“Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfovun Qol.Az saytına müsahibəsi
- “Qəbələ” çempionata yaxşı başlasa da, son 3 turda istənilən oyunu göstərə bilmir. Bunun məntiqi nəticəsi kimi də komanda ardıcıl 3 oyunda məğlub olub. Komandada nə baş verir və siz bu məğlubiyyətlərin səbəbini nə ilə izah edərdiniz?
- Bu suala cavab vermək üçün çətinlik çəkirəm. Çünki komandanın daxilində heç bir gərginlik, problem yoxdur. “Neftçi” və “Xəzər Lənkəran”ə məğlubiyyəti normal qarşılamaq olar: çempionluğa oynayan iki güclü komandaya uduzmuşduq. Ancaq doğma meydanda “Rəvan”a uduzmamalıydıq. Özünüz də gördünüz ki, ilk qolu biz vurduq və bundan sonra oyuna nəzarət tamamilə bizim tərəfimizə keçdi. Ancaq Murad Hüseynovun öz qapımıza vurduğu qoldan sonra oyunun axarı tamamilə dəyişdi. Digər tərəfdən müdafiəçilərimiz iki kobud səhvə yol verdilər. Bu da oyunun nəticəsinə təsir elədi. Məğlubiyyətin səbəblərini ancaq bununla izah edə bilərəm. Komanda daxilində heç bir problem yoxdur. Hər şey qaydasındadır.
- Çoxları “Qəbələ”nin məğlubiyyətinin əsas səbəbi kimi Murad Hüseynovun öz qapısına vurduğu qolu görür. Ola bilərmi ki, komandanın uduzmağına arxayınçılıq daha çox səbəb oldu? Həm “Rəvan”ın turnir cədvəlinin aşağı pillələrində getməsi, həm də rəqibi doğma meydanda qəbul etməyiniz oyunçularda həddindən artıq arxayınçılıq yaratdı.
- Yox, mən elə deməzdim. Mən peşəkar məşqçi deyiləm. Ancaq bilirəm ki, hansısa nəticəyə oynayan peşəkar komanda qapısında qol görəndən, yəni hesab 1:1 olandan sonra həmin vəziyyətdən çıxmağı bacarmalıdır. Mən belə fikirləşirəm. Son oyunda isə hər şey tərsinə oldu. İkinci qolu buraxandan sonra komandada tam dəyişiklik oldu. Futbolçularımız uzun müddət bir yerdə oynayan uşaqlardır. Yəqin ki, komanda oturuşduqdan sonra hər şey öz qaydasına düşəcək. Bir də ki, zədəli futbolçuların olması da işimizi çətinləşdirir. Bilirsiniz ki, hücum xəttində yer alan əsas futbolçumuz Viktor Mendi zədəlidir. Zədəlilər də sağaldıqdan sonra komanda öz oyununu göstərəcək.
- “Qəbələ”nin son uğursuzluqlarından sonra artıq mətbuatda Toni Adams haqqında bəzi tənqidi fikirlər səslənir. Belə demək mümkünsə, məğlubiyyətin əsas günahkarı kimi məhz ingilis mütəxəssis göstərilir. Maraqlıdır, siz bu barədə nə düşünürsünüz?
- Ümumiyyətlə, istənilən halda nəticəyə görə, məsuliyyət daşıyan baş məşqçidir. Səbəbindən asılı olmayaraq, komandanın uğursuz çıxışına o cavabdehdir. Amma son oyundakı məğlubiyyətin Toniyə heç bir aidiyyatı yoxdur. Çünki o, heyəti öz qaydasında qurub, meydançaya buraxır. Hərçənd onu da demək lazımdır ki, gözümüzün qabağında müdafiəçilərimiz iki dəfə kobud səhvə yol verdi. Burada Toni Adams neynəyə bilərdi ki? Adams çıxıb, onların yerinə oynayası deyil ki... Taktiki gedişatda heç bir səhv olmadı. Sadəcə oyunçuların individual səhvləri oldu. Bunun nəticəsində də məğlub olduq.
- Bir neçə gün öncə komandanın düşərgəsinə yeni hücumçu qoşuldu. Serje Cehua ilə rəsmi müqavilə imzalandı?
- Yox, hələlik rəsmi müqavilə imzalanmayıb. Amma onu deyə bilərəm ki, afrikalı futbolçu qarşıdakı 6 ay müddətində 100 faiz buradadır. Bütün məsələlərdə razılıq əldə olunub. Müqavilənin şərtləri hazırlanır.
- Cehua Qəbələyə gəldikdən sonra belə bir məlumat yayıldı ki, hücumçu “Rəvan”la oyunda meydana çıxa bilər. Ancaq bu, baş vermədi.
- Yox, əsassız məlumatlar idi. Cehua “Rəvan”la oyunda meydana çıxa bilməzdi. Çünki uzun yol gəlmişdi. Komanda ilə bir dəfə də olsun, məşq eləməmişdi. Tam hazır deyildi.
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı