“Qəbələ”nin müdafiəçisi Mahir Şükürovun Qol.Az saytına müsahibəsi
- Premyer Liqada artıq 6 tur geridə qalıb. Bu yerə qədər bir kapitan kimi “Qəbələ”nin çıxışını necə dəyərləndirirsən?
- 6 turdan sonra komandanın çıxışını normal qiymətləndirirəm. Bura kimi yaxşı gəlmişdik. Ancaq son turda “Neftçi”yə məğlub olmağımız pis oldu. Qarşıda “Xəzər Lənkəran”la oyunumuz var. Qarşımıza qoyduğumuz məqsədə çatmaq istəyiriksə, güclü rəqibləri udmalıyıq. Bundan sonra turnir cədvəlinin hansı pilləsində qərarlaşacağımızı söyləmək olar.
- Özün də qeyd etdin ki, “Neftçi”yə məğlubiyyət heç də yaxşı olmadı. Halbuki bu oyuna qədər “Qəbələ” daha inamlı təsir bağışlayır və daha yaxşı oyun sərgiləyirdi. Necə düşünürsən, komandanın məğlubiyyətinə nə səbəb oldu?
- Həmin oyunda “Neftçi” bizdən biz də onlardan çəkinirdik. Sadəcə olaraq komanda bir az yığışmalı idi. Düzdür, heyətdə təcrübəli və gənc oyunçular var. Ancaq “Neftçi” ilə matçda “Qəbələ”də lider çatışmadı ki, komandanı öz arxasınca aparsın. Oyunu öz üzərinə götürən olmadı.
- Yəni belə çıxır ki, “Neftçi” ilə görüşdə yoxluğun hiss olunurdu.
- Mən belə deməzdim. Futboldur, burada hər şey olur. Düzdür, mən də həmin qarşılaşmada oynamaq istəyirdim. Amma çox adam deyir ki, sənin yoxluğunda “Qəbələ”nin hücumlarında nəsə çatmır. Artıq qayıtmışam. İnşallah, sabah nəyim varsa, meydanda ortaya qoyacam ki, komandama kömək edim. Kapitan və lider kimi komandanı arxamca aparım.
- AFFA-nın Apelyasiya Komitəsi cəzanı azaltsa da, sənə qarşı 9 aylıq sınaq müddəti tətbiq ediləcək. Bu müddət ərzində analoji hal təkrarlanarsa, həmin cəza da onun üzərinə əlavə olunacaq. Buna münasibətini bilmək maraqlı olardı.
- Mənə elə gəlir ki, inşallah, bir də belə hal baş verməz. Oyun epizodu idi, oldu. Amma bundan sonra çalışaram ki, təkrarlanmasın. Düzdür, kobud oyun ola bilər. Ancaq rəqibə başla zərbə yəqin ki, bir də olmaz.
- Yəni artıq nəticə çıxarmısan?
- (Gülür).
- Cari mövsümdə qarşınıza ilk “altılığ”a düşüb, avrokuboklara vəsiqə qazanmaq qoyulub. Bu yolda “Qəbələ”yə ən ciddi rəqib olaraq hansı komandaları görürsən?
- Vallah, indi birini, ikisini deyəcəm, o biri komandalar inciyəcək. Digər tərəfdən hələ altı tur olub. Çempionat hələ qabaqdadır. Mənə elə gəlir ki, birinci dövrədən sonra məlum olacaq ki, ilk “altılıq” uğrunda hansı komandalar mübarizə aparacaq.
- Sabah “Qəbələ”ni səfərdə “Xəzər Lənkəran”la çətin oyun gözləyir. Liderə qarşı oynayacaqsınız. Bu görüş barədə nə düşünrsən?
- Biz hamımız bilirik ki, “Xəzər Lənkəran” güclü rəqibdir. Ona görə də bütün rəqiblərimizə hörmətlə yanaşırıq. Sabahkı görüşdə də bütün komanda şəklində öz oyunumuzu oynayacağıq. Bilirik, çətin olacaq. Amma qələbə qazanmağa çalışacağıq. Amma futbolda sürprizlər də olur. Sabah yaxşı oyun göstərib, 3 xal qazana bilərik.
- “Neftçi”yə məğlubiyyətdən sonra istər-istəməz komandada müəyyən gərginlik hiss olunurdu. Hazırda vəziyyət necədir?
- Hazırda vəziyyət yaxşıdır. “Neftçi”yə qarşı komandamız yaxşı oynamadı. Ancaq artıq o yaddan çıxıb, arxada qalıb. Sabah “Xəzər Lənkəran”la vacib oyunumuz var. Bütün diqqətimizi həmin matça yönəltmişik.
Elnur SALAHOV
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi