“Sumqayıt Şəhər”in oynayan-məşqçisi Aslan Kərimov Premyer Liqanın XII turu çərçivəsində səfərdə “Qarabağ”la baş tutacaq oyun haqda fikirlərini bildirib.
Qol.Az-ın müxbirilə söhbətində Kərimov matçın çətin keçəcəyini deyib: “Qarabağ” hazırda yaxşı səviyyədədir. Bununla yanaşı rəqib bizə qarşı öz meydanında çıxış edəcək. Əlimizdən gələni edəcəyik ki, heç olmasa ilk matçdakı oyunumuzu göstərə bilək”.
Kərimov “Qarabağ”la oyunda meydana çıxmayacağını deyib: “Hazırda elə vəziyyətdə deyiləm ki, komandaya köməyim dəysin. Bu bir növ zədə ilə bağlı da deyil. Zədəm demək olar ki, sağalıb. Sadəcə gənclər olan yerdə mənim oynamağıma nə ehtiyac var? Qoy, onlar oynayıb təcrübə toplasınlar. Düzdür ki, komandada Samir Abasov, Mahmud Qurbanov kimi yaşlı futbolçular çıxış edir. Amma mənim indiki fiziki gücüm hansısa taktiki gedişləri yerinə yetirməyə kifayət etmir”.
Uzun müddət “Qarabağ”ın şərəfini qorumuş Aslan Kərimov üçün sabiq klubuna qarşı oynamaq xüsusi əhəmiyyət kəsb etmir: “Qarabağ” həmişə mənim doğma yerim olub. Klubla aramda yaxşı münasibətlər var. Komandanın rəhbərliyi də məni özünə doğma bilir. Sadəcə olaraq məşqçilik təcrübəmi artırmaqdan ötrü Sumqayıt klubundayam. Yəni bunun heç bir şeyə dəxli yoxdur. Bununla yanaşı əlimizdən gələni edəcəyik ki, “Qarabağ”dan heç olmasa 1 xal ala bilək”.
Aslan Sumqayıt təmsilçisinin baş məşqçisi Bernhard Raabın məşqçilik biliyini təqdir edib: “Alman mütəxəssisin təcrübəsi məni çox qane edir. Ən azı bir məşqi iki dəfə keçmirik. Çox savadlı məşqçidir. Ondan öyrənəcəyim hələ çox şey var”.
Stadionda meyit tapıldı
Qırmızı vərəqə ona baha başa gəldi
Premyer Liqadan getdi, ərəb klubuna keçdi
"Qarabağ" - "Tvente" matçının biletləri satışa çıxarıldı
"Hapoel" - "Sabah" matçının heyətləri açıqlandı
PSJ-nin matçı təxirə salına bilər
“Qalatasaray” onu hədəfə aldı
Güləşçimiz dünya çempionu oldu
Borclara görə klubu sərt cəza gözləyir
Manedən doğma ölkəsinə böyük yatırım
Harri Keyndən ikinci “Qızıl buts” - Şəkil
Meydana daxil olan azarkeş Qattini zədələdi
“Komandamızda “Qarabağ”la oyunun həyəcanı çox böyükdür”
La Liqada yeni mövsümün ilk oyununu buraxacaq
Luka Modriçin qızı “Real”ın akademiyasına qoşuldu
"Fənərbaxça"dan Premyer Liqa klubuna - Rəsmi
"Aston Villa" iki transfer açıqladı
“Roma” 19 yaşlı yarımmüdafiəçi transfer etdi
"Qarabağ" Niderlanda yollandı - Şəkillər
Mourinyo: "O, yadplanetlidir"
“Napoli” İtaliya millisinin müdafiəçisini icarəyə götürdü
Qurban Qurbanovdan tənqidlərə cavab - Video
Poqba ilə müqaviləyə xitam verildi - Rəsmi
"Hapoel" - “Sabah” oyunu bu kanalda
Sefas “Tvente”yə qarşı oynayacaqmı? - Qurbanovdan açıqlama
"Yuventus" qapıçı transfer etdi
Dünyanın ən yaxşı müdafiəçiləri - Siyahı
Füllkruq "Verder"ə qayıtdı
SSKA “Qarabağ”dan 2 milyon avro tələb edir
“Fənərbaxça”nın futbolçusundan ÇL-də möhtəşəm qol - Video
“Hapoel”in kapitanı “Sabah”la oyun haqda danışdı
"Zirə" uduzdu, "Neftçi" qalib gəldi - "Sabahın ulduzları"
Çempionlar Liqasında pley-off başladı
"Beşiktaş" onu hədəfə aldı