AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov İntizam Komitəsinin milli komandamızın hücumçusu Vaqif Cavadovla bağlı çıxardığı bugünkü qərara münasibət bildirib.
İ.Cavadov Qol.Az-ın müxbiri ilə söhbətində AFFA-nın futbolçunun millidə 1 il oynamağı qadağan etməsi ilə bağlı qərarını həddindən artıq sərt olduğunu deyib. Onun fikrincə, əgər belə bir hərəkətə hər hansı əcnəbi futbolçu yol versəydi, AFFA heç məsələyə baxmazdı: “Mən başa düşmürəm ki, Vaqifə nəyə görə belə cəza veriblər. Gənc futbolçudur, bir səhv eləyib. Bunu şişirtmək nəyə lazımdır. Vaqif olmur, bir başqası olsun. Səhv eləyib. Amma onu çağırıb başa salmaq lazım idi.
Elə bil, Azərbaycanda 15 nəfər yaxşı hücumçu var, bu məsələni qaldırıblar. Bir-iki nəticə verən futbolçudan biri də Vaqifdir. Onu da millidən kənarlaşdırırlar. Ağır cəzadır. Cavan uşaqdır, məşqçi ilə arasında nəsə baş verib, söhbət olub. Başqa xarici oyunçu belə hərəkət etsəydi, bu məsələyə baxardılar? Əlbəttə, baxmazdılar. Vaqif bir az hirslənib, belə söz işlədib. Onu çağırıb başa salmaq lazım idi ki, bir də belə hərəkət eləməsin” – deyə İ.Cavadov bildirib.
30 il sonra...
PSJ ilin klubu seçildi
“Qızıl top”un "qalib"ini səhvən açıqladılar - Şəkillər
Murad oynadı, komandası xal itirdi
Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - Video
Pyerluici Kollina Bakıda - Video
“Milan”ın futbolçusu derbini buraxa bilər
“Qalatasaray” - “Fənərbaxça” matçının heyətləri açıqlandı
Həm sürəti, həm də oyunu ilə seçildi
Canni İnfantino Hövsan Yarış Kompleksində - Şəkillər
"ÇL-də oynamaq hər idmançıya qismət olmur" - Fərid Ələkbərov
La Liqa matçları təxirə salındı
Azərbaycan millisi qrupda çıxışını məğlubiyyətlə başa vurdu
“Çempion olacağımıza inanıram” - Kadi Borges
“Futbolçular təzyiqin öhdəsindən gəldilər” - Famil Xəlilov
“Barselona”nın futbolçusu sıradan çıxdı