“Qəbələ”nin müdafiəçisi Vurğun Huseynov komandalarının son uğursuz çıxışları ilə bağlı Qol.Az-ın suallarını cavablandırıb.
- “Qəbələ” çempionatın son oyununda doğma meydanda “Simurq”a 0:2 hesabı ilə məğlub oldu. Yəqin bu məğlubiyyət çoxları kimi sənin üçün də gözlənilməz oldu.
- Doğrudur. Düzdür, matçın ilk 15-20 dəqiqəsi ərzində rəqibi qapılarına doğru sıxışdırsaq da, qolu qonaqlar vurdu. Bundan sonra irəli atılaraq, hesabı bərabərləşdirməyə cəhd göstərdik. Lakin “Simurq” bizi əks hücumda yaxalayaraq ikinci topu da qapımızdan keçirməyə müəssər oldu. Qapımızdan topları gözləmədiyimiz anda buraxdıq.
- Məğlubiyyətinizə qonaqların ağıllı futbol nümayiş etdirməsi səbəb oldu, yoxsa bəxt amili öz sözünü dedi?
- Həmin görüşdə biz rəqibin qapısına doğru saysız –hesabsız hücumlar etdik. Fərqlənmək üçün xeyli qol imkanımız olsa da, bundan yararlana bilmədik. Sonra isə futbolçularda bir qədər ruh düşgünlüyü yarandı. Mən həmin qarşılaşmada “Qəbələ”nin bəxtsizlik amilini xüsusi olaraq vurğulamaq istərdim.
- Amma neçə görüşdür ki, qələbə qazana bilmirsiniz. Bəlkə artıq “qara zolağa” düşmüsünüz?
- Hər bir oyuna qələbə, üç xal üçün meydana çıxırıq. Bütün oyunlara çox yaxşı hazırlaşırıq. “Qara zolağ”a düşməyimizi əminliklə deyə bilmərəm. Ancaq bəzi oyunlarda bəxtin bizdən üz döndərdiyi dəqiqdir. İnanıram ki, qarşıdakı oyunlarda qələbələri sıralayacağıq.
- Bəzən komandaların belə uğursuz çıxışına komandadaxili problemlər də səbəb olur.
- Sizə açıq deyim ki, komanda daxilində gözəl mühit hökm sürür. “Qəbələ” mehriban futbolçulardan qurulmuş heyətə malikdir. Futbolçuların rahatlığı üçün istənilən şərait yaradılıb. Əgər formasını geyindiyimz klubda hər şey yüksək səviyyədə təşkil edilibsə, hansı problemlər olmalıdır ki?
- Bəs, baş məşqçiniz Toni Adamsla münasibətləriniz hansı səviyyədədir?
- Baş məşqçimiz peşakar olmaqla yanaşı, sadə və gözəl insandır. Toni Adams hər zaman oyundan sonra bizə yaxınlaşaraq güvəndiyini bildirir. İstər məğlub, istərsə də qalib gəldiyimiz görüşlər olsun... Düzdü, lazımı iradlarını da çatdırır. Ancaq heç bir zaman bizdən dəstəyini əsirgəmir. Tani Adamsla münasibətlərim çox yaxşıdır. İnanıram ki, futbolçularımız bundan sonra baş məşqçinin etimadını doğruldacaqlar.
Əli HƏYATİ
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı