"Qarabağ" klubunun yarımmüdafiəçisi Namiq Yusifovun Qol.Az saytına müsahibəsi
- Sabah komandanız Premyer Liqanın X turu çərçivəsində səfərdə "Simurq"la qarşılaşacaq. "Qarabağ"ın bundan əvvəlki oyunlarda da Zaqatalada çətinlik çəkdiyinin şahidi olmuşuq. Budəfəki oyun barədə nə düşünürsən?
- Bu gün istənilən komanda ilə oyunda əziyyət çəkməli olursan. "Simurq" olmur, "Turan", "Rəvan" və ya "Xəzər Lənkəran" olsun. Hətta bəzən güclü komandalarla oynamaq daha asan olur. Ona görə elə də fərq yoxdur. Digər tərəfdən səfər meydanında oynayırıq. "Simurq" ötən turda "Xəzər Lənkəran"la oyunda göstərdi ki, yaxşı komandadır. Qol epizodları yaratmaqla yanaşı, müdafiədə də yaxşı oynayır. Hər iki komanda üçün çətin oyun olacaq.
- Yəqin sən də razılaşarsan ki, "Simurq" ötən mövsümlə müqayisədə bu il daha güclüdür.
- Əlbəttə, "Simurq" keçənilkindən indi yaxşıdır. Çox oyunlarını izləməmişəm. Ancaq bu il daha inamlı təsir bağışlayırlar. Heyətində yaxşı oyunçular var.
- Sabahkı oyundan hansı nəticəni gözləyirsən?
- "Qarabağ"ın məqsədi çempionluq, avrokuboklara getməkdirsə, gərək belə oyunlarda çalışıb qələbə qazanaq. Gördüyünüz kimi uda biləcəyimiz iki komanda ilə görüşdə vacib xallar itirdik. Əvvəl "Sumqayıt Şəhər", daha sonra "Rəvan". Düzdür, hər iki oyunda qol epizodlarımız oldu, amma yararlana bilmədik. "Rəvan"ı udsaydıq, bu gün daha rahat olardıq. İndi üzərimizdə ikiqat məsuliyyət var ki, mütləq bu oyundan qələbə ilə ayrılmalıyıq. Belə də ki, futboldur. "Simurq"la heç-heçə etsək va ya uduzsaq, bu, dünyanın axırı demək deyil.
Sabahkı oyunda gərək qələbə qazanaq ki, turnir cədvəlindəki mövqeyimizi yaxşılaşdıraq.
- Özün də qeyd etdin ki, komanda qol epizodlarından lazımınca yararlana bilmir. Bu amil "Simurq"la matçda "Qarabağ"a nə kimi çətinlik yarada bilər?
- Düzdür, bu, yaxşı hal deyil və sabahkı oyunda bizə başağrı ola bilər. Qol vurmaqda çətinlik çəkirik. Ancaq əsas odur ki, o epizodları yaradırıq.
- Hər halda nəticə qazanmaq üçün həmin epizodları qola çevirmək lazımdır.
- Əlbəttə, nəticə üçün bunu etməlisən. Amma yenə deyirəm, çətin olanı edirik. Sadəcə qol vurmaq qalır. Onu da inşallah gələcəkdə yoluna qoyuruq.
- "Qarabağ"ın bəzi üzvləri qol vura bilməməyinizi təcrübəsizliklə əlaqələndirir. Bu barədə sən nə düşünürsən?
- Yox, mən belə düşünmürəm. Qismətdir, alınanda qol vururuq, alınmayanda da olmur. Bunu təcrübəsizliklə əlaqələndirmək düzgün deyil. Bəlkə də həlledici məqamda futbolçularımızda arxayınçılıq olur. Əsas odur ki, öz oyunumuz var, qol epizodları yarada bilirik.
- Qarşısına çempionluq hədəfi qoymuş "Qarabağ"ın 9 turdan sonrakı çıxışını necə dəyərləndirirsən? Komandanın turnir cədvəlindəki hazırkı göstəricisini qənaətbəxş hesab etmək olar?
- Nəticə baxımından bir az "axsayırıq". Amma oyun baxımından bizdən yaxşı komanda yoxdur. Bunu biz də, siz də, ümulikdə hamı görür. Hər oyunda 6-7 real qol vəziyyəti yaradırıq. Sadəcə qalır bunlardan istifadə etmək. Yerli klublarımızın heç birində bu qədər qol imkanları yaranmır. Maksimum 2, ya 3 olur.
- Ümumiyyətlə, ardıcıl 3 mövsümdür ki, "Qarabağ" çempionata yaxşı başlasa da, 4-5 turdan sonra "qara zolağ"a düşür. Deyəsən, avrokubok oyunlarından sonra ölkə çempionatına uyğunlaşmaq çətin olur.
- Artıq beşinci aydır, məşq edib, oyun oynayırıq. Bu isə həm psixoloji, həm də fiziki cəhətdən adamı yorur. Digər komandalar isə daha gec toplaşır və daha az yorulurlar. Amma inşallah özümüzü toplayıb, daha yaxşı nəticələr qazanacağıq.
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı