Milli komandamızın sabiq baş məşqçisi Şahin Diniyevin Qol.Az saytına müsahibəsi
- Millimiz Avro-2012-nin seçmə mərhələsinin son ev oyununda Avstriya yığmasına böyük hesabla məğlub oldu. Həmin görüşdə azarkeşlərimizin əksəriyyəti qələbəyə ümid etsə də, futbolçularımız bu ümidi doğrultmadılar. Bir mütəxəssis kimi komandamızın məğlubiyyətinə daha çox hansı amillər səbəb oldu?
- Həmin gün Avstriya bütün komponentlərdə milli komandamızdan üstün idi və bizə heç bir şans buraxmadı. Rəqib bizi həm taktiki, həm texniki, həm də fiziki cəhətdən üstələdi. Həmin görüşdə Avstriya - komanda şəklində əsl Avropa futbolu oynadı. Ola bilsin ki, müdafiəçimizin qırımızı vərəqə görməsi komandamızın böyükhesablı məğlubiyyətinə təsir etdi. Ancaq qırmızı vərəqə almasaydıq, Avstriya həmin oyunla bizi udacaqdı.
- Avstriya ilə matçda futbolçularımızda arxayınçılq müşahidə olunurdu? Ola bilərmi ki, məğlubiyyətin bir səbəbi də bu idi?
- Bunu mən deyə bilmərəm. Çünki bunun üçün gərək komandanın içində olasan. Görüş başlayan kimi Avstriya öz oyununu oynamağa başladı. Qarşılaşma ərzində oyuna diqtə edən tərəf oldu. Futbolda belə bir şey var ki, top olan yerdə oyunçular çoxluq təşkil etməlidir. Bu isə ancaq yaxşı taktika və fiziki hazırlıqdan sonra mümkündür. Avstriya ilə oyunda hücumlarımız tez başa çatırdı. Çünki ön xəttdə 2-3 oyunçu fəallıq göstərirdi. Hücumlarda çoxala bilmirdik. Rəqib isə həm müdafiədən hücuma keçməkdə, həm də əksinə bizdən xeyli üstün idi.
- Seçmə mərhələdə son oyunumuzu səfərdə Türkiyə yığmasına qarşı keçirəcəyik. Bu həm də türklərin taleyinin həll olunduğu oyundur. Həmin görüşdə millimizin şanslarını necə qiymətləndirirsiniz?
- Təəssüflər olsun ki, bu oyunla bağlı nikbin danışmaq çox çətindir. Çünki Türkiyə millisi dünyada sonadək oynayan, döyüşkən komanda kimi tanınır. Eyni zamanda onlar saman çöpündən yapışan komandadır. “Play-off”a getmək üçün millimizi məğlub etməlidirlər. Bu, onların son şanslarıdır. Ona görə də mən inanmıram ki, türklər bu imkanı əldən versinlər. Düzdür, oyun 0:0-dan başlayır və millimizin də şansı var. Amma çox az. Çünki həm səviyyə, həm də oyunun vacibliyi baxımından türklərin şansları daha çoxdur.
- Milli komandamızın əsas üzvlərindən Vaqif Cavadov Foqtsla mübahisə etdikdən sonra yığmadan imtina etdiyini söyləyib. Sizin bu məsələyə münasibətinizi bilmək istərdim. Vaqif sarıdan bu, nərəcədə düzgün addımdır?
- Məğlubiyyətdən sonra futbolçular əsəbi və çılğın olurlar. Burada çox şey ola bilər. Mənə elə gəlir ki, Vaqifin bu hərəkəti sadaladığım amillərdən asılı olan bir şeydir. Amma yəqin ki, soyuq başla fikirləşdikdən sonra səhv qərar verdiyini başa düşəcək. Məncə, bir-iki gündən sonra verdiyi qərar haqqında düşünəcək. Çünki millinin həm yaxşı, həm də pis vaxtlarında komandadan imtina etmək olmaz. Bu, yaxşı hal deyil. Yığmanın pisi də, yaxşısı da bizimdir. Düzdür, oyunun gərginliyi, məğlubiyyət, əvəzolunma və bu kimi digər amillər futbolçuya mənfi təsir edir. Bütün bunlar başadüşüləndir. Vaqif də gəncdir, bir az çılğınlıq edib. Ancaq mənə elə gəlir ki, soyuq başla fikirləşəndəndən sonra özü geri qayıdar.
- Millimiz seçmə mərhələdə ilk dəfə 7 xal topladı. Bunu uğur sayanlar da var, saymayanlar da. Siz bu barədə nə düşünürsünüz?
- Fikrimcə, komanda bu gün stabil oyununu axtarmalıdır. Bizdə stabil oyun olmadıqca, stabil nəticələr də olmayacaq. Bu, futbolun qanunudur ki, bir-iki oyunda təsadüfü xallar qazanıla bilər. Ancaq hələlik stabil oyun tapa bilmirik. Bizim ən böyük bəlamız budur. Düzdür, həyatda hər şey nisbidir. 5 xala nisbətən 7 xal yaxşıdır. Ancaq stabil oyun yoxdur. Əgər komanda artıq öz oyununu tapıbsa, gələn seçmə mərhələdə 9-10 xal toplamalıdır. Ancaq buna heç kim zəmanət verə bilməz ki, həmin xallar toplanacaq.
- Sizcə, bu nəticədən sonra Foqtsun millimizin sükanı arxasında qalması məqsədəuyğundur, yoxsa baş məşqçi dəyişikliyi vacibdir?
- Nə siz, nə də biz bu qərarı vermək iqtidarında deyilik. Öz həmkarın haqqında nəsə danışmaq çox çətindir. Məncə, üç il baş məşqçi üçün ən ideal müddət idi ki, komandanın stabil oyununu tapsın. 3 il ərzində Foqts bunu tapa bilərdi. Ancaq tapılmadı. İndiyə kimi stabil oyunumuz yoxdur. Ona görə də nəticə qazana bilmirik. Bu gün yaradılan şərait 7 xala layiq deyil. Bunun müqabilində daha çox xal toplamaq olardı. Təlim-məşq toplanışları və onların çoxluğu, komandaya verilən mükafatlar daha böyük uğurlar qazanmağa imkan verirdi.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi