” turnir cədvəlinin üçüncü pilləsində qərarlaşmalıdır. Çünki “Qarabağ” mən deyərdim ki, mövcud olduğu dövürünün ən pik nöqtəsini yaşayır.
- Hədəfinizə yetişmək üçün komandaya yeni transferlərin olması da zəruridir. Bu mənada, qış transfer pəncərəsində komandanın heyətini gücləndirmək üçün yeni futbolçular alınacaq?
- Mən klubumda legionerlərin çoxluq olmasını istəmirəm. Çünki məqsədimiz yerli istedadlı futbolçuları yetişdirərək, futbolumuza xeyir verməkdir. Ona görə də əminliklə deyə blərəm ki, komandaya əcnəbi oyunçuların gətirilməsi istiqamətində hələ planımız yoxdur.
- Son zamanlar Qurban Qurbanovun adı milli komandanın baş məşqçi vəzifəsinə namizədlər sırasında çəkilir. Bu mənada, “Qarabağ” klubla müqaviləsi başa çatmaqda olan Qurban Qurbanovla müqavilənin müddətini uzatmaq barərə qərar vermisiniz?
- Sizə bildirim ki, biz artıq Qurban müəllimlə yeni müqaviləyə imza atmışıq. Müqavilənin şərtlərinə görə, Qurban Qurbanov 2013-cü ilin sonuna kimi “Qarabağ”ın baş məşqçsi vəzifəsində çalışacaq. O, nəinki istedadlı və bacarıqlı məşqçi, həm də xüsusi kefiyyətlərə malik olan gözəl bir insandır. Bütün bu amillərə görə biz onunla yeni müqavilə imzaladıq.
- “Qarabağ”ın Quzanlıdakı oyunlarında azarkeş çox gəldiyindən əlavə tribunanın tikilməsinə ehtiyac yaranıb. Bununla bağlı Ağdam Rayon İcra Hakimiyyətilə birgə hansısa işlər görmək fikriniz varmı?
- Gözəl və sevindrici haldır ki, “Qarabağ” azarkeşlər tərəfindən ən çox sevilən komandalar sırasındadır və xeyli azarkeş kütləsinə malikdir. Quzanlı stadionunda oturacaqların artırılması ilə bağlı federasiya rəhbərliyi ilə danışığımız olub. Yəqin ki, bu məsələ müsbət həllini tapacaq.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu