Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov “Avro-2012”nin seçmə məhələsinin Azərbaycan - Avstriya və Türkiyə - Azərbaycan oyunları ilə bağlı Qol.Az-ın suallarını cavablandırıb
- Bu gün Azərbaycan yığması «Avro-2012»nin seçmə mərhələsi çərçivəsində Avstriya millisini qəbul edəcək. Bu görüş haqda fikirlərinizi bilmək istərdim.
- Bu, bizim milli komanda üçün çox vacib oyun olacaq. Belçika və Qazaxıstan yığmaları ilə uğurlu matçlardan sonra hər kəs futbolçularımızdan yaxşı nəticə gözləyir. Məhz buna görə də futbolçular bu gün meydanda əllərindən gələni etməlidir. Futbolsevərlərimizin bütün diqqəti və ürəyi milli komandamızla birgə döyünəcək. Qələbə qazansaq, futbol tariximizdə daha yaxşı nəticə göstərərək yeniliyə imza ata bilərik.
- Avstriya yığmasında baş məşqçi dəyişikliyi və komandanın bir neçə aparıcı oyunçusunun zədə səbəbindən Bakıya gəlməməsi Azərbaycanın qələbə qazanmaq şanslarını artıra bilərmi?
- Bütün bunlar millimizin rahatlaşmasına əsas vermir. Avstriya komandasının zədəli oyunçularını isə gənc və prespektivli futbolçular əvəzləyib. Rəqibin heyətində həmin yeni futbolçular Azərbaycan millisi ilə oyunda özlərini yaxşı tərəfdən göstərərək, yığmalarındakı yerlərini qorumağa çalışacaqlar. Uşaqlara məsləhətim bu olacaq ki, meydana çıxarkən arxayın oyun nümayiş etdirməsinlər. İndidən söyləmək olar ki,bu görüş gərgin mübarizəvə qarşılıqlı hücumlar şəraitində keçəcək. Əgər futbolçularımız Qazaxıstanla görüşün ikinci hissəsindəki oyunu göstərə bilsələr, onda uğur qazanmaq olar.
- Fikrinizcə, avstriyalıları hansı taktiki hesabına məğlub etmək olar?
- Hər şey baş məşqçinin oyunçuları uyğun qurduğu taktikadan və əlindəki futbolçuların səviyyəsindən asılıdır. Mən belə düşünürəm ki, bu gün biz daha çox hücum futbolu oynamalı və cinahları tez-tez işə salmalıyıq. Söhbət meydana iki-üç hücumçu çıxarmaqdan getmir. İki hücumçu ilə oyuna çıxsalar o demək deyil ki, hücum futbolu oynayaqlar. Söhbət kefiyyətli oyun nümayiş etdirməkdən gedir. Bir də biz mütləq mərkəzdə daha sürətli və aktiv olmalıyıq. Əks halda rəqib bizi bütün kompanentlərdə üstələyərək məğlub edəcək.
- Millimizin son iki görüşündə yaxşı nəticə qazanmağımızda payı olan Mahir Şükürovun olmaması komandamızın oyununa nə kimi təsir edəcək?
- Mahir Şükürov texnikalı və aqressiv oyunçulardan sayılır. Əlbəttə ki, onun meydanda olmaması öz təsirini göstərəcək. Mahir kimi futbolçuya çox ehtiyac var.
- Zədə üzündən yığmaya kömək edə bilməyəcək futbolçu Murad Hüseynov haqda nə deyə bilərsiniz?
- Vallah, Mahirdən fərqli olaraq, Murad Hüseynovun milli komandada elə bir uğurunu görməmişəm. Nəinki yığmada, heç çıxış etdiyi “Qəbələ” klubunda da oyunu ilə fərqlənməyib. Rauf Əliyev haqda desəniz, sizinlə razılaşardım. Rauf Əliyevin bu gün komandanın heyətində olması vacib amillərdən biridir. Bu futbolçunun Belçika və Qazaxıstan yığmaları ilə oyunlarda onların müdafiəçilərini necə gərginlikdə saxlaması, və hər iki oyunda qol vurması buna sübutdur. Raufun qol vurmaq bacarığını və bir futbolçu kimi qabiliyyətinə yaxşı bələdəm. Murad Hüseynovun yoxluğunu isə itki kimi qiymətləndirmək düzgün olmazdı. Əgər bu futbolçu, çıxış etdiyi klubda əsas heyətə düşə bilmirsə, onu milli komandaya dəvət etməyin nə adı var.
- Avstriya ilə oyundan bir neçə gün sonra Bakıda məğlub etdiyimiz Türkiyə millisinin qonağı olacağq. Həmin qarşılaşma haqda nə deyə bilərsiniz?
- Bu oyun barəsində həmin matçdan sonra daha dolğun danışmaq olar. Əgər Türkiyə bu gün Almaniyanı məğlub etsə, o zaman oktyabrın 11-də Azərbaycan üçün çox ağır olacaq. Yəni Türkiyənin öz meydanında qazandığı nəticə Azərbaycanla oyuna çox təsir edə bilər. Çoxları deyir ki, Azərbaycan yığması iki oyunun nəticəsində dörd xal yığa bilər. Ancaq, yaddan çıxarmayaq ki, rəqiblərimiz futbol oynamağa dünən başlamayıblar.
- Yığmamızın iki oyunundan sonra baş məşqçi Berti Foqtsun postunda qalıb-qalmayacağına aydınlıq gələcək. Siz necə, istərdinizmi ki bu posta rəhbərliyi yerli məşqçilərdən biri etsin. Məsələn, yerli futbolçulara yaxşı bələd olan və “Qarabağ”dakı fəaliyyəti ilə özünü doğruldan Qurban Qurbanov namizədliyinə necə yanaşırsınız?
- Əvvəla, buna yalnız AFFA-rəhbərliyi qərar verəcək. Birdə ki, milli komandada çalışmağı gərək Qurban Qurbanov özü istəsin. Həm də mən hər zaman müsahibələrimdə bildirmişəm ki, yığmamıza daha çox faydanı yerli məşqçi verə bilər. Əgər AFFA rəhbərliyi Qurban Qurbanovu bu vəzifəyə dəvət etsə, niyə də razı olmasın? Məncə, Qurban özünü artıq yaxşı tərəfdən göstərməyib bacarıb.
Əli HƏYATİ
"Barselona"dan ayrılır
Musialanın PSJ ilə oyunda ayağı qırıldı - Şəkil
"İmişli" daha bir oyunçunun keçidini açıqladı
"Neftçi"dən yeni transfer - Rəsmi
"Qəbələ" növbəti transferini rəsmən açıqladı
Emrelinin komandası iki yoxlama oyununda uduzdu
Ulduz futbolçunun dəfnindən - Şəkillər
Kurban Berdıyev özünə üç nəfər yeni köməkçi gətirdi
"Çelsi" yeni transferini açıqladı
“Qarabağ”ın sabahı İsveçdə
"Zirə" Türkiyəyə yollandı - Şəkillər
Jotanın dəfnində Santuş da iştirak etdi
"Kəpəz"dən yeni transfer - Rəsmi
"İnter" Ter Ştegeni pulsuz ala bilər
Daha bir boksçumuz bürünc medalla kifayətləndi
Kayl Uoker bu kluba keçdi - Rəsmi
Azərbaycan boksçusundan bürünc medal
"Mançester Yunayted"də 18 yaşlı futbolçu
"İnter" hücumçu aldı
Xabi Alonso Arda Gülerdən danışdı
O pulu ailəsi alacaq
"Qalatasaray" onunla yolları ayırdı
"Kəpəz" ilk transferini açıqladı
Uilyamsın "Barselona"ya keçməməsinin səbəbi məlum oldu
Hara gedirsən, Benzia?
"Çelsi"ni 1/2 finala aparan qələbə - Video
Messi "İnter Mayami"də qalır
Arda Turan “Şaxtyor”da debüt oyununa çıxdı
Onlar da DÇ-2025-də yarımfinalçı oldular
“Zirə”nin rəqibindən növbəti qələbə
“Transferlər mənim nəzarətim altındadır” - Samir Abasov
Uolkerin yeni klubu bəlli oldu
"Qəbələ" növbəti transferini rəsmən açıqladı - Yenilənib
UEFA "Barselona", "Çelsi" və digər klubları cərimələdi
"Neftçi"dən ayrıldı, "İmişli"yə keçdi - Rəsmi