Milli komandamızın və "Qəbələ"nin futbolçusu Mahir Şükürovun Qol.Az saytına müsahibəsi
- Millinin son iki görüşündə özünü yaxşı tərəfdən göstərərək komandanın əsas oyunçularından biri olduğunu sübut etdin. Amma cəzalı olduğuna görə sabah Avstriya ilə oyunu buraxmalı olacasan. Meydanda olmamağın millimizin oyununa nə dərəcədə təsir göstərəcək?
- Bunu mənim deməyim düzgün olmazdı. Ancaq sabahkı matçı buraxacağım mənə çox təsir edir. Əlbəttə, çox istərdim ki, həmin görüşdə meydanda olum və komandamızın uğuru üçün bütün gücümü ortaya qoyum. Sözsüz ki, komandada bir və ya bir neçə əsas oyunçu olmadıqda istər-istəməz nəticə əldə etmək çətinləşir. Lakin Avstriya ilə oyunda mənim mövqeyimdə Elnur Allahverdiyev çıxış edəcək. Düşünürəm ki, Elnur həmin matçda daha çox müdafiəyə meyilli oyun nümaiş etdirəcək.
- Ümumiyyətlə, rəqib haqda fikirlərin necədir?
- Yaxşı anlayırıq ki, rəqibin bir çox futbolçusu tanınmış klublarda oynayır. Buna baxmayaraq, yığmamız Avstriyayla görüşə çox məsuliyyətlə çalışır. Komandada əhval-ruhiyyə əla səviyyədədir. İnanıram ki, futbolçularımız yaxşı nəticə qazanmaq üçün əlindən gələni edəcəklər.
- Azərbaycan millisinin qələbə qazanması nə dərəcədə realdır?
- Əvvəla bildirim ki, Avstriya komandası Almaniya millisi kimi güclü deyil. Özünə görə Avropanın ortabab yığmalarından hesab olunur. Biz də öz meydanımızda istənilən komandanın başağrısına çevrilə bilərik. Bunu Türkiyə, Belçika, Qazaxıstan komandaları ilə oyunlarda sübut etmişik. Düşünürəm ki, Avstriya yığmasına da bu aqibəti yaşatmaq olar.
- Türkiyəyə qarşı səfərdə keçirəcəyimiz oyun barəsində də belə ürəklə danışa bilərsən?
- Bilirik ki, həmin qarşılaşma bizim üçün çox çətin olacaq. Ancaq bu o demək deyil ki, Türkiyəyə məğlub olmağa gedəcəyik. Yox, əksinə çalışacağıq ki, sərfəli nəticə əldə edək, gözəl oynayaq və evdəki qələbənin təsadüfi olmadığını sübut edək. Biz rəqibdən qorxmuruq. Bu, futboldur. Meydana çıxıb oyunumuzu oynayacayıq. Onlar çəkinsinlər ki, Azərbaycanla görüşdə uduza və ya heç-heçə edib «Avro 2012»dən kənarda qala bilərlər. Özləri də yaxşı bilirlər ki, Bakıdakı yaşadıqları şokun ardı gələ bilər. Qoy alışsınlar, bu,amil bizim xeyrimizə işləyəcək. Türkiyə əvvəlcə Almaniyanı udmağının yollarını düşünsün.
ƏLİ HƏYATİ
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı