“Qəbələ” klubunun və Qazaxıstanın “Atırau” komandasının sabiq baş məşqçisi Ramiz Məmmədovun Qol.Az saytına müsahibəsi
- Artıq xeyli müddətdir ki, çalışmırsınız. Hansısa klubdan təklif almısınız?
- Hazırda danışıqlar gedir. Bundan başqa, birinci dəstədə çıxış edən klublardan təkliflər olub ki,razılıq verməmişəm. Məqsədim bir qədər iddialı komandayla çalışmaqdır. Bir müddət əvvəl danışıq apardığım kluba öz şərtlərimi bildirərək geri dönmüşəm. Əgər şərtlərimi qəbul edərlərsə, onlarla işləməyə razılıq verəcəyəm.
- Təsadüfən danışıq apardığınız İran klubu deyil?
- Doğru fikirləşmisiniz. Həmin komanda qoyduğum şərtlərin demək olar ki, 70 faizini yerinə yetirməyə hazırdır. Şərtlərimi onlara söyləyib, qəbul edəcəkləri təqdirdə işləməyə hazır olduğumu bildirdim. İnşallah, dekabır ayına qədər bir cavab gələcək. Hazırda orada çempionat davam edir. Buna görə də bir qədər gözləməyi xahiş ediblər.
- Bəs, yerli klublarımızdan sərfəli təklif gələrsə necə, qəbul edərsiniz? Məsələn, elə baş məşqçi postu boş qalan AZAL klubundan...
- Bu suala cavab verməkdə bir qədər çətinlik çəkirəm. Ancaq Azərbaycanda işləmək hər kəs üçün yaxşıdır ki, evinin içidir. Mən iddialı klublarda yox, ortabab komandalarda işləmək qərarına gəldim. Özüm həyatda iddialı insan olduğum üçün daha çox aşağı pillələrdə qərarlaşan komandalarda işlədim. Qazaxıstanda “Atırau” klubunu çalışdırsam da, mənə verilən söz yerinə yetirilmədi. Özünüz də gördünüz ki, heç bir açıqlama verməyərək Qazaxıstanı tərk etdim. İmzaladığm müqaviləni və böyük pullardan illər boyu qazandığım imicimə görə imtina etdim. Pul çox şirin şey olsa da, mən hər kəsə göstərdim ki,ora pul arxasınca getməmişəm. Mən qalıb orada işləyə də bilərdim. Lakin onların şərtləri və erməniylə qarşıdurma baş verdiyi üçün geri dönməyi məsləhət bildim. Mən hər zaman işlədiyim klubda özümü sübut etməyə çalışmışam.
- Deməli, şərtlərinizi yerinə yetirə biləcək və konkret hədəfi olan bir klubla işləmək istəyirsiniz?
- Bəli, gərək, həmin komandanın qarşısında vəzifə dursun ki, bu mövsüm “altılıq”a və ya Avroliqaya vəsiqə qazanmalıyam.Əgər klub rəhbərliyi bunu istəyirsə, deməli, mən ondan üç dəfə çox buna nail olmağa çalışmalıyam ki,özümü isbatlayım. Mən “Atırau”ya bu məqsədlə getmişdim. Lakin,onlarındedikləri ilə əməlləri üst-üstə düşmədi.
- Siz Azərbaycanda “Qəbələ” klubunun da çalışdırmısınız. Bu mövsüm sabiq komandanızın çıxışı barədə nə deyə bilərsiniz?
- Mənim “Qəbələ”nin baş məşqçisi Toni Adamsa həm məşqçi, həm də bir insan kimi çox böyük hörmətim var. Hardasa həftədə bir dəfə görüşürdük. O klubda məşqçidən asılı olmayaraq, iş prinsipi peşakar səviyyədə qurulub. “Qəbələ” addım-addım irəliyə gedir. Birdən-birə yüksək nailiyyətlərə nail olmaq mümkün deyil. Toni Adams da asta-asta irəli gedir. Həmin klubun vitse-prezidenti Fariz Nəcəfov, menecer Zaur Əzizov, Nail Kərimov Toni Adams əl-ələ verərək klubu irəliyə doğru aparıllar. Mənə elə gəlir ki, qısa zaman kəsiyində bütün bu görülən işlər öz bəhrəsini verəcək.
- Milli çempionatımızda təsnifat mərhələsinin birinci dövrəsi başa çatdı. Daha çox hansı klub sizdə yaxşı təsir bağışladı?
- “Kəpəz” və “Xəzər Lənkəran”ın çıxışlarını bəyəndim. Digər komandalar - “Bakı” İnter” və “Qarabağ”ın oyunlarında bir balaca sönüklü var. Son oyunlarda “Rəvan” da pis təsir bağışlamır. Düzdü,axırıncı oyunda “İnter”ə xırda səhvlər ucbatından məğlub oldular. Lakin düşünürəm ki, “Rəvan” həmin qarşılaşmada ən azı heç-heçəyə layiq oyun nümayiş etdirdi.
- Avro 2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan yığması Berti Foqtsun rəhbərliyi altında ilk dəfə yeddi xal topladı.Sizcə yaradılan şərait və xərclənən pullar müqabilində bu normal nəticədir?
- Bəzi mütəxəsislərin bu nəticəni uğur adlandırdıqlarına çox təssüflənirəm. Demirəm ki, Berti Foqts futbolumuzu uçruma yuvarlayıb. Yox, əsla. Allah ondan da, onu bura gətirəndən də razı olsun. Berti Foqtsun bizə çox şey verdiyini danmaq olmaz. Yəni strukturun yaranmağında, aşağı yaş qrupunda çempionatın keçirilməyinin təşəbbüsü Berti Foqts oldu. Buna görə ona çox sağ ol düşür. Ancaq bunun müqabilində də onun pulunu veriblər. Elə belə havayı işləməyib. Bu gün iqtisadi cəhətdən bizdən qat-qat aşağı səviyyədə olan bədnam qonşularımız ermənilər bizdən iki dəfə çox xal toplayıblar. Futbola ayırdığımız pullar onlarınkından fantastik dərəcədə yüksəkdir. Aşağısı on iki xal yığsaydıq bunu uğur saymaq olardı. Berti Foqts bir məşqçi kimi artıq öz dövrünü yaşayıb. Artıq estafeti verməlidi başqasına. Onu yola salanda da elə etməliyik ki, Azərbaycan barədə, milli mentalitetimiz haqda xoş sözlər danışsın. Bu mənada, Berti Foqtsu gül-çiçəklə yola salmaq lazımdır ki, buradan razı getsin.
Əli HƏYATİ
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu