Dünən Peşəkar Futbol Liqası tərəfindən “Mövsümün ən adalətli futbol adamı” nominasiyaslnda qalib olan “Qəbələ” klubunun baş məşqçisi Toni Adams mükafatının aldıqdan sonra Qol.Az saytının suallarını cavablandırıb
- Cənab Adams, ilk öncə sizi təbrik edirik.
- Təşəkkür edirəm. Mən futbol oynadığım zamanlarda belə matç zamanı ədalət prinsiplərinə mümkün qədər riayət edirdim. Doğrudur ki, 90 dəqiqə ərzində hər cür vəziyyətə düşə bilirsən. Bütün bunlara baxmayaraq, maksimum dərəcədə bu qaydalara əməl edilməlidir. Məşqçilik karyeram boyu da “fair-play” qaydasına əməl etmişəm. Komandamın oyununu izlədiyimiz zaman mümkün qədər sakit olmağa çalışıram. Epizodlara daha səbrlə yanaşıram. Məncə, ən doğrusunu edirəm.
- “Qəbələ” mövsümə yaxşı başladı. Ard-arda uğurlu çıxışlar etdiniz. Hətta səfərdə “Qarabağ” üzərində qələbə də qazana bildiniz. Lakin son vaxtlar klubunuz sanki eniş dövrünü yaşayır. Uğursuz nəticələrə imza atırsınız. Nə ilə əlaqələndirirsiniz bu amili?
- Futbolçuların zədələri bizə problemlər yaratdı. Bəzi oyunçularımız zədəli olduqlarından oyunlara cəlb edə bilmirik. Hazırda yaxşı formada olmayan bəzi futbolçularım var. Demək istəyirəm ki, əlimdə material çox deyil. Ehtiyat oyunçular skamyamız kasaddır. Bununla belə, hər şeyin yaxşı olacağına ümidliyəm. Uşaqlar hər gün öz təcrübələrini daha da artırırlar. Mənim hər şeyin daha gözəl olacağına inamım böyükdür.
- Komandanızın son günlərdəki zəif çıxışı ilə bağlı oyunçularınızla söhbət etmisinizmi? Uğursuz çıxışlara görə kimisə cəzalandırmaq fikriniz varmı?
- Mən onlarla hər gün söhbət edirəm. Lakin oyunçunu cəzalandırmaq metodu ilə razı deyiləm. Əgər futbolçunu cəzalandıracaqsınızsa irəli getməyiniz çox çətin olacaq. Cəza alan futbolçu istər-istəməz həvəsdən düşür. Mənim isə oyunçularımı cəzalandırıb həvəsdən salmaq fikrim yoxdur. Əksinə onları hər gün daha güclü motivasiya etməyə çalışıram. Hər oyuna çıxanda ruhlandıraraq deyirəm ki, “get irəli, daha çox qaç, sən bunu bacaracaqsan”.
- “Qəbələ”nin itirdiyi xallara görə təbii olaraq komandanın baş məşqçisini yəni sizi günahlandırırlar. Mediada tənqid atəşinə tuş gəlirsiniz. Tənqidləri qəbul edirsiniz?
- Bu onların şəxsi düşüncələridir. Mənim klub prezidenti Tale Heydərovla yaxşı münasibətlərim var. Bizim konkret planımız var və həmin plan üzrə də işlərimizi davam etdiririk. Məni tənqid edənlər “Qəbələ”nin uğursuzluğunu istəməyənlərdir. Amma bilsinlər ki, mən də məğlub olmağı qətiyyən sevmirəm. Hər hansı kiçik bir uğursuzluğa görə baş məşqçini dəyişmək nə dərəcədə doğrudur? Axı, buna görə məşqçi istefa verməməlidir. Mən “Qəbələ”də məsuliyyəti öz üzərimə götürmüşəm və əminəm ki, öhdəsindən gələ biləcəm. Tez-tez məşqçi dəyişikliyi etmək yaxşı hal deyil. Bu heç bir komandaya uğur gətirməz. Görürsünüz “Arsenal” , “Mançester Yunayted” neçə illərdir öz baş məşqçilərinə inanır və istefaya göndərmir. Deməli, hər şeyi dəqiqliklə fikirləşib qərar vermək lazımdır.
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı