“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun Qol.Az saytına müsahibəsi
- Premyer Liqanın birinci turundan təxirə salınmış matçda “Neftçi”yə qarşı məğlubiyyət komandada psixoloji gərginlik yaratdı. Necə düşünürsünüz, son turda “Bakı” üzərində qazanılan qələbə ilə bu gərginlik aradan qalxdı?
- Bilirsiz, əgər məğlubiyyətlərə hazır olmasaq, qəbul etməsək, həmişə bizdə problem olacaq. Hər bir məğlubiyyəti qəbul etməyi bacarmalıyıq. Məğlub olduğumuz oyunları analiz etməliyik. Bu uzun bir marafondur. Burada qələbələrlə yanaşı məğlubiyyətlər də mütləq olacaq. Təbii ki, məğlubiyyətlər futbolçulara mənfi tərəfdən öz təsirini göstərir. Biz də məşqçilər korpusu olaraq çalışırıq ki, həmin problemləri aradan qaldıraq. Şükürlər olsun ki, “Bakı” ilə qarşılaşmada gözəl oyun göstərərək qələbə qazana bildik. Amma bu o demək deyil ki, “Bakı”nı məğlub etdik, psixoloji gərginlikdən çıxdıq və hazırda bizdə hər şey qaydasındadır. Xeyr. Dediyim kimi, çempionat uzun bir marafondur və problemlər həmişə olacaq.
- “Bakı” ilə oyunda əsas heyətin üç oyunçusu – Boyan Pavloviç, Rauf Əliyev və Georgi Adamiyaya start heyətində şans vermədiniz. Bu, hansısa taktiki gediş idi, yoxsa həmin oyunçuların son çıxışları artıq sizi qane etmir?
- Bu suala hərtərəfli cavab vermək olar. Biz hər bir oyunçuya şans verməliyik. Elə oyunçularımız var ki, yorğundurlar. Elə oyunçumuz da var ki, gücü 45 dəqiqə oynamağa bəs edir. Bu amilləri nəzərə almalıyıq. Axır vaxtlar bizim qrafikimiz bir az sıx idi. Bu səbəbdən bunları tarazlaşdırmaq istəyirdik.
- Serbiyalı Boyan Pavloviçi ehtiyatda saxlayaraq Fərhad Vəliyevə şans verdiniz. Fərhadın çıxışı sizi qane etdimi?
- Yaxşı oynadı. Heç hiss olunmadı ki, Fərhad 7-8 oyundur meydanlarda yoxdu. Onun təcrübəsi oyunu yaxşı səviyyədə keçirməyə kifayət etdi.
- Gələcək oyunlarda yenə Fərhada şans verəcəyinizi gözləmək olarmı? Çünki Fərhad da artıq uzun müddətdir ehtiyatda oturur və bundan öz narazılığını bildirir. Hətta bir ara Fərhadın mövsüm sonunda “Qarabağ”dan ayrılacağı ilə bağlı xəbərlər çıxdı.
- Fərhad peşəkar oyunçudur. İnanmıram ki, o narazılıq etsin. Futbol elə bir oyundur ki, ilboyu hansısa futbolçunun oynayacağına təminat vermək olmaz. Biz onu yaxşı tanıyırıq. Komandanın kapitanıdır. Uşaqları oyunlara yaxşı həvəsləndirir. Onunla bağlı heç bir problemimiz yoxdur. Futbolçudur, çox şey deyə də bilər, deməyə də. Amma inanmıram ki, Fərhad “Qarabağ”dan harasa getmək istəsin. Növbəti görüşlərdə Fərhada yenə şans verəcəyəm. Bununla belə Boyan da oynayacaq.
- “Neftçi” ilə oyunda Qara Qarayevi meydana daxil etdiyiniz üçün tənqidlərə tuş gəldiniz. Belə bir fikir formalaşdı ki, Qurban Qurbanov Qaranı meydana daxil etməklə səhvə yol verdi. “Bakı” ilə oyunda isə Qaranı start heyətində meydana buraxaraq sanki bütün sizi tənqid edənlərə bir mesaj göndərdiniz.
- Mən tənqidi normal qarşılayıram. Həmişə tərif də olmaz ki. Hamı eyni cürə düşünə bilməz. Futbolçunun, baş məşqçinin, media işçisinin futbolla bağlı fərqli düşüncələri var. Qara son bir neçə oyundur mənim əsas heyət oyunçumdur. Belə hallar təbiidir. Dəyişiklik var, uğur gətirir, dəyişiklik də var əksinə. Biz isə oyunun gedişatında çalışırıq ki, matçı diqqətlə izləyək və düzgün qərarlar çıxaraq. Mən bu məsələnin üstünə çox getmək istəmirəm. “Neftçi” ilə oyunu arxada qoyduq. Gələcək oyunlara baxmaq lazımdır.
- Növbəti turda Quzanlı qəsəbə stadionunda “Sumqayıt-Şəhər”i qəbul edəcəksiniz. Bu oyundan sonra isə milli komandanın təlim-məşq toplanışı baş tutacaq. Adəti üzrə futbolçularınız millinin heyətindən yorğun halda dönəcəklər. Sumqayıt təmilçisi ilə oyundan sonralı turda isə sizi “İnter”lə gərgin matç gözləyir. Sizcə, futbolçularınızın bir müddət komandadan ayrı qalması gələcək oyunlarda özünü biruzə verəcəkmi?
- Mütləq biruzə verəcək. Təsəvvür edin ki, ən azı 8-10 gün komanda birlikdə məşq keçə bilməyəcək. Tək yorğunçuluq və psixoloji amillərə görə yox, ümumilikdə komanda ilə birlikdə olmamaları öz təsirini göstərəcək. Neçə ildir artıq bu təlim-məşq toplanışları davam edir. Bir növ öyrəşmişik və komandanın uğuru üçün ən yaxşısını etməyə çalışacağıq.
- Dünən məşq zamanı komandanızın müdafiəçisi Rəşad Sadıqov qolunu qırıb. Bu hadisə necə baş verdi?
- Adi oyun epizodu zamanı Rəşadın qolu qırıldı. Heç ağlımıza da gəlməzdi ki, belə vəziyyətdən sonra bu baş verə bilər. Məşqdən sonra Rəşad rentgendən keçib və onda sınma olduğu göstərilib. Belə hallar futbolda olur.
Bu klublar 30 yaşdan yuxarı futbolçulara şans verməyib
Baş məşqçi intizam cəzası ilə üzləşə bilər
Portuqaliya millisindən iddialı hədəf
İngiltərədə böyüyən futbolçu niyə Nigeriya millisini seçib?
Baş məşqçiyə ultimatum: Ya kubok, ya istefa!
Kukurella ağır zədələndi
"Əl-Nəsr" Ronaldosuz qələbə qazandı
Azarkeşlər baş hakimin fitini oğurladı, klub cəzalandırıldı
"Everton" "Mançester Siti"dən 2 futbolçu transfer edə bilər
"Real" və UEFA razılığa gəldi
"Məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır" - Edvin Kuç
"Barselona" yarımfinal matçına ciddi itki ilə çıxacaq
Baş məşqçidən etiraz: "Həmin qol ləğv olunmalıdır"
Millimizin üzvləri məktəblilərlə görüşdü - Şəkillər
Nərimandan “Qarabağ”a vida
"Nyukasl"dan Şəhidlər Xiyabanı və orucluqla bağlı - Müraciət
"Tottenhem" Tomas Frankı istefaya göndərdi
Azərbaycanı Sloveniyada təmsil edəcək cüdoçular
Macəra dolu Amerika.. - Tanış olun, Nərimanın yeni klubu!
AFFA bu klubları cərimələdi
1-ci liqada 5 oyunun hakimləri məlum oldu
"Qəbələ" Fransa millisinin sabiq üzvünü transfer etdi
"Qarabağ" – "Nyukasl" oyununun biletləri satışa çıxarılır
Premyer Liqada 100-cü oyun
"Özümü göstərmək və milliyə dəvət almaq istəyirəm"
“Turan Tovuz” 30-cu oldu
“Qarabağ”ın seleksionerləri və Joni Montiel haqda - Video
"Sabah"ın yubiley qalibiyyəti
"Nyukasl"ın 4 oyun sonra gələn qələbəsi - Video
"Qarabağ" 9, "Sabah" 13 pillə irəlilədi - Dünya reytinqi
"Marsel" baş məşqçisini istefaya göndərdi
"Çelsi" belə xal itirdi - Video
"Nyukasl" "Tottenhem"ə qalib gəldi, uğursuz seriya bitdi
Azərbaycan millisi Qış Olimpiya Oyunlarına başladı
Nəriman Axundzadənin ABŞ klubuna transferi rəsmiləşdi
Eminin "Neftçi"yə qələbə qazandıran qolu - Video
Laportanı fırıldaqçılıqda ittiham etdi
"Desələr “Qarabağ”la oynayın, oynayacağıq" - Yuri Vernidub
Qvardiola onu ən yaxşı baş məşqçi adlandırdı
“Neftçi” "Qəbələ"yə, "Qarabağ" "Şamaxı"ya qalib gəldi
"Karyeramın ən ağır mövsümü ilə üz-üzəyəm"