“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanovun Qol.Az saytına müsahibəsi
- Artıq Premyer Liqada 5 tur geridə qalıb. “Qarabağ” isə dörd oyun keçirib. 4 matçdan sonra komandanın çıxışını necə qiymətləndirərdiniz?
- Əlbəttə, daha yaxşısına ümid edirdik. Amma ümumi vəziyyətə baxanda, bundan çıxmağa çalışırıq. Bir az komandada balans pozulmuşdu. Həm zədəli, həm də millidən qayıdan futbolçular – bir sözlə, istədiyimiz kimi çalışa bilmirdik. Sumqayıtdakı oyun bizi bir qədər üzdü. Haradasa qələbə qazanmaq istəyirdik. Amma hər halda bir xal qazanmağımız da yaxşı oldu. Hazırkı vəziyyətdə isə komandanın çıxışına nə pis, nə də yaxşı qiymət verərdim.
- Necə düşünürsünüz, “Qarabağ” hazırda çempionluq arzusuna çatmaq iqtidarındadır? Yəqin ki, bir qədər çətin olacaq.
- Yox, mən belə düşünmürəm. Hələ mövsümün əvvəlidir. Avrokubok oyunları ilə əlaqədar mövsümə yaxşı hazırlaşa bilməmişdik. Komandaları istədiyimiz kimi tanımırdıq. İnşallah, get-gedə daha da yaxşı nəticələr gələcək.
- Sabah turnir cədvəlinin lideri “Xəzər Lənkəran”la qarşılaşacaqsınız. Bu oyunla bağlı düşüncələrinizi bilmək olar?
- Ümumiyyətlə, bu komandalar arasında oyunlar həmişə maraqlı keçib. Bəzən onlar bizi, bəzən də biz onları səfərdə məğlub etmişik. Elə olub ki, bərabərə qalmışıq. “Xəzər Lənkəran”la “Qarabağ” arasında hər bir nəticə qeydə alınıb. Mənə elə gəlir ki, nəticədən asılı olmayaraq, hər iki tərəfin azarkeşləri bugünə qədər olan oyunlardan razı qalıblar. Ən azı meydanda yaxşı mübarizə və oyun görüblər. Düşünürəm ki, bu dəfə də yaxşı oyun olacaq. Çalışacağıq ki, sərfəli nəticə əldə edək.
- Vacib oyunöncəsi heyətlə bağlı nə kimi problemlər var?
- Deməzdim, ciddi problem var. Hər şey yavaş-yavaş qaydasına düşür. Vüqar da getdikcə daha da yaxşılaşır və öz formasını yığır. Eləcə də Rəşad Sadiqov. Roşa da məşqlərdə fəallıq göstərir. Onun da xidmətlərindən yararlanmaq niyyətindəyik. Bir neçə həftədən sonra inanıram ki, tam heyət formalaşacaq.
- Roşadan söz düşmüşkən, bu futbolçu “Sumqayıt Şəhər”lə oyunda ilk dəfə “Qarabağ”ın heyətində meydana çıxdı. Braziliyalı hücumçunun çıxışı sizi razı saldı?
- Meydanda əlindən gələni edirdi. Normal təsir bağışladı. “Sumqayıt Şəhər”lə oyunda yaddaqalan epizodlar yaratdı.
- Bundan əvvəlki müsahibələrinizdə bildirmişdiniz ki, komandaya əcnəbi oyunçu alınmayacaq. Sonradan fikrinizi dəyişməyə nə səbəb oldu ki, Roşa transfer edildi?
- Roşa mənim istəyimlə alındı. Əvvəlcə də qeyd etmişdim ki, bəzi yerli futbolçular var ki, onlarla danışıqlarımızı davam etdiririk. Ancaq bu transferlər gerçəkləşmədiyi üçün Roşaya ehtiyac duyuldu. Onu da demişdim ki, əgər istəyimizə uyğun əcnəbi futbolçu olsa, bir nəfər transfer edə bilərik. Nəticədə elə bir vəziyyət yarandı ki, Roşanın komandamıza gəlməsinə şərait yarandı və biz də bundan istifadə etdik.
- Bu yaxınlarda Almaniyanın ən köklü klublarından “Borussiya”nın düşərgəsində oldunuz. Bu komandada topladığınız təcrübə gələcəkdə “Qarabağ”a nə kimi fayda verə bilər?
- Bu, 1-2 günün işi deyil. Mən belə düşünürəm ki, bu cür təcrübələr gələcəkdə həm mənim özümə, həm də futbolçulara cüzi də olsa, kömək edəcək. Ən azı fərqli bir mühitə düşdüm, onların məşqlərini izlədim. Məncə, xeyiri olacaq.
- Necə düşünürsünüz, Azərbaycan klublarının “Borussiya”nın səviyyəsinə çatmağına çox var?
- Bəli, çox, lap çox var.
- Bildiyimizə görə, “Borussiya”dan sonra indi də “Barselona”nın düşərgəsinə getməyə hazırlaşırsınız. Səfər nə vaxt baş tutacaq?
- Hələ ki, danışıqlar gedir. Dəqiq vaxt təyin eləməmişik. Sadəcə həm bizim, həm də onların uyğun vaxtını tapmaq lazımdır.
- Yəqin ki, bu klublarla gələcəkdə də əməkdaşlığınız davam edəcək.
- İnşallah.
- “Borussiya” səfəri öncəsi sizin “Neftçi”nin bazasında görünməyiniz, “ağ-qaralar”ın prezidenti Sadıq Sadıqovla görüşməyiniz barədə xəbərlər yayıldı. İstər-istəməz insanlarda Qurban Qurbanovun “Neftçi”yə keçəcəyi ilə bağlı fikirlər formalaşdı.
- Belə şayiələrə fikir verməyin. “Qarabağ”la müqaviləm var, mən burada işləyirəm. İnşallah, burada daha da yaxşı işlər görmək fikrindəyəm.
ELNUR SALAHOV
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi