«Neftçi» klubunun vitse-prezidenti Tahir Süleymanov «Bakı» ilə son çempionat oyununda yaşanan hadisələrlə əlaqədar Qol.Az saytının suallarını cavablandırıb
- «Bakı»nın futbolçusu Elvin Əliyev «Neftçi»ylə oyundan sonra döyülsə də, AFFA-nın İntizam Komitəsi «Neftçi»ni cəzalandırmayıb. Buna görə də İntizam Komitəsinin ünvanına ittihamlar səsləndirilir.
- «Neftçi» nəyə görə cazalandırılmalıdır? Rəqib qapısına təyin olunmayan penaltiyə görə? Niyə bəziləri yaddan çıxarır ki, futbolçumuza qarşı rəqibin cərimə meydançasında kobudluğa yol verilib. Niyə bunun cəzası verilmir? Niyə rəqib futbolçuya qırmızı vərəqə göstərilmir?
Oyun qaydası var, əgər meydanda futbolçular bir-birinə qarşı idmançıya yaraşmayan hərəkətə yol verirsə, təhqirə keçirsə, o zaman hakim qırmızı vərəqə göstərib hər ikisini meydandan kənarlaşdırılmalıdır. Yalnız bundan sonra İntizam Komitəsi hakimin və rəsmi şəxslərin raportuna görə qərar qəbul edə bilər.
- Belə başa düşdük ki, hadisələrin bu həddə çatmasına görə hakimi təqsirli bilirsiniz?
- Yenə deyirəm, meydançada olanlara hakim nəzarət edir və o, qərar çıxarmalı idi.
- Hər halda, əsas günahı hakimdə görürsünüz, ya yox?
- Biz heç vaxt hakimlikdən son dərəcə şikayət eləmirik. Bütün klublarla, onların rəhbərliyi ilə isə çox isti münasibətlər qurmağa çalışırıq. Çünki çempionatın inkişafı klublardan asılıdır. «Bakı» və «Neftçi» rəhbərliyinə gəlincə, onların arasında çox səmimi, yaxşı münasibət var. Amma hansısa qüvvələr süni olaraq bu klubları bir-birinə qarşı qoymağı çalışır. Məqsədləri nədir, bilmirəm.
«Bakı»yla oyundan sonra klubumuzun prezidenti Sadıq Sadıqov rəqibin soyunub-geyinmə otağına gedərək komandanı yaxşı oyuna görə təbrik etdi. Sonra «Bakı»nın vitse-prezidenti Zeynal Məmmədovla söhbət etdik, onlara uğurlar arzuladıq və onlar da bizə uğurlar arzuladı.
- Hər halla, qayıdaq mövzuya. Rəqibin futbolçusunun döyülməsinə görə sizin klub günahlandırılır.
- Bilmirəm, bu məsələ niyə bu qədər şişirdilir. Mən də konkret sual qoyuram: əgər futbolçular meydanda qeyri-etik hərəkətə yol verirlərsə, hakim onları niyə meydandan çıxarmır ki, «Neftçi» və «Bakı»nın günahı olmaya-olmaya məsələ bu həddə çatır.
- Elə isə hakim onları niyə meydandan çıxarmadı?
- Bunu AFFA Hakimlər Komitəsinin rəhbərliyindən, hakimin özündən soruşun. Bir daha qeyd edirəm ki, kimlərsə «Bakı»yla «Neftçi»ni qarşı-qarşıya qoymaq istəyir.
- Elvin Əliyevin «Neftçi»nin əməkdaşları tərəfindən döyülməsi iddiaları haqda nə deyə bilərsiniz?
- Ona xəsarət yetirən adamların «Neftçi» klubuna heç bir aidiyyatı yoxdur. İki klubun rəhbərliyi oyundan sonra bu məsələni müzakirə etdi və bəyanat yayaraq fikirlərini bildirdi.
- Elvini döyən adamların «Neftçi»yə aidiyyatı yoxdursa, «Bakı» rəhbərliyi niyə hadisədən dərhal sonra klubunuzun bazasına gəlib?
- Ortada anlaşılmazlıq olmuşdu və tərəflər bunu yoluna qoydular.
- Bəzi iddialara görə, Elvini döyən adamlar «Neftçi»nin mühafizəçiləri olmasa da, kluba yaxın adamlar olub.
- Bir daha deyirəm, bu məlumatların əsası yoxdur. Hiss olunur ki, kimlərsə bundan şəxsi maraqlarına görə faydalanmaq istəyir. Bizim «Bakı» klubu rəhbərliyi ilə heç bir problemimiz yoxdur, ola da bilməz. «Neftçi»nin ardıcıl iki məğlubiyyəti olanda komanda barədə yazan yox idi. İndi komandamız zirvəyə doğru qayıdır deyə, bizə qarşı təzyiqlər başlayıb. Görünür, «Neftçi»nin lider mövqeyə qayıtması ötən mövsüm olduğu kimi, yenə də kimlərisə narahat etməyə başlayıb.
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı