“Qarabağ” klubunun yarımmüdafiəçisi Əfran İsmayılovun Qol.Az saytına müsahibəsi
- Dünən “Neftçi” ilə oyunda hesabda öndə olmağınıza baxmayaraq, qələbə hesabını sonadək qoruya bilmədiniz. Məğlubiyyəti nə ilə əlaqələndirərdin? Ümumiyyətlə, fasilədən sonra komandada nə baş verdi?
- Nə bilim vallah. Belə ümumi götürəndə, futboldur. Belə şeylər olur. Fasilədən sonra bir qədər rahatlaşan kimi olduq. Ona görə də müdafiədə səhvlər buraxdıq. Eyni zamanda topu rəqibdən almaqda da çətinlik çəkdik. “Neftçi”nin daha çox hücuma atılması da oyuna təsir göstərdi. Gözlənilməz oyun oldu. 2:0 hesabı ilə udduğumuz halda məğlub olduq. Qurban müəllim də deyir ki, futbolda belə şeylər olur, bunları unutmaq və qarşıdakı oyunlara hazırlaşmaq lazımdır.
- Görüşdən dərhal sonra “Qarabağ”ın məğlubiyyəti ilə bağlı müxtəlif fikirlər səsləndi. Sən necə düşünürsən, oyunun qırılma anı hansı epizod oldu?
- Məncə, Rəşad Abdullayevin qolu oyunun qırılma nöqtəsi oldu.
- Ancaq məğlubiyyətdə Qurbanovu günahlandıranlar da var. Komanda hesabda irəli olarkən, baş məşqçi Roşanı Qara Qarayevlə əvəzlədi. Gənc futbolçu isə özünü doğrulda bilmədi.
- Qurban Qurbanovu heç kim günahlandıra bilməz. Çünki bu futboldur. Futbolda belə şeylər olur. Yenə deyirəm, bu məğlubiyyəti unutmaq lazımdır. Elə vaxt olub ki, Qurbanovun meydana buraxdığı futbolçu komandaya xeyir verir. Hərdən isə alınmır. Bunu Qurbanovun günahı kimi görmək olmaz. Çünki o bir şey bilir ki, eləyir. Bu barədə problem yoxdur. Düzdür, 2:1-dən sonra hesabı qoruyub, saxlaya bilərdik. Ancaq müdafiədə boşluqlar oldu və “Neftçi” də bunlardan maksimum yararlandı.
- Futbolda qəbul olunmuş belə bir fikir var ki, ən yaxşı müdafiə hücumdur və bu çox zaman özünü doğruldur. Ancaq dünənki oyunda hesabda irəli çıxdıqdan sonra komanda sanki bir qədər müdafiəyə çəkildi.
- Yox, düzünü desəm, o qədər də müdafiəyə çəkilmədik. Sadəcə risk etmək istəmədik. Bu da sadəcə “Neftçi”nin hücumları ilə bağlı idi. Hesabda öndə olandan sonra bunu qorumağa çalışdıq. Çünki məcbur idik. Əks-hücumlara bel bağlamışdıq.
- Səncə, 3:2 ədalətli nəticə idi?
- Məncə, oyun heç-heçə başa çatsaydı, yaxşı olardı. Birinci hissədə biz, ikinci yarıda isə “Neftçi” üstün idi. Ona görə də görüş bərabərliklə bitsəydi, daha ədalətli olardı.
- Uzun fasilədən sonra qol vurdun. Bu barədə nə deyə bilərsən? Yəqin ki, məğlubiyyət qol sevincinə bir qədər kölgə saldı.
- Düzünü desəm, elə də sevinmirəm. Qoldu, bir gün mən vuraram, o biri gün başqası. Mən xoşlamıram ki, qol vuranda sevinim, hay-küy qaldırım. Allaha şükür, buna qədər qollar vurmuşam. İndi bu barədə fikirləşmirəm. Əsas odur ki, komanda qələbə qazansın. Amma dünənki görüşdə qalib gələ bilmədik. Ona görə də vurduğum qolların heç bir mənası olmadı. Mən razıyam ki, pis oynayım, qıraqda otturan biri gəlib qol vursun, ancaq “Qarabağ” qələbə qazansın. “Neftçi” ilə görüşdə əsas istəyimiz 3 xal idi. Ona görə də fikirləşmirəm ki, ay iki qol vurdum, neynədim.
- Hazırda komandanın daxilində, futbolçularda əhval-ruhiyyə necədir?
- Oyundan sonra baş məşqçimiz dedi ki, əhvalınızı pozmayın. Çempionat hələ davam edir. “Bakı”nı udsaq, yenidən rəqiblərimizə yaxınlaşa bilərik. Bu gün Ağdama yola çıxırıq. Qarşıda bizi çətin oyun gözləyir. Əsas diqqətimizi həmin matça yönəltmişik. Məğlubiyyətə görə məyus olsaq da, hazırda əhval-ruhiyyə normaldır.
- Artıq “Qarabağ” Quzanlıya qayıdır. Növbəti turda “Bakı”nı da məhz Ağdamda qəbul edəcəksiniz. Əvvəlki mövsümlərə də nəzər salsaq, görərik ki, “Qarabağ” Quzanlıda bütün rəqiblərinə qarşı yaxşı oyun göstərir. Ancaq, nədənsə, “Bakı” ilə oyununuz alınmır. Bu komanda çox vaxt sizə çətinlik yaradır.
- Quzanlıda biz hər zaman başqa cür oyun göstəririk. Daha rahat oynayırıq. Çünki Quzanlı bizim öz meydanımızdır. Hazırda ot örtüyü də ideal vəziyyətə gətirilib. Düzdür, “Bakı” həmişə bizə çətinlik yaradıb. Çünki “zolaqlılar” elə-belə rəqib deyil. Ancaq bizim əsas məqsədimiz 3 xal qazanmaqdır. Məğlub olsaq, liderlər qrupundan ayrı düşəcəyik. Doğma meydanda oynayacağıq. Ona görə də əlimizə düşən hər bir imkandan maksimum yararlanmalıyıq.
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı