“Qarabağ” klubunun serbiyalı qapıçısı Boyan Pavloviçin Qol.Az saytına müsahibəsi
- Boyan, artıq bir müddətdir ki, ölkəmizdə “Qarabağ”ın şərəfini qoruyursan. Ölkəmizə və komandaya uyğunlaşa bilmisənmi?
- Demək olar ki, hə. Fikrimcə, “Qarabağ” Azərbaycanda ən məhşur futbol klubudur. Bu komandada oynadığım üçün xoşbəxtəm. Heç bir şeydən narazılığım yoxdur. Şəhəriniz çox gözəldir. İnsanlar çox istiqanlı və mehribandırlar. Ölkənizdə olmaqdan böyük məmnunluq duyuram. Şikayət etməyə heç nə tapa bilmirəm (gülür)
- Komandanda ümumi ab-hava necədir?
- Hər şey əladır. Gözəl kollektivimiz var. İşlər öz axarı ilə gedir. Məşqlərimizi davam etdiririk. Məşq prosesi çox şən və maraqlı keçir. Bunun üçün də baş məşqçimiz Qurban Qurbanova təşəkkür edirəm. Çünki komandada belə şəraiti yaradan məhz odur. Bu komandanın bir üzvü olmaq insana xüsusi zövq verir.
- Komanda yoldaşlarınla münasibətin hansı səviyyədədir? Kimlərlə daha tez-tez ünsiyyətdə olursan?
- “Qarabağ”da hamı ilə yaxşı əlaqələrimin olduğunu söyləyə bilərəm. Amma vaxtımın çoxunu Nderim Necipi ilə keçirirəm. Çünki o makedoniyalıdır və biz eyni dildə danışırıq. Mənim burda dostlarım çoxdur. “Neftçi”dən makedoniyalılar İqor Mitrevski və Slavço Georgiyevski ilə də yaxşı əlaqələrim var. Mitrevski yaxşı insandır. Mən Azərbaycana gələndə o mənə xeyli köməklik etdi.
- Unibank Premyer Liqasının son turunda “Bakı”ya qarşı keçirilən matçda baş məşqçi səni ehtiyata göndərdi. Əvəzində isə xeyli müddətdir əsas heyətdə oynamaq şansı qazana bilməyən Fərhad Vəliyev qapını qorudu. Səncə baş məşqçinin bu addımı atmasına səbəb nə oldu?
- Fərhad Vəliyev yaxşı qapıçıdır. Mənim ona hörmətim var. Milli komandanızın heyətində bir sıra mühüm oyunlarda çıxış edərək təcrübə qazanıb. Bizim onunla aramızda hər hansı narazıçılığın olması mümkün deyil. Çünki burda son sözü baş məşqçi Qurban Qurbanov deyir. O, necə istəsə, elə də olacaq. Belə şeylərə fikir vermirik. Hər ikimiz məşqlərdə özümüzü yaxşı tərəfdən göstərərək baş məşqçimizdən şans gözləyirik. Aramızda normal bir rəqabət gedir. Qapıda Fərhadın, yaxud mənim durmağımın isə heç bir fərqi yoxdur.
- Ola bilərmi ki, baş məşqçi səni “Neftçi” ilə oyunda buraxdığın bəzi səhvlərə görə ehtiyata göndərib?
- Xeyr, mən belə düşünmürəm. Sadəcə, Qurban Qurbanov Fərhadın da oynaması üçün ona bir şans verdi. Bu isə təbiidir. Ayrıca hesab etmirəm ki, “Neftçi” ilə oyunda hansısa bir səhvə yol vermişəm.
- Əsas heyətdə yerini itirmək təhlükəsi ilə üzləşə bilərsən. Bundan qorxmursan ki? Çünki baş məşqçi Qurban Qurbanov Fərhadın çıxışından razı qalıb və gələcək oyunlarda yenə ona şans verəcəyini istisna etməyib.
- Yenə təkrar edirəm ki, kimin oynayacağı ilə bağlı son qərarı Qurban Qurbanov verir. Mən həmişə olduğu kimi məşqlərimi yüksək səviyyədə davam etdirirəm. İnanmıram ki, əsas heyətdə yerimi itirərəm. Özümə güvənim sonsuzdur.
- “Qarabağ”ın çempionatdakı çıxışları haqda düşüncələrin necədir?
- Bayaq qeyd etdiyim kimi, komandada gözəl ab-hava hökm sürür. Çox istəyirik ki, sonda çempion adına yiyələnən məhz “Qarabağ” olsun. Bunun üçün də əlimizdə hər cür şans var. Gözəl baş məşqçimiz var. Həqiqətən Qurban Qurbanov “Qarabağ”da böyük işlər görür. Bununla belə çempionatın bitiminə hələ xeyli müddət var. Yəqin ki, zaman hər şeyi özü göstərəcək.
- Avropadan gəlmiş bir oyunçu kimi ev oyunlarını cəbhə xəttinə yaxın, ərazisinin bəzi hissəsi işğal olunmuş torpaqda keçirmək sənə necə təsir bağışlayır?
- Mən Ağdamda yaşayan torpaqları işğal altında olan insanların problemlərini anlaya bilirəm. Onların hansı hissləri keçirdiklərini dərk edirəm. Çünki eyni problem mənim ölkəmdə də var. Bu barədə daha geniş danışmaq istəmirəm. Yalnız onu deyə bilərəm ki, mən o insanları çox gözəl anlayıram.
- Növbəti turda komandanız Quzanlıda “Sumqayıt-Şəhər”i qəbul edəcək. Bu dəfə rəqibi məğlub etmək mümkün olacaq?
- “Sumqayıt-Şəhər”in gənc kollektivi var. İlk oyunda xeyli qol fürsətləri əldə etsək də, bundan maksimum yararlana bilmədik. Bu dəfə rəqibi məğlub edə biləcəyimizə inanıram. Sadəcə olaraq rəqibi ciddiyə almaq lazımdır.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi