“Sumqayıt Şəhər” klubunun kapitanı Samir Abasovun Qol.Az saytına müsahibəsi
- Komandanız Premyer Liqada AZAL-la qarşılaşmada axır ki, ilk qələbəsini qazandı.
- Bu, əvvəl-axır olmalıydı. İlk hissədə iki qol vurduqdan sonra daha çox müdafiəyə diqqət yetirdik. Qarşımıza qələbə qazanmaq vəzifəsi qoymuşdur. Bunun da öhdəsindən gəldik.
- Bəs, həmin görüşdə komandanız bir xal qazansaydı, bunu yaxşı nəticə hesab edəcəkdiniz?
- AZAL-la oyuna komanda qələbəyə köklənmişdi. İlk hissədə bunu görmək o qədər də çətin deyildi. Ancaq bir şey də var ki, AZAL bizdən öncə qol vursaydı, bəlkə də onlar qələbəni bayram edcəkdi. Fikrimcə,həmin qarşılaşmada bizim bir az bəxtimiz gətirdi. Açığını deyim ki, hər oyunda qələbə qazanmaq gücünə malik olan komanda deyilik. Bütün qarşılaşmalarda eyni cür meydana çıxırıq.
- Bu həftə sizi “Qarabağ”la çətin səfər qarşılaşması gözləyir.
- Çox şey onlarla oyuna necə köklənməyimizdən asılı olacaq. Biz həmişəki kimi meydana çıxıb öz bacarığımızı ortaya qoymağa çalışacağıq. Deyim ki, bundan sonra da qarşımıza çıxan rəqibi məğlub edəcəyik, yalan olar. Çünki klubumuzun heyətinin çox hissəsi çavan və təcrübəsiz futbolçulardan ibarətdir.
- Amma Sumqayıtda “Qarabağ”la oyunda bir xal qazanmağı bacarmışdınız. Yəqin ki, rəqib bu dəfə eyni xal itkisinə imkan verməyəcək.
- “Qarabağ” Azərbaycanın ən güclü klublarından biridir. Onlarla oyunumuzun çox çətin keçəcəyini yaxşı bilirik. Həm də bilirik ki, bizimlə oyunda vacib xallar itirdiklərinə görə çox acıqlıdılar. Sumqayıtdakı qarşılaşmadada onlar bizdən çox-üstün oyun nümayiş etdirmişdilər. “Qarabağ”ın qapımız qarşısında xeyli real qol imkanı oldu. Sadəcə, bəxt amili onlardan üz döndərmişdi. Həmin oyundan “Qarabağ” heç-heçə ilə ayrılsa da,qələbəyə daha çox layiq idi. Lakin bu o demək deyil ki, növbəti qarşılaşmaya məğlub olmaq üçün çıxacağıq. Həmin görüşdə nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik.
- Yəqin ki, “Qarabağ”a qarşı oyun sənin üçün bir qədər prinsipiallıq daşıyacaq. Axı, bu komandadan incik ayrılmışdın.
- Heç bir prinsipiallıqdan söhbət belə gedə bilməz. Birdə ki, əvvəlcə öz komandanın gücünə baxıb danışmalısan. Axırıncı yerdə gedən komandada oynaya-oynaya hansı prinsipiallıqdan danışmaq olar? Yenə hansısa ortabab klubun heyətində “Qarabağ”a qarşı oynasaydım, başqa məsələ. Heç o fikirdə də deyiləm. Ümumiyyətlə, mənim üçün “Qarabağ” adlı komanda yoxdur. Nə onların mənə, nə də mənim onlara aidiyyatım var.
Əli HƏYATİ
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı