Milli Məclisin deputatı, futbol azarkeşi Fazil Mustafa Azərbaycan milli komandasının “Avro-2012”dəki çıxışlarıyla bağlı Qol.Az saytına müsahibə verib
- Artıq seçmə mərhələ başa çatdı. Millət vəkili və futbol azarkeşi kimi milli komandamızın çıxışını necə dəyərləndirirsiniz?
- Açığı, Avstriya ilə xaricdə olduğuma görə baxmamışam. Türkiyə və Qazaxıstanla görüşləri isə izləmişəm. Mən deyərdim ki, komanda sonrakı oyunlarda pis təsir bağışlamadı. Yüksək səviyyəli çempionatımız və yaxşı rəqabət olmadığı halda, milli komandamızın yaxşı oynaması gözlənilən deyildi. Amma artıq xəttlərarası əlaqə, komandanın 90 dəqiqə oynaya bilməsi və yorulmaması müsbət əlamətlərdir. Mən hesab edirəm ki, bu formatda və gələn seçmə mərhələdə komandada bir az xarakter olsa - çünki futbolçunun vəzifəsi ancaq sürət və texnikadan ibarət deyil - onda qrup mərhələsinə ümid etmək olar.
- Bu seçmə mərhələdə millimiz 7 xal topladı. Bu futbol tariximizdə bir ilk idi. Bunu uğur sayanlar da var. Ancaq bəziləri də kifayət qədər pul axını və yaradılmış şəraiti nəzərə alaraq, bunu uğur hesab etmir.
- 7 xalı uğur kimi qəbul etmək olmaz. Çünki komanda seçmə mərhələni 5-ci pillədə başa vurdu. Əgər daha yüksək yerlərdə qərarlaşsa idi, bunu müzakirə etmək olardı. Məsələn, bu gün futbolda Azərbaycan Ermənistan və Gürcüstanla müqayisədə geridədir. Onların maddi-texniki bazaları bizdən çox-çox zəifdir. Amma buna baxmayaraq, onlar daha böyük uğur qazandılar. Az qala qrupda ikinci yeri tutaraq, “play-off”a qalırdılar. Bu baxımdan 7 xalı uğur saymıram. Ümumilikdə, reallıqları nəzərə alsaq, səviyyəli bir çempionat olmadığı halda bu məsələnin üstünə gəlmək düzgün olmaz. Nəzərə alın ki, bir komandanın futbolçusunu oyundan sonra döyürlər, amma bunun qarşısı alınmır. Bu isə o deməkdir ki, bu sahədə müəyyən problemlər var. Ümümuyyətlə, futbolçunu döymək yaxşı əlamət deyil. Bu kimi hallar çempionatın səviyyəsini xeyli aşağı salır.
- Milli komandamızın baş məşqçisi Berti Foqtsla bağlı da etirazlar var.
- Foqts təcrübəli mütəxəssisdir. Düşünürəm ki, onun yerinə gələcək yeni yerli məşqçi də tənqidlərə daha çox boyun əyəcək. Azərbaycan şəraitində belə şərtlər qoyulur ki, hansı futbolçunu milliyə dəvət etməlisən, onu oynatmalısan. Ancaq xarici məşqçi bunun qarşısını müəyyən dərəcədə ala bilər. Lakin Azərbaycana məktəb yarada biləcək mütəxəssis lazımdır. Foqts məktəb yarada bilmir. Bu isə təkcə milli komandaya aid deyil. Eyni zamanda aşağı yaş qruplarına, uşaq futboluna da şamil olunur. Gələn məşqçi elə bir şərt qoymalıdır ki, xalq tərəfindən qəbul olunsun.
- Məktəbdən bəhs etdiniz. Belə məktəbi “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov yarada bilərmi? Nəzərə alaq ki, onun “Qarabağ”da yaxşı təcrübəsi var.
- Mənim fikrimcə, Azərbaycanda hələlik xarakter baxımından Foqtsu əvəzləyə biləcək yeganə məşqçi Qurban Qurbanovdur. Ola bilər ki, Qurbanovun təcrübəsi Foqtsdan və ya yeni gələn əcnəbidən az olsun. Ancaq futbolçuda da, məşqçidə də birinci növbədə xarakter olmalıdır. Kimsə yaxşı futbolçu və ya məşqçi ola bilər. O komandaya gələr, ancaq bir oyunda belə oynamaz. Əyləncəyə daha çox meyl edər və lazımı şeyi həyata keçirə bilməz. Məsələn, Quiza kimi. Ona görə də Azərbaycana Luçesku kimi bir məşqçi gəlməlidir. Məsələn, türklərin bəyəndiyi Fatih Terimin işi türk futboluna zərbə vurmaqdan başqa bir şey deyil. Çünki bu gün türk futbolçularındakı o hirslilik və emosionallığı Terim yaradıb. Ona görə də kim gəlirsə gəlsin, Türkiyədə həmin emosionallığı aşağı sala bilmir. Oyunçular meydançaya peşəkarlıqdan daha çox, özlərinin qeyrətini göstərmək üçün çıxırlar. Bu isə yanlış yanaşmadır. Komanda bir oyunda qələbə qazanıb, birində uduzursa, deməli, stabillik yoxdur. Yaxşı nəticə üçün stabil oyun olmalıdır. Mən Qurban Qurbanovdan ümidliyəm. Çünki “Qarabağ”da həmyaşıdlarının və bir yerdə çıxış etdiyi futbolçularla oynamasına baxmayaraq, öz avtoritetliyini qəbul etdirməyi bacaran mütəxəssisdir. Məncə, milli komandada da belə məşqçiyə ehtiyac var. Amma Azərbaycan cəmiyyətində belə bir xəstəlik var ki, xariciyə daha çox etimad göstərir, özümüzünkü olanda, bir oyundan sonra başlayırıq, pisləməyə. Bunları da nəzərə almaq lazımdır.
- İlin sonunda Foqtsun müqaviləsi başa çatır. Artıq futbol ictimaiyyətində yerli, yoxsa əcnəbi məşqçi müzakirəsi gedir. Bir ziyalı, deputat kimi siz necə düşünürsünüz, Foqts qalmalıdır, yoxsa getməlidir?
- Bunu çox düşünməyə ehtiyac yoxdur. Bunu Rövnəq müəllim də mətbuata açıqlamasında demişdi ki, Foqtsun taleyi Avstriya və Türkiyə ilə oyunlardan asılı olacaq. Bu oyunlarda da komanda heç nə ortaya qoymadı. Düzdür, Türkiyəyə qarşı nisbətən yaxşı oynadı. Ancaq öz meydançanda Avstriyaya 1:4 hesabı ilə uduzmaq kifayət qədər ciddi bir problemdir. Necə olur ki, Belçika Avstriyadan güclüdür, ancaq sən avstriyalılara qarşı eyni tempdə oynaya bilmədin. Bu iki oyunda da komanda məğlub oldu. Çox güman ki, bu söz qüvvəsində qalacaq. Çünki Foqtsun bu qədər məğlubiyyətlə komandada qalması çox çətin olar.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi