“Qəbələ” klubunun vitse-prezidenti Fariz Nəcəfov komandalarının çempionatdakı son uğursuz çıxışları ilə bağlı Qol.Az saytının suallarını cavablandırıb
- “Qəbələ” mövsümə yaxşı başladı. Hətta “Qarabağ” kimi güclü klubu Quzanlıda belə məğlub etməyi bacarmışdı. Lakin sonradan komandanız qeyri-sabit çıxış etməyə başlayıb. Sizcə, bu problemin kökü nədədir?
- Açığı bu problemi mən də tapa bilmirəm. Komandanın daxili və xaricindən müəyyən araşdırmalar apardım. Baş məşqçi Toni Adamsla iki dəfə görüşərək söhbət etdik. ”Qəbələ”nin məğlub olmasında elə bir ciddi səbəblər görmədim.
- Doğma meydanda bu tura qədər autsayderlər sırasında olan “Simurq”a məğlubiyyətiniz də çox gözlənilməz oldu.
- Oyunun ilk on beş dəqiqəsində “Qəbələ” göstərdiyi oyunla meydan sahibi olduğunu hiss etdirdi. Ancaq sonradan hər şey dəyişdi və məğlub olduq. Deyim ki, futbolçular hansısa psixoloji durumdan əziyyət çəkir, yox, belə bir şey yoxdur. Futbolçularla söhbət etdim və məlum oldu ki, onlarda belə bir problem yoxdur. Düşünürəm ki, Allahın köməkliyi ilə hər şey yaxşı olacaq.
Bilirsiniz, komandada böyük problem olanda onun daha tez həll etmək mümkündür, nəinki xırda çətinlikləri aradan qaldırmaq. Məsələn, serbiyalı futbolçumuz Trivunovic şəxsi problemləri, Saşa Yunisoğlunun toy ərəfəsində olmasi ola bilər bu futbolçulara öz təsirini göstərib. Yoxsa komandanın elə bir böyük problemi yoxdur.
- Klubunuzun icraçı direktorunun işdən azad olunmasının səbəbi nədir?
- Alastair Saverimutto işində yol verdiyi nöqsanlara görə işdən azad olunub. Çünki sabiq icraçı direktor qarşıya qoyulan vəzifənin və planlaşdırdığımız işlərin öhdəsindən gələ bilmədi.
- Onun yerinə kimi gətirməyi nəzərdə tutursunuz?
- Düzdü, icraçı direktor vəzifəsinı təyinat məsələsi planlarımızda var. Lakin gözləyirik ki, bazamız və stadionumuz tam hazır olsun. Bunda sonra yekun qərarı verəcəyik. İşini yaxşı bacaran, peşakar və təcrübəli bir şəxsi bu vəzifəyə təyin edəcəyik.
- Komandanın baş məşqçisi Toni Adams istənilən nəticəni verə bilmir. Onun istefası məsələsi də mediada gündəmə gəlib.
- Toni Adamsın gördüşü işlər göz qabağındadır. Toni Adams “Qəbələ” üçün çox böyük işlər görüb. Biz onun canlı şahidlərik. Nəticəyə gəldikdə isə, bu barədə danışmaq, düşünürəm ki, hələ tezdir. Bizim və Toni Adamsın işləri yoluna qoymaq üçüm qarşıda hələ kifayət qədər vaxtı var.
- Əgər nəticə olmasa, Toni Adams tutduğu vəzifəsindən uzaqlaşdırılacaq?
- Əvvəla, bu haqda danışmaq hələ çox tezdir. Digər tərəfdən, onun qalacağı və ya gedəcəyi qərarı mən vermirəm. Bu səlahiyyət klubun prezidentinə aiddir. Biz də, “Qəbələ”, Toni Adams da, komandamızı sevənlər də istəyir ki, yaxşı nəticələr olsun. Toni Adams yaxşı məşqçidən əlavə həm də gözəl insandır. İnanıram ki,onun rəhbərliyi altında komandamız mövsümün sonunda uğurlu nəticəyə imza atacaq.
- Qış transfer pəncərəsi zamanı “Qəbələ” heyəti gücləndirmək haqda düşünür?
- Çox güman ki, kluba bir neçə futbolçu cəlb ediləcək. Həm ehtiyat skamyamızın zəngin olmasına, həm də bir neçə mövqe var ki, güclənməsinə ehtiyac var.
Əli HƏYATİ
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı