Milli komandamızın kapitanı Rəşad Sadıqovun Qol.Az saytına müsahibəsi
- Qarşıda millimizi Avstriya və Türkiyə kollektivləri ilə çətin oyunlar gözləyir. Bu görüşlərə necə hazırlaşırsınız və komandanın düşərgəsində əhval-ruhiyyə necədir?
- Hər şey normaldır. Qarşıdakı oyunlara da həmişəki kimi ciddi hazırlaşırıq. İstər-istəməz qazandığımız 4 xaldan sonra əhval-ruhiyyə də yaxşıdır.
- Son iki oyunda qazanılan xallardan sonra komandada hər hansı arxayınçılq müşahidə olunur?
- Xeyr, bu əsas vermir ki, komanda “boşalsın”. Əvvəlki qaydada hazırlaşırıq. Çünki qarşıda bizi Avstriya kimi güclü rəqiblə oyun gözləyir. Burada arxayınçılqdan söhbət belə gedə bilməz.
- Qarşıdakı iki oyunda başlıca hədəfiniz nədən ibarətdir?
- Mən bu oyunlara proqnoz vermək istəmirəm. Sakit formada oyunlara hazırlaşmaq istəyirəm. Həmişəki kimi çalışacağıq ki, əlimizdən gələni edib, xal qazanaq. Bunu da həmin oyunlar göstərəcək.
- Artıq milli komandanın bütün üzvləri bir yerdədilər. Maraqlıdır, bir müddət öncə aralarında qalmaqal yaranan Elnur Allahverdiyevlə Əfran İsmayılovun münasibətləri hazırda necədir?
- Allaha şükür, hər şey yaxşıdır. Birinci dəfə bir-birilərini görəndə, öpüşüb, görüşdülər. Belə də. Artıq münasibətləri düzəlib. Futbolda belə hallar olur. Bu məsələni elə də çox şişirtmək lazım deyil.
- Vaxtilə Türkiyə çempionatında çıxış etmisən. Yəqin ki, rəqib futbolçuları sən daha yaxşı tanıyırsan. Türklərin heyətində hansı futbolçuya qarşı oynamaq sənə həm zövq verir, həm də çətindir?
- Həmin oyundan da xalla ayrılmaq istəyirik. Ən azından səfərdə məğlub olmayaq. Amma bilirik çətin olacaq. Rəqibin heyətində Burak Yılmaz çox yaxşı formadadır. Ondan başqa, Arda Turanı da qeyd eləmək istərdim. Onlara qarşı oynamaq çox çətin olacaq.
- Mövzunu dəyişək. Premyer Liqanın son turunun "Turan"-la oyununda uzun fasilədən – il yarımdan sonra “Qarabağ”ın heyətində qol vurdun. Sonuncu dəfə 2010-cu ildə ölkə kubokunun “Xəzər Lənkəran”la görşündə fərqlənmişdin. Bu barədə nə deyə bilərsən?
- Mən müdafiəçiyəm. Sözsüz ki, qol vurmaq şansım elə də yüksək deyil. Fürsət düşdükcə, hücumlara qoşuluram və cərimə zərbələri yerinə yetirirəm. Alınanda alınır, alınmayanda da olmur.
- Hücumlara qoşulmağından söz düşmüşkən, son vaxtlar səni daha çox yarımmüdafiə xəttində görürük. Belə demək olarmı ki, gələcəkdə sırf bu mövqedə çıxış edə bilərsən?
- Bu, komandanın heyətindən də asılıdır. Oyunlar olurdu ki, iki dayaq yarımmüdafiəçisi ilə oynayırdıq və baş məşqçi məndən hücumlara daha çox qoşulmağımı istəyirdi. Mən hücumlara qoşulanda, Qara mənim mövqeyimə çəkilirdi. Oyun içində belə dəyişikliklər edirdik. Ancaq oyunun 30-40 faizini demək olar ki, hücumda keçirirdim. Bu isə öz heyətimizlə yanaşı, rəqibdən də asılıdır.
Elnur SALAHOV
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi