Azərbaycan milli komandasının və «Qarabağ»ın hücumçusu Rauf Əliyevin Qol.Az saytına müsahibəsi
- Millinin düşərgəsinə bir qədər zədəli halda qoşulmusan. Hazırda durumun nə yerdədi?
- Şükür Allaha, indi hər şey qaydasındadır. Xeyli vaxtır, məşq proseslərində iştirak edərək, formamı pərpa etəyə çalışıram. Sadəcə, iki gündür ki, xəstələnməyimlə əlaqədər, məşq edə bilmirdim. İndi bu problem də artıq həll olundub. Bütün fikrimi qarşıdan gələn millinin oyununa yönəltmişəm.
- Zədəndən söhbət düşmüşkən, sənə «Qarabağ»la oyunda xəsarət yetirən «Xəzər dedikdə Elnur Allahverdiyevlə münasibətin nə yerdə qaldı? Millini düşərgəsindəsiniz, heç özündən soruşmusan ki, məni niyə bilərəkdən vurdun?
- İndi millinin heyətindəyik və bir yerdə məşq edirik. Hə, özündən soruşmuşam. And içdi ki, məni qəsdən vuraraq zədələmək fikrində olmayıb. Dedi ki, mən sənə qarşı belə hərəkət etmərəm. Mən də daha başqa söz demədim.
- Elə bil, Elnur qəsdən “Qarabağ”ın futbolçularına qarşı belə aqresivdir. Səninlə münaqişədən sonra komanda yoldaşın Əfran İsmayılovla dartışdı. Səncə, niyə?
- İnanmıram ki, qəsdən belə addım atsın. Futbolçular arasında belə hallar tez-tez baş verdiyindən çox şişirtməyə dəyməz. Əfranla da artıq münasibətlərini aydınlaşdırıblar və artıq onunla da bir yerdə məşq edirlər. Hər şey öz qaydasındadır. İnanmıram ki, bir də mənə qarşı kobud oynaya. Yəqin ki, ağlı gələr başına, bir də belə səhv etməz. Düzdü, biz onu bir qədər aqressiv futbolçu kimi tanıyırıq. Yəni bu oyunçu meydana girəndə özündən asılı olmayaraq, aqresiv mübarizə aparmağa başlayır. Biz də bilirik ki, onun oyun üslubu belə tərzdədir. Ona görə də, bir söz demək olmur. İndi münasibətlərimiz pis deyil.
- Bu həftə millimizi Avstriya ilə oyun gözləyir.
- Belçika və Qazaxıstan milliləri ilə matçlarda əldə etdiyimiz nəticələr bizi qarşıdakı oyuna daha inamlı çıxmağa kömək edəcək. Çünki komanda daxilində yüksək əhval-ruhiyyə var, özünəinam xeyli artıb. Baxmayaraq ki,Avstrya millisi güclü komandalardan hesab edilir, fikrimcə, onların öhdəsindən gələ bilərik.
- Avstriyalılarla oyunda milli komandamızın qarşısına hansı vəzifə qoyulub: qələbə, yoxsa heç-heçə?
- Vəzifə deyəndə ki… Biz özümüzdə yaxşı başa düşürük, bizə qələbə qazanmaq çox vacibdir. Ancaq nəzərə alsaq ki, rəqib güclü yığmalardan hesab olunur, bir xal da bizim üçün yaxşı nəticə hesab ediləcək. Bütün bunlara baxmayaraq, komandamız meydana yaxşı oyun nümaiş etdirməklə yanaşı, qələbə qazanmaq əzimi ilə çıxacaq.
- Son günlər yığmamızın baş məşqçisi Berti Foqtsun seçmə mərhələnin sonunda vəzifəsindən uzaqlaşdırılacağı deyilir. Sən necə, onun getməsinin tərəfdarısan, yoxsa qalmağının?
- Berti Foqts artıq xeyli müddətdir, komandanın sükanı arxasında olduğundan bütün futbolçuları yaxşı tanıyırr. Mən istərdim ki, Foqts öz vəzifəsində qalsın. Bilirsiniz necədir? O gedəndən sonra yeni məşqçi gətiriləcək və təzədən yeni nəsil futbolçuların komandaya cəlb olunmağa başlayacaq. Bu da istər-istəmıəz xeyli vaxt aparacaq. Bizə isə bu qədər vaxt itkisi lazım deyil. Mən milli komandanın bir futbolçusu kimi Berti Foqtsun öz postunda qalmasını istərdim.
- Belçika və Qazaxıstan milliləri ilə oyunlardan sonra qazandığınız yaxşı nəticədən sonra azarkeşlərin sizə ümidi artıb. Azarkeşlər komandamızdan Avstriya və Türkiyə ilə oyunlarda da yaxşı nəticə gözləyir.
- Doğrudur, həmin oyunlarda yaxşı nəticə qazanmağımız azarkeşlərin milliyə olan ümüdlərini qaytardı. Qazaxıstanla oyundan öncə də mən azarkeşlərə qələbə qazanacağımızı bildirərək,bizə inanmalarını istəmişdim. Bu dəfə də onlara müraciət edərək onlardan dəstək gözlədiyimizi deyirəm. Rəqibə qalib gəlməyimiz üçün əlimizdən gələni edəcəyik.
- Avstriyadan sonra yığmamızı qardaş ölkə olan Türkiyə millisi ilə də oyun gözləyir. Həmin görüşdə Türkiyənin taleyi öz əlində olacaq.
- Hələ ki, qarşıdan gələn Avstriyayla oyunu düşündüyümüz üçün Türkiyə ilə matç haqda fikirləşmirik. Avstriya ilə oyundan sonra türklərlə matça köklənəcəyik.
- Doğma divarlar arasında bizə yaxın olan Türkiyə millisinə minimal hesabla qalib gəlməyimiz onların Avropa çempionatına getmək şansını çətinləşdirdi. İndi belə söhöət gəzir ki, Azərbaycan yığması səfərdə Türkiyəyə xal verəcək.
- Yox, mən inanmıram ki, belə bir şey olsun.Ümumiyyətlə, belə şayiələrin yayılması xoş hal deyil. Biz Türkiyəyə niyə xal verməliyik ki? Bütün bu iddiaları alt-üst etmək üçün biz Türkiyə qarşı var gücümüzlə oynayaraq xal qazanmağa çalışacağıq. Çünki bizim də futbolumuzun, yaxşı nəticə əldə etməyə, uğura ehtiyacı var.
- Türkiyəli futbolçuların Azərbaycan millisindən məğlubiyyətin əvəzini çıxacaqlarını deməsi sizi qorxutmur?
- Yox. Mən fikrləşirəm ki, onların belə düşünməsi bizim xeyrimizə işləyə bilər. Fikrimcə, səfərdə Türkiyədən xal alsaq, yaxşı olardı. Bu halda onları evdə məğlub etməyimizin təsadüf olmadığını sübut edərdik.
Əli HƏYATİ
65 il sonra qayıtdılar
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov
2-ci liqada liderlər böyükhesablı qələbə qazandılar
“Araz-Naxçıvan” - “Sabah”: Heyətlər
"Turan Tovuz" doğma stadionuna qayıdır
"Çox vacib xallar itirdik" - Kurban Berdiyev
Antonio Valensiya futbola qayıtdı
"Zirə" - "Şamaxı": Heyətlər açıqlandı
"Real" yeni mövsüm üçün ilk transferini etdi
Məşhur futbolçu karyerasını bitirdi
Konte iddialara cavab verdi
“İmişli” - “Turan Tovuz”: Heyətlər
"Çətinliyə baxmayaraq, mübarizə aparmalıyıq"
Maquayrla yeni müqavilə imzalandı
Azərbaycanda "ayın qolu"! Gözəlliyə baxın...- Video
"Bir gün yenidən “Neftçi”də olmaq istəyirəm" - Flavinyo
3 komandaya texniki məğlubiyyət verildi
AFFA baş məşqçiyə sərt cəza tətbiq etdi
Ürəyində problem yarandı, 34 yaşında karyerasını başa vurdu