“İnter”in yarımmüdafiəçisi Asif Məmmədovun Qol.Az saytına müsahibəsi
- Bazar günü “Qəbələ” ilə çətin oyuna çıxacaqsınız. Əvvəlcə həmin görüş barədə fikirlərini öyrənək.
- “Qəbələ” ilə evdə oynayırıq. Ona görə də mütləq qələbə qazanmalıyıq. Turnir cədvəlinə baxsaq, görərik ki, başqa yolumuz yoxdur. Uduzsaq, liderdən uzaqlaşa bilərik. Düzdür, çətin oyun olacaq. Amma biz meydana 3 xal üçün çıxacağıq.
- Ötən tur səfərdə “Neftçi”ni məğlub etməklə turnir cədvəlinin ikinci pilləsinə yüksəldiniz. Bu amil “Qəbələ” ilə oyunöncəsi komandada arxayınçılıq yarada bilər?
- Hazırda komandada belə bir şey yoxdur. “Neftçi”dən əvvəl “Xəzər Lənkəran”ı udmuşduq. Əgər arxayınçılıq olsaydı, bu, özünü “Neftçi” ilə oyunda da göstərirdi. Belə şey ola bilməz. Çünki bizdə hamısı peşəkar oyunçulardır. Elə şeyləri fikirləşsək, gərək heç futbol oynamayaq. Hər oyuna qələbə üçün hazırlaşırıq.
- “Qəbələ” mövsümə yaxşı başlasa da, son turlarda bir qədər qeyri-stabil çıxış edir. Buna baxmayaraq, komanda heyətini gücləndirməklə, hələ də mükafatçılar sırasına düşmək əzmində olduğunu nümayiş etdirir. Ümumiyyətlə, “Qəbələ”nin heyətində hansı futbolçunu qeyd edərdin ki, ona qarşı oynamaq daha çətindir.
- Rəqibin heyətində kifayət qədər güclü oyunçular var. Mən onların heç birini bir-birindən seçməzdim. Hamısı yaxşı oyunçulardır. “Qəbələ” bir-iki oyunda pis çıxış etməsinə baxmayaraq, kifayət qədər güclü heyətə malikdir. Buna görə də rəqib hər oyunda qələbə qazanmaq üçün mübarizə aparır. Bu səbəbdən də bizim üçün çox çətin olacaq.
- “Qəbələ”nin kapitanı Mahir Şükürov isə mətbuata müsahibəsində “İnter”in heyətində çəkindiyi elə bir futbolçunun olmadığını bildirib. Hətta Şükürov “Qəbələ”nin heyət baxımından “İnter”dən daha səviyyəli komanda olduğunu söyləyib.
- Mən belə deməzdim. Çünki “İnter”də kifayət qədər yaxşı oyunçular var. Bu, Mahirin öz fikridir. Mən buna qarışa bilmərəm. Ancaq mən heç vaxt belə deməzdim. Çünki rəqib haqqında belə söz demək düzgün deyil.
- Mahir hazırda “İnter”in ev oyunlarını keçridiyi “Şəfa” stadionun vəziyyətindən də şikayətlənib. Süni örtüyün pis vəziyyətdə olduğunu deyən Şükürov bunu qarşıdakı oyunda “İnter”in əlavə üstünlüyü kimi dəyərləndirib. Mahirin bu fikri ilə necə, razısan?
- “Şəfa” “Qəbələ” üçün də stadiondur, bizim üçün də. “Qəbələ” də süni meydançada oynayıb. Məncə, Mahirin stadionla bağlı fikirləri sadəcə bəhanədir. Futboldur, meydana çıxıb oynamaq lazımdır. Düzdür, mən demirəm, bizim stadion yaxşıdır. Amma bəzi ot örtüklü stadionlara baxanda, məsələn, ötən tur “Neftçi” ilə oynadığımız İsmət Qayıbov adına Bakıxanov stadionu ilə müqayisədə “Şəfa” daha yaxşıdır. Kənardan baxanda stadion ideal vəziyyətdə görünə bilər. Ancaq ot örtüyü çox sərt idi.
- Əvvəlki mövsümlərlə müqayisədə “İnter”in də heyətində artıq yerli gənclərin meydanda daha çox olduğunu görürük. Deyəsən Kaxaber Sxadadze də başa düşüb ki, ancaq legionerlərlə çox uzağa getmək olmaz.
- Yəqin fikirləşir ki, Azərbaycan klubun heyətində yerli futbolçular daha çox olmalıdır. Əvvəllər aşağı yaş qrupundan yaxşı uşaqlar çıxmırdı. Biz də istəyirik ki, öz məktəbimizin yetirmələrindən bəhrələnək. Son vaxtlar Asif Mirili, Elnur Abdulov və daha bir neçə gənc oyunçu özünü yaxşı tərəfdən göstərdi və əsas heyətə düşdü. Kaxa da fikirləşir ki, yerli futbolçulardan da istifdə etmək lazımdır. Əvvəlki illərə baxanda indi sistem dəyişib. Öz prezidentimiz də bildirib ki, daha çox yerli futbolçulara şans verin.
- Artıq Premyer Liqada 9 tur geridə qalıb. Buna qədər “İnter”in çıxışını necə dəyərləndirirsən?
- Məncə, komanda pis təsir bağışlamır. Arada uğursuzluqlar olsa da, son oyunlar da göstərir ki, “İnter” yavaş-yavaş irəliləyir.
Elnur SALAHOV
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı