Azərbaycan milli komandasının sabiq çalışdırıcısı və Rusiyanın “Anji” klubunun böyük məşqçisi Vaqif Sadıqovun Qol.Az saytına müsahibəsi
- Qarşıda millimizi Avstriya və Türkiyə ilə çətin oyunlar gözləyir. Bu görüşlərdə komandamızın şanslarını necə dəyərləndirərdiniz?
- Millimiz 7 xal toplamaqla, yeni tarix yazıb. Bundan əvvəlki iki görüşdə komanda çox gözəl oyun nümayiş etdirdi və 4 xal qazandı. Hazırda əhval-ruhiyyə yüksək səviyyədədir. Bir də nəzərə alaq ki, Avstriya yığması bu gün iddialı komandalar sırasında deyil. Baş məşqçisini itirib. Bundan sonra demək olar ki, gələcəyə hesablanmış heyətlə Azərbaycana gələcək. Ona görə də mən belə düşünürəm ki, yığmamızın şansları çoxdur. Onlardan daha yaxşı nəticə gözləyirik. Millimizlə oyun seçmə mərhələdə Türkiyə üçün son matç olacaq. Onlar Bakıdakı məğlubiyyətin əvəzini çıxmaq istəyəcəklər. Türklərlə oyunda şanslarımız o qədər də çox olmayacaq. İlk növbədə ona görə ki, rəqib Avro-2012-nin final mərhələsinə qatılmaq üçün ciddi hazırlaşır. Bu, onların son şansıdır. Bizdən öncə Almaniya yığması ilə qarşılaşacaqlar. Həmin oyunun nəticəsindən asılı olaraq, millimizə qarşı daha yaxşı oynayacaqlar. Ona görə də şanslarımız elə də yüksək deyil.
- 2005-ci ildə milli komandamızın sükanı arxasında DÇ-2006-nın seçmə mərhələsinin Bakıdakı oyununda Avstriya yığması ilə görüşüb, rəqibdən 1 xal almağa nail olmusunuz. Həmin oyunu necə xatırlayırsınız?
- Həmin vaxt Avstriya yığması bizimlə görüşdə qələbə qazansaydı, qrupdan çıxmaq şansları qalırdı. Bu, onlar üçün çox vacib oyunlardan biri idi. Bildiyiniz kimi, o vaxt ciddi problemlərlə üzləşmişdik. Millidən ayrılan Tərlan Əhmədovu yenidən komandaya qaytardım. O da müdafiədəki gözəl oyunu ilə yığmamızın 1 xal qazanmasına kömək etdi. Biz hətta qələbəyə də çox yaxın idik. İndi isə millimizin rəqibi tamamilə fərqli Avstriya yığmasıdır. Ola bilsin ki, onlar Bakıya gənc heyətlə gələcəklər. Həmin cavanlar da özlərini yaxşı tərəfdən göstərməyə çalışacaqlar. Ancaq buna baxmayaraq, millimizin şansları yüksəkdir. Çünki doğma meydanda son oyunumuza çıxacağıq. Futbolçularımız azarkeşlərə qələbə sevinci yaşatmaq və taxşı tərəfdən yadda qalmağa çalışacaqlar.
- Sizin qarşılaşdığınız o vaxtkı Avstriya ilə hazırkını müqayisə etsək, nə kimi fərq ortaya çıxar? Hansı komandanı daha güclü hesab edirsiniz?
- Mən deyə bilmərəm ki, o vaxtkı Avstriya güclü idi. Bir amil var ki, həmin vaxt komandanın qrupdan çıxmaq şansları qalmışdı. İndi isə şansları yoxdur. Buna görə də o vaxtkı yığmanı bugünkündən üstün tuturam.
- Bayaq qeyd etdiniz ki, millimiz tarix yazdı. Seçmə mərhələdə 7 xal toplamaq tarix yazmaqdı?
- Bu statistika cəhətdən tarixdir. Ancaq bu gün 7 xalla da, 10 xalla da axırıncı yerdə qalmaq olar. Bu gün milli komandamızın qarşısına bundan da yüksək hədəflər qoyulmalıdır. Biz ortabab komandaya çevrilməli, ən azından ilk “üçlük”də yer almalıyıq. Bundan sonra isə yaxşı komanda yaradıb, final mərhələsi haqqında düşünmək olar.
- Bəs söylədiyiniz yaxşı komandanı necə yaratmaq olar?
- Bunun üçün çox şey lazımdır. Ən əsası isə seçilən yol, istiqamət düz olmalıdır. Bu gün bəziləri düşünür ki, Berti Foqtsun müqaviləsi başa çatır, onu göndərmək, yerinə yerli mütəxəssis gətirmək lazımdır. Bəziləri isə onun qalmasının tərəfdarıdır. Ancaq AFFA rəhbərliyi yaxşı fikirləşib, düzgün addım atmalıdır. Mən onlara yanlış addım atmağı məsləhət görməzdim. Çünki Azərbaycan futbolunun gələcəyi onların addımından asılıdır. Buna görə də Berti Foqtsun 3 illik fəalliyyəti təhlil olunmalı, bundan sonra qərarlar verilməlidir. Əcnəbi ölkədə çalışan mütəxəssis kimi deyərdim ki, bu gün gərək həm məşqçilərimiz, həm də futbolçularımız ölkə xaricinə inteqrasiya olunsun. Bu yolla futbolumuzu inkişaf etdirmək olar.
- 2005-ci ildə millinin baş məşqçisi kimi Avstriyadan xal almısınız. Oktyabrın 7-də baş tutacaq oyunda rəqibi necə məğlub etmək olar?
- Foqts milliyə 6 hücumçu dəvət edib. Görünür, Avstriyaya qarşı hücum futbolu oynayacaq. Bu gün millinin üzvləri meydanda tez düşünməli, ani qərar verməlidilər. Avstriya yığmasını məğlub etmək olar. İlk dəqiqələrdən pressinq tətbiq edib, rəqibi meydanın onlara aid hissəsinə sıxmaq və lazımı nəticəni əldə etmək olar. İlk öncə rəqibi göz açmağa qoymamaq lazımdır. Görüşə fəal başlayıb, peşəkar futbol oynamaq və topa sahib olub, rəqibi topsuz qoymaq çox vacibdir.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi