“Xəzər Lənkəran” klubunun yarımmüdafiəçisi Elnur Abdullayevin Qol.Az saytına müsahibəsi
- “Xəzər Lənkəran” keçən mövsüm doğma meydanda çox zaman yaxşı çıxış edirdi, rəqib qapısına bir neçə dəfə yol tapırdı. Amma “Kəpəz”lə son çempionat oyununda bunun şahidi olmadıq.
- Sizinlə razıyam ki, keçən mövsüm daha baxımlı oyun nümayiş etdirirdi. Gəncəlilərə qarşı görüşdə o qədər də pis təsir bağışlamadıq. Bütün üstünlük bizim tərəfimizdə idi. Düşünürəm ki, ən əsas nəticə üç xal əldə etməkdir. Komandanın oyun tərzinə gəlincə isə inanıram ki, yaxınlarda hər şey qaydasına düşəcək.
- Bu bazar günü sizi “Neftçi” ilə derbi oyun gözləyir. Hazırlıqlara nə vaxtdan başlamısınız?
- Dünən Lənkəran şəhərinə gələrək məşqlərə start verdik. Komandamızda qarşılaşma öncəsi əhval-ruhiyyə çox yüksək səviyyədədir. “Neftçi” ilə səfər qarşılaşmasına yalnız üç xal qazanmaq üçün gələcəyik. Bu görüşdə mütləq qalib gələrək xal ehtiyatımızı artırmalıyıq ki, “altılıq”da işimiz bir qədər asan olsun. Çünki daha gərgin oyunlar bizi hələ qarşıda gözləyir.
- Artıq üç ildir ki, “Xəzər Lənkəran” “Neftçi”yə məğlub olmur.
- Xeyli vaxdır ki, derbi qarşılaşmasında sevinən tərəf biz olmuşuq. Axırıncı oyunda da rəqibimizə minimal hesabla qalib gəlməyi bacardıq. Belə qarşılaşmalara xüsusi motivasiya oluruq. Lakin, unutmaq lazım deyil ki, “Neftçi” ötən mövsümün çempionudur. Bu isə onların hansı səviyyədə olduqlarından xəbər verir. Məncə, bizi çox gərgin və çətin bir oyun gözləyir. İnanıram ki, “Neftçi” ilə bu həftəki oyunda da qalib biz olacağıq.
- Bir qədər də “Xəzər Lənkəran”da yaşanan son olaylardan danışaq. Futbolçularla məşqçi arasında nə baş verir?
- Mətbuatda haqda yazılanlar çox şişirdilib. Komandamızda ciddi heç nə baş verməyib. Hərdən olur ki, məşqçi ilə futbolçu arasında xırda anaşılmazlıqlar yaşanır. İstənilən koçandada belə şeylərin olması təbiidir. Çünki hətta ata-oğul arasında da anlaşılmazlıqlar olur. Bu məsələni bu qədər böyütmək lazım deyil. Şükür Allaha, hər şey qaydasında gedir.
- Kamanda yoldaşın Kamran Ağayevlə baş məşqçiniz Mirça Rednik arasındakı problemlərə münasibətin necədir?
- Kamran Azərbaycanda ən güclü qapıçılardan biri hesab edilir. Mən şəxsən istəməzdim ki, Kamran “Xəzər Lənkəran”ı tərk edib başqa klubda oynasın. Onun komandamızın uğurlarında çox böyük payı var. Düzdü, peşakar futbolçu hər bir klubun formasını geyinə bilər.
Şükür Allaha, komandamızda hər şey qaydasındadır. Bütün fikrimizi qarşıdakı derbi qarşılaşmasına cəmləmişik.
- Səncə, Rahid Əmirquliyev “Xəzər Lənkəran”ın kapitanı olmağa layiq idi?
- Mən Kamranla uşaqlıqdan futbol oynayıram. Düşünürəm ki, hər ikisi - həm Kamran, həm də Rahid bu sarğını daşımağa layiq futbolçudur. Kapitanlığın kimə verilməsini müzakirə etmək isə mənim səlahiyyətlərimin çərçivəsində deyil. Buna qərarı yalnız rəhbərlik verir.
Əli HƏYATİ
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı