“Neftçi” ilə matçın qəhramanı olan Baçana Sxadadze dünənki oyun haqda fikirlərini bölüşüb. Qol.Az-ın məlumatına görə, klubun rəsmi saytına müsahibə verən futbolçu “İnter”in formasında rəsmi görüşlərdə vurduğu ilk qola sevindiyini bildirib və “Qəbələ” ilə qarşıdakı oyun barədə fikirlərini açıqlayıb:
- Öncə “Neftçi” ilə oyun barədə fikirlərini bilmək istərdik...
- Oyunun çox çətin olduğunu düşünürəm. Matçın başlanmasınadək bilirdik ki, qarşılaşma asan olmayacaq. Bunu oyunun gedişi də təsdiqlədi. Mən bu oyunu 2-ci turda Quzanlıda “Qarabağ”a qarşı keçirdiyimiz matçla müqayisə edərdim. Lakin həmin oyunla müqayisədə dünən bizim bir çox qol vəziyyətlərimiz oldu. Onların heç də hamısını sona çatdıra bilmədik, yekun mərhələdə bəzi problemlərimiz yaranırdı. Müəyyən epizodlarda tələsirdik, digər epizodlarda soyuqqanlılıq çatmırdı. Hesab edirəm ki, çox qol vura bilərdik. Bununla yanaşı, qeyd etmək istəyirəm ki, rəqib kifayət qədər inamlı oynayırdı. Deyim ki, bizə belə hücum axınını saxlamaq çətin idi. Bununla belə, çox sevindirici haldır ki, "Neftçi" ilə vacib oyunda qələbə qazanmaq bizə müyəssər oldu və çox mühüm 3 xalı qazandıq.
- Sənin fikrincə, “İnter” nəyin hesabına “Neftçi”yə qalib gəldi?
- Biz bilirdik ki, onlar böyük qüvvəylə hücüm edəcəklər. “Neftçi”nin çox böyük hücum potensialı var. Lakin biz hadisələrin belə inkişafına hazır idik. Müdafiəçilərimiz matçı çox əla keçirdilər. Digər oyunçular da inamla oynadılar. Hesab edirəm ki, ilk növbədə komanda oyunu sayəsində “Neftçi”yə qalib gəldik. Seçilmiş doğru taktika da az rol oynamadı.
- Qolu vurmaq sənə necə müyəssər oldu və həmin anda səni hansı hisslər bürüdü?
- Petar Zlatinov mənə əla ötürmə verdi, sonrasa çox düşünmək tələb olunmadı, topu yalnız tora göndərmək qalırdı. Deyim ki, 8 tur ötüb, mən isə heç qol vura bilməmişdim və çox xoşdur ki, bu xoşagəlməz tendensiyanı pozmaq müyəssər oldu. Qeyd edim ki, bu, mənim “İnter”in rəsmi görüşlərdə vurduğum ilk qoldur. Düşünürəm ki, bu qol mənə, özümə olan inamı daha da artırmağa və daha yaxşı oynamağa kömək edəcək.
- Yəqin qol sən üçün ikiqat vacib idi, axı əsas heyətdə sənə yer vermiş atanın etimadını doğrultdun...
- Bəli, bu qol mənim üçün bir çox planda, o cümlədən psixoloji planda vacib idi. Deyim ki, mən Azərbaycanda 3-cü mövsümdür çıxış edirəm və buna qədər “Neftçi”nin qapısından qol keçirməmişdim. Xoşdur ki, “Neftçi” kimi komandaya qol vurmaq müyəssər oldu. Bir də ki, bu qol mənim komandam üçün qələbə topu oldu.
- Bu oyun turnir cədvəli baxımından da böyük əhəmiyyət daşıyırdı. Axı qələbə olacağı təqdirdə komanda “Neftçi”ni ötərək 2-ci pilləyə yüksələcəkdi...
- Bəli, bu qələbə bizim turnir cədvəlində vəziyyətimizə müsbət təsir göstərdi. Qələbə sayəsində 2-yerə yüksəldik və “Neftçi”ni 2 xal üstələyirik. Bundan başqa, cari turda bizim birbaşa digər rəqibimiz olan “Qarabağ” komandası xal itirdi. Bəli, biz çempionatın lideri “Xəzər Lənkəran”dan 5 xal arxadayıq, lakin bizi uzun marafon gözləyir və bu məsafəni asanlıqla ləğv etmək olar.
- Növbəti turda komandanı digər çətin rəqib -“Qəbələ” gözləyir. Toni Adamsın komandasıyla qarşıdakı oyun barədə nə düşünürsən?
- Ötən tur biz “Xəzər Lənkəran”, bu tur “Neftçi”ilə qarşılaşdıq, sonrasa bizi “Qəbələ” ilə oyun gözləyir. Gördüyünüz kimi, bütün bu rəqiblər kifayət qədər güclüdür. “Qəbələ” yaxşı müdafiə xətti olan kifayət qədər möhkəm komandadır. Bizimlə oyunda onlar qol buraxmamağa çalışacaqlar. Lakin biz diqqətimizi cəmləşdirərək qələbəyə nail olmalıyıq.
- Ötən mövsümlə müqayisədə “İnter” hissediləcək dərəcədə dəyişib. Ötən və indiki komandaları müqayisə etməyini xahiş edirik. Sənin nəzərincə, hansı komanda daha güclüdür?
- Çox çətin sualdır. İndi biz pis çıxış etmirik və düşünürəm ki, biz artıra və daha yaxşı oynaya bilərik. Buna görə də bu suala mövsümün sonunda, yekun nəticələr aparılan zaman cavab vermək olar və o vaxt məlum olacaq ki, məqsədlərimizə çata biləcəyikmi?
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi