AZAL klubunun keçmiş baş məşqçisi, milli komandamızın sabiq kaptanı Nazim Süleymanovun Qol.Az saytına müsahibəsi
- “Avro 2012”nin seçmə mərhələsi çərçivəsində keçrilən Türkiyə - Azərbaycan (1:0) görüşü haqda fikirlərinizi bilmək istərdik.
- Dünənki oyunda yığma komandamız müdafiəyə meyilli oyun nümayiş etdirsə də, pis təsir bağışlamadı. Əlbəttə, başa düşüləndi ki, səfərdə oynadığımızdan daha çox müdafiəyə diqqət yetirməli idik. Ancaq bu o demək deyil ki, ümumilikdə komanda yalnız müdafiə barəsində düşünməlidir. Türkiyə millisi oyun boyu hücumda diqtə edən tərəf oldu. Qələbə onlara daha çox gərəkli olduğundan üç xal qazanacaqları əvvəlcədən təxmin edilirdi.
- Sizcə, millimizin daha çox müdafiə futbolu oynaması daha çox böyükhesablı məğlubiyyətdən qaçmaq məqsədi güdürdü?
- Komandanı meydana hansı taktiki sxemlə çıxarmaq səlahiyyətləri yalnız məşqçiyə aiddir. Düzdü, yığmamız oyuna başladıqda irəli atılaraq rəqiblə başabaş mübarizə aparmaq istədi. Lakin rəqibin hücumlarının çox kəsərli olduğunu gördükdə, müdafiəyə çəkilib, türkləri özlərinə aid cərimə meydançasında qarşıladılar.
- Ümumi götürdükdə “Avro 2012”nin seçmə mərhələsində Azərbaycan millisi necə təsir bağışladı?
- Qrupdakı oyunlara nəzər saldıqda yığmamız o qədər də pis təsir bağışlamadı. Lakin bəzi qarşılaşmalarda gözlənilməz məğlubiyyətlərlə üzləşdik. Məsən, Qazaxıstanla səfər oyununda Azərbaycan komandası ən pis oyunlardan birini keçirdi. Əslində biz onlara məğlub deyil, qalib gəlməliydik. Ancaq ümumi götürəndə milli komandanın oyunlarını qənaətbəxş hesab etmək olar. Çünki ən azı tariximizdə ilk dəfə hesabımıza yeddi xal yaza bildik.
- Belçika və Qazaxıstanla doğma meydandakı oyunlardan sonra çoxları millinin artıq öz oyununu tapdığını düşünürdü. Lakin dalbadal iki görüşdə məğlub olmağımız bu fikirləri alt-üst etdi.
- Düşünürəm ki, Azərbaycan yığması hələ sabit oyun nümayiş etdirə bilmir. Əgər sabit oynaya bilsəydik bəlkə də hesabımızda yeddi yox, daha çox olardı. Heyətimizdə yetərincə potensialı böyük olan oyunçular olsa da, bundan istifadə edə bilmirik. Məncə, belə gənc futbolçularının potensialını üzə çıxarmağa çalışmaq lazımdır.
- Türkiyə ilə oyunlarda komandamız rəqibə daha çox hansı kompanentlərdə uduzdu?
- Meydan sahibləri sürətli futbol nümayiş etdirdikdə onlarla mübarizədə xeyli gecikirdik. Düzdü, ümumilikdə götürəndə müdafiədə pis oynamadıq. Lakin yenə də müdafiədən hücuma keçəndə axsayırdıq. Bəlkə də bu taktiki gedişi normal səviyyədə yerinə yetirə bilsələr, millinin oyunla bağlı probleminin 60 faizini həll etmiş olarlar. Digər tərəfdən, türklərlə oyunda topu özümüzdə yaxşı saxlaya bilmirdik. Buna görə də hücum qurarkən istənilən səviyyədə alınmırdı.
- Bu ilin sonunda AFFA-nn millinin baş məşqçisi Berti Foqtsla müqaviləsi başa çatır. Sizcə, o, millimizdə qalmalıdır?
- Əgər bilsəm ki, mənim dediyimlə nəsə həll olunacaq, onda fikrimi açıq söyləyərəm. Boş yerə danışmağın isə mənası yoxdur. Bütün bunlar AFFA rəhbərliyindən aslılı məsələdir, Nazim Süleymanovdan yox. Bu yaxınlarda oxudum ki, Rəşad Sadıqov Berti Foqtsun qalıb işləməsinin tərəfdarıdır. Rəşad Sadıqov təcrübəli, peşəkar, futbolçu olmaqla yanaşı, milli komandanın da kapitanıdır. Yəqin Berti Foqtsun futbolumuza xeyir verəcəyini düşündüyündən, öz fikrini bildirib. Mənim fikrimcə, futbolumuzun inkişaf edərək dünya və Avropa arenalarında yaxşı nəticə göstərməsi üçün birinci növbədə çempionatımızın səviyyəsi qalxmalıdır.
- Amma Foqtsla yanaşı yerli məşqçilər də millimizə namizəd kimi göstərilir. Məsələn, Qurban Qurbanovun yığmada işləməsini istəyənlərin sayı az deyil.
- Siz Quban Qurbanovu misal göstərdiniz. Bəli, Qurban Qurbanov milli komandanın baş məşqçisi olmağa layiqdir. Niyə? Gəlin, faktlarla danışaq. Üç ildi ki Qurban müəllim Azərbaycan futbolunu Avropada layiqincə təmsil edir. Onun gördüyü işlər göz qabağındadır. Mən düşünürəm ki, ən layiqli namizədlərdən biri elə Qurban Qurbanovdur.
Əli HƏYATİ
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi