Milli komandamızın müdafiəçisi Elnur Allahverdiyevin müsahibəsi
- Oyun haqda nə deyə bilərsiniz?
- Bu oyunda Türkiyəyə xal çox lazım idi. Belə götürəndə, itirəcəyimiz heç nə yox idi. Fikrimcə, uşaqlar pis oynamadı. 0:1 hesablı məğlubiyyət də pis nəticə deyil. Amma heyət yaxşı qurulsaydı, nəticə bundan da yaxşı ola bilərdi. Məncə, Rəşad Sadiqov, Rahid Əmirquliyevin ehtiyatda qalmaları düzgün deyil. Necə olur ki, yarımmüdafiəçilər kənarda qalır, müdafiəçilər dayaq yarımmüdafiəçisi mövqeyində oynayırlar?
- Belə çıxmırmı ki, Siz, Əmirquliyev və Sadiqov meydanda olsaydınız, nəticə başqa cür olardı?
- Söhbət məndən getmir. Mən müdafiəçiyəm, əvəzimə başqasını oynadıb. Bəs orta xətdəkilər? Sadiqovla Əmirquliyev yarımmüdafiəçi mövqeyində komandaya daha çox xeyir verə bilərdi? Belə olmaz axı... Aləm bir-birinə qarışıb. Komandada ürəyi, canı yananlar oynamalıdırlar. Amma mən belə görürəm ki... Belə davam etsə, şəxsən mən görsəm ki, haqqımı kimsə yeyir, Berti Foqtsla söhbət edəcəyəm. Ona deyəcəyəm ki, məni yığmaya çağırmasın.
- Axı Siz əvvəllər müntəzəm olaraq, yığmada çıxış edirdiniz. Birdən-birə nə baş verdi?
- Heç nə baş verməyib. Sadəcə, mənə elə gəlir ki, bu, haqsızlıqdır. Mən heç kimdən zəif deyiləm. Zəif olsam, deyərəm ki, məni çağırma. Çıxıb meydanda özümü biabır etmərəm. Amma zəif deyiləmsə, nəyə görə kənarda qalmalıyam?
- Bəlkə ehtiyatda qalmağınıza Avstriya ilə əvvəlki qarşılaşmada zəif çıxışınız səbəb olub?
- Həmin oyunda mənim nə səhvim olub ki... 10 nəfərlə qalıb uduzmuşuq. Avstriyaya qarşı oyunumuz da alınmadı. Avstriyaya qarşı çox futbolçu zəif oynamışdı. Bəlkə səhv deyirəm? Ehtiyatda qalmağı heç vaxt özümə sığışdırmaram. Zəif olsam, özüm yığmaya gəlmərəm.
- Bu fikirlərinizdən Vaqif Cavadovun hərəkətinə haqq qazandırdığını demək olarmı?
- Hər kəs özünə cavabdehdir. Ona bəraət qazandırmıram. Amma fikrimcə, millimizlə birgə İstanbula gəlməli idi. Əgər imtina etmək fikri var idisə, Foqtsla söhbət etməli idi. Futbolçu zəifdirsə, baş məşqçiyə “Komandaya kömək etmək iqtidarında deyiləm” deməlidir. Cavadov kimi ad-sanlı futbolçuya yığmadan imtina etmək yaraşmaz. Cavandır, ola bilər, səhv edib. Amma mən onun üstünə getmək istəmirəm.
- Milli komandamızın avtobusu artıq getdiyi halda, Siz niyə burada qalmısınız?
- Dostum Mahir Şükürov dopinq-testdən keçməyə aparılıb. Onu gözləyirəm.
- Siz Foqtsun yığmada qalmasının lehinə, yoxsa əleyhinəsiniz?
- Mən həmişə onun yığmada qalmasını istəmişəm. O, qalsa, futbolumuz nə isə qazana bilər. 4 ildir bu yığmaya can qoyuram. Amma Foqts məni gah müdafiənin sağına, gah soluna, gah da ortasına atır. Ya da heç bir səbəb olmadan ehtiyatda otuzdurur. Mən sol cinahda heç kimdən zəif deyiləm. Əgər məni sağ cinaha atırsansa və mən həmin mövqedə zəif oynayıramsa, bu, mənim günahım deyil. Mən öz cinahımda heç kimə uduzmuram. Başqa mövqelərdə pis oynayıramsa, o demək deyil ki, zəifəm.
- Mövqeyinizdə çıxış edən Ufuk Budak kənardan necə təsir bağışlayırdı?
- Necə oynadığını gördünüz də... O cavandır, gələcəyi qabaqdadır. Amma yığmada cəmi 2 oyuna çıxıb. Mən oynadığım halda, əvəzimə gənc futbolunu meydana buraxması düzgün deyil. Düzdür, Ufukun təcrübəsi azdır, gələcəyi qabaqdadır. Amma elə oyunlar var ki, orada təcrübəsi və gənclərin oynaması xeyir vermir. Əksinə, təcrübəlilər meydana çıxmalıdırlar. Hər halda, bu, baş məşqçinin qərarıdır mən buna qarışmıram. Lakin öz sözümü ona deyəcəm.
- Deyirsiz ki, ehtiyatda qalacağamsa, Foqts məni milliyə çağırmasın. Artıq seçmə başa çatıb...
- Mən Foqts yığmada qalsa onunla oturub ciddi söhbət edəcəyəm.
- Vaqif Cavadovun aqibəti ilə üzləşəcəyinizdən qorxmursunuz?
- Demirəm ki, komandanı atıb gedirəm. Mən millidə Berti Foqtsa görə yox, üçrəngli bayrağımıza görə oynayıram. Biz azərbaycanlı oğlu kimi görürəmsə kimsə haqqımı yeyir, gəlib 2 gündən ötrü yığmamızda oynasın, bu düzgün deyil. 30-31 yaşım yoxdur ki, yerimdə hansı cavan futbolçu oynasın. Kimdənsə zəif oynasam, bu başqa məsələ...
Mənbə: lent.az
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi