Bakının “İnter” klubunun yarımmüdafiəçisi Nizami Hacıyev dünən Premyer Liqada qarşılaşdıqları “Neftçi” ilə oyunla bağlı Qol.Az saytına müsahibə verib
- Səfərdə “Neftçi”ni 1:0 hesabı ilə məğlub etdiyiniz oyun haqda fikirlərini bilmək istərdik.
- Əvvəlcədən bilirdik ki, bizi çox çətin görüş gözləyir. Buna görə də həmin oyuna xüsusi hazırlaşmışdıq. Mən hesab edirəm ki, bu, “İnter” üçün bir prinsipial matç idi. Ona görə də “Neftçi” ilə oyunda özümüzü qonaq komanda deyil, meydan sahibi kimi aparırdıq. Düşünürəm ki, baş məşqçimiz Kaxaber Sxadadzenin taktiki tapşırıqların öhdəsindən gələ bildik və rək qələbə qazandıq.
- Səfərdə özünüzü qonaq kimi hiss etmədiyinizi desəniz də, daha çox əks-hücumlara üstünlük verdiniz.
- İlk yarıda qol vurduqdan sonra daha çox müdafiəyə diqqət ayırdıq. Bu, baş məşqçinin göstərişi idi. Birinci növbədə “İnter”in qarşısına qapısından qol buraxmamaq tapşırığı qoyulmuşdu. Daha sonra ən azı bir xal qazanmaq məqsədi güdürdük. Oyunun 82-ci dəqiqəsində baş hakim “Neftçi”nin futbolçusu Ruslan Abışova qırmızı vərəqə göstərərək meydandan qovdu. Bundan sonra biz bir qədər rahatlaşaraq tez-tez hücumlar təşkil etməyə başladıq. Çünki rəqib daha çox irəli atılaraq hesabı bərabərləşdirmək haqda düşünürdü. Ona görə də müdafiəsində boşluqlar yaranmağa başladı. Çox təəssüf ki, ələ düşən imkanlardan maksimum yararlana bilmədik. Lakin buna baxmayaraq, qələbə qazana bildik.
- Səncə, “İnter” üçün dünənki kimi 3-6-1 sxemi ilə oynamaq daha uyğundur?
- Sözsüz ki, bu taktika ilə oynayaraq istədiyimiz nəticəni əldə etdiyimiz üçün onu uğurlu saymaq olar. Həmin taktika ilə biz “Xəzər Lənkəran”ı məğlub edib, AZAL-la heç-heçə etmişdik. Əgər bu sistem “İnter”ə uğur gətirirsə, deməli, həmin taktikadan istifadə edərək nəticələr əldə etmək olar. Lakin mən dayaq müdafiəçilərimizin əməyini də xüsusi olaraq vurğulamaq istərdim. İstər Abramidze, istərsə də, Asiolli çox yüksək səviyyəli müdafiəçiləridir.
- Oyunun baş hakimi Elçin Məmmədov nəyə görə ehtiyat skamyasında əyləşən komanda yoldaşın Samir Zərgərova qırmızı vərəqə göstərdi?
- Samir mənə dedi ki, heç bir söyüş söyməyib. Sadəcə, emosiyalarına hakim ola bilməyib. Məncə, aralarında anlaşılmazlıq olduğuna görə Elçin Məmmədov Samirə qırmızı vərəqə göstərib. Yəni burada qərəzli nəsə yoxdur.
- Elçin Məməmədov Zərgərova qırmızı vərəqə göstərdikdən iki dəqiqə sonra “Neftçi”nin futbolçusu Ruslan Abışova da eyni aqibəti yaşatdı.
- Həmin epizoda mən çox yaxın idim.Və öz gözlərimlə gördüm ki, Ruslan Abışov topa deyil, birbaşa ayağa zərbə endirdi. Bunu futboldan anlayışı olan hər kəs yaxşı bilir ki, açıq ayaqla rəqibə zərbə qırmızı vərəqə ilə cəzalandırılır. Məncə həmin qərarda Elçin Məmmədov haqlı idi.
- “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev mətbuat konfransında bildirdi ki, “İnter”in ilk yarıda yalnız bir təhlükəli hücumu oldu ki, ondan da istifadə etdilər, sonra isə müdafiəyə çəkildilər
- “İnter” meydana çıxıb öz oyununu oynadı. Biz meydana ən azı bir xal qazanmaq üçün çıxmışdıq. Mən Böyükağa müəllimin fikri ilə razı deyiləm. Bu, futboldur və burda yalnız nəticə lazımdır ki, “İnter” də onu əldə edə bildi.
Əli HƏYATİ
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı