“Qarabağ” klubunun qapıçısı Fərhad Vəliyevin Qol.Az saytına müsahibəsi
- İlk olaraq millimizin Avstriya yığmasına doğma meydanda 1:4 hesabı ilə məğlub olduğu oyun barəsində fikirlərini bilmək istərdim.
- Hər kəs yaxşı anlayırdı ki, həmin oyunda Azərbaycan yığmasına nəticə qazanmaq çox vacib idi. Bu görüşdə qazanılacaq sərfəli nəticə xal ehtiyatımızı artırmaqla yanaşı, qrupdakı mövqeyimizi də yaxşılaşdıracaqdı. Belçika və Qazaxıstan milliləri ilə oyunda qazanılan yaxşı nəticələrdən sonra azarkeşlər ən azı heç-heçəyə ümid edirdilər. Saşa Yunisoğlun qırmızı vərəqə alaraq meydanı tərk edənədək komandamız pis təsir bağışlamırdı. Demək olar ki, bərabər səviyyəli oyun gedirdi. Nəzərə almaq lazımdır ki, güclü komandayla oyunda on nəfərlə mübarizə aparıb, nəticə əldə etmək çox çətindi.
- Səncə, meydanda bir nəfər azlıqda qalmasaydıq, Avstriyaya məğlub olmayacaqdıq?
- Saşa meydandan qovulmazdan öncə uşaqlar yaxşı təsir bağışlayırdılar. Bəlkə də azlıqda olmasaydıq, komandamız qalibiyyət və ya heç-heçə əldə edə bilərdi. Bunu qabaqcadan söyləmək çox çətindir. Fikrimcə, millimizin azlıqda qalması həmin görüşün nəticəsinə təsir göstərdi.
- Əvvəlki oyunlara nisbətən futbolçularımızda əzmkarlıq, qələbə istəyi yox idi. Sanki komandada bir arxayınçılıq hökm sürürdü?
- Bilirsiniz, millimizin Belçika və Qazaxıstanla oyunlarından sonra uşaqlarda özlərinə inam hissi yaranmışdı. Ancaq deməzdim ki, məğlubiyyətə arxayınçılıq səbəb oldu. Məncə, daha çox müdafiə futbolu oynamağımızın qurbanı olduq. Müdafiə futboluna üstünlük verdiyimiz zamanda isə qapımızda qol görmüşük. İstənilən komanda müdafiəmeyilli oyun haqda düşünürsə, o zaman məğlub olmaq təhlükəsi daha da çox olur.
- Bir peşəkar futbolçu kimi sənin fikrini bilmək maraqlı olardı. Komandamızın həmin oyundan yaxşı nəticə ilə ayrılmasına nə çatmadı?
- Fikrimcə, həmin görüşdə böyükhesablı məğlubiyyət almağımıza səbəb futbolçularımızın diqqətsizliyi oldu. Əgər bir qədər diqqətli olsaydılar, belə məğlubiyyətə düçar olmazdıq.
- Həmin oyunda hansı futbolçu passivliyi ilə seçilirdi? Məsələn, mən birini deyim. Vaqif Cavadovun oyunu heç də xoşagələn deyildi. Sən necə düşünürsən?
- Onsuzda meydanda olan futbolçuların bəzilərinin diqqətsiz oyunu və ləngliyi açıq aydın görünürdü. Vaqif Cavadova gəldikdə bildiyimə görə, onun matçdan sonra baş məşqçi Berti Foqtsla mübahisəsi düşüb. Bu olaydan sonra da milli komandanın heyətində oynamayacağını vurğulayıb. Vaqif hələ gənc və gələcəyi qabaqda olan futbolçudur. Onun Azərbaycan yığmasından imtina etməsi xoşagəlməz və qəbuledilməz haldır. Ancaq inanıram ki, gələcəkdə verdiyi və atdığı səhv addımdan vaz keçərək yenidən millinin şərəfini qoruyacaq.
- Əgər doğma meydanda böyükhesabla məğlub oluruqsa, onda Avstriya komandasından xeyli güclü olan Türkiyə millisi ilə səfərdəki oyunda Azərbaycan yığmasını hansı aqibət gözləyir?
- Biz onları öz meydanımızda minimal hesabla məğlub edərək Avropaya gedən yollarını çətinə salmışdıq. Türkiyə millisinin aparıcı simalarının media vasitəsi ilə "Azərbaycan yığmasından revanş alacağıq" demələrindən belə çıxır ki, bizi orada ağır və çətin oyun gözləyir. Bunu da nəzərə almalıyıq ki, millimizlə oyunda qalib gəlmək onlara və 75 milyonluq türk xalqına hava-su kimi vacibdir. Buna görə də Azərbaycan millisini türklərlə oyunda çətin və məsuliyyətli görüş gözləyir.
- Sən də əvvəllər Azərbaycan yığmasının bir nömrəli çərçivə qoruyucusu olmusan. İndi bu posta Kamran Ağayev yiyələnib. Statistika göstərir ki, sənin millidə oynadığın zaman buraxdığın qolların sayı Kamranın qapısında gördüyündən daha azdı. Bu barədə nə deyə bilərsən?
- Bəli, mən də statistikaya nəzər yetirdim və gördüm ki, Kamran ümumi oyunların sayına görə məndən daha çox qol buraxıb. Lakin bunu müzakirə etmək istəməzdim. Düşünürəm ki, Kamran hər bir oyuna çıxdıqda yetərincə özünü yaxşı tərəfdən göstərməyi bacarıb. Axırıncı oyunda 1:4 hesabı ilə məğlub olaraq dörd top buraxmağımızda təkcə Kamranı günahlandırmaq düzgün olmazdı. Bu, bir kollektiv oyun olduğu üçün hər kəs məsuliyyət daşıyır.
Əli HƏYATİ
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi